Taleh Yüzbəyov Azərbaycanın məşhur aktyoru və video bloqqeridir. Bu günə qədər bir sıra filmlər (YouTube) çəkən Taleh Yüzbəyov dünən 4 bölümü olan, (Zəhər Tuluğu 1: Siqaret, 2: İş, 3: Kin, 4: Cəhd) YouTube üzərindən izlənilən və bəyənilən “Zəhər Tuluğu” filmi haqqında facebook səhifəsində bir post paylaşmışdı. Paylaşımı insanlarda maraq oyaqtdı və bu barədə Markzone.az-a açıqlama verdi.
Maraqlara səbəb olan sual isə budur: “Zəhər Tuluğu”-nu necə filmə çevirmək qərarına gəldi?
Açıqlamada: İnternetdəki 4-cü seriyanı bitirəndən sonra film etmək haqqında fikirləşmirdik. Amma Orxan Mərdan film çəkmək təklifi irəli sürdü. Keçən ilin Payızından ssenari haqqında düşünürdük. Bir şərtim var idi ki, əgər film internetdəkindən maraqsız olacaqsa, eləməyək. Nəticədə insanlar pulsuz baxırdı. Amma axırda yaxşı bir ideya tapıb, onun üzərindən işə başladıq. Ssenari artıq bitmək üzrədir. Məncə yaxşı əhvalat alınıb. Karantin bitən kimi hazırlığa başlamağı düşünürük.
Bəs görəsən, bu “Zəhər Tuluğu” filmindən sonra ikincisi gələcək yoxsa yox?
Hələ o haqda fikirləşmirəm. Birincisini eləyək görək necə alınır. Nə vaxtsa o fikrə düşsək, yenə bir şərtim olacaq. Birinci filmdən pis olmamaq şərti ilə ikinci film haqda düşünə bilərik.
Taleh Yüzbəyov bu filmdən gözləntilərini də qeyd etdi: İstərdim ki, yaxşı bir film olsun. İnsanlar bilet alıb, kinoteatrda filmə baxandan sonra verdikləri pula görə heyifslənməsinlər. 20-30 ildən sonra baxanda yenə də həvəslə baxsınlar. Bizim indi köhnə filmlərimizə baxdığımız kimi.
İştirak etdi: Səfiyyə Babazadə, Natavan Həsənli.