• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Z nəslinə marketinq!

Marketoloqlar həmişə inkişaf etməli və standartlarını istehlakçıların tələbinə uyğunlaşdırmalıdırlar. Hal-hazırda alıcı qüvvəsinin 40 faizini təşkil edən yeni bir nəsil var: Z nəsli! Z nəsli kimdir? Z nəslini nə maraqlandırır? Z nəslinə marketinq edərkən nələri nəzərə almaq lazımdır? Bu məqaləmizdə bütün bu suallara cavab tapmağa çalışdıq.

Nərmin Məmmədova Nərmin Məmmədova
İyul 7, 2020
A A
3D qapı tutqacları

Marketoloqlar həmişə inkişaf etməli və standartlarını istehlakçıların tələbinə uyğunlaşdırmalıdırlar. Hal-hazırda alıcı qüvvəsinin 40 faizini təşkil edən yeni bir nəsil var: Z nəsli!  Z nəsli kimdir? Z nəslini nə maraqlandırır? Z nəslinə marketinq edərkən nələri nəzərə almaq lazımdır? Bu məqaləmizdə bütün bu suallara cavab tapmağa çalışdıq.

Kimdir Z nəsli?

1995-2010-cu illər aralığında doğulan insanlar Z nəslini təşkil edir. Rəqəmsal əsrin sakinləri olaraq texnologiyaya göz açıb, onunla böyüyürlər. 95%-i smartfona sahib olan Z nəsli həmçinin “ən tənha nəsil” adlandırılır. Rəqəmsal dünyada aktiv, həqiqi sosial əlaqələri isə  zəif olan bu nəsilə marketinq etmək də bir o qədər çətindir.  44 milyard dollar dəyərində alış-veriş etmə potensialına sahib bu nəsil istehlakçı qüvvəsində gücünü artırmağa davam edir.

z nəslinə marketinq

Rəqəmsal marketinqin Z nəsli üçün əhəmiyyəti

İnternetin gəncləri yalnız həqiqi həyatdan təcrid etməsi, sosial əlaqələri və sosial zəkanı məhv etməsi fikri tamamilə əsassız və yanlışdır. Sosial media vasitəsilə rəqəmsal əlaqə yaratmaq bu nəsil üçün həqiqi əlaqələrə nisbətdə daha asandır. Statistikaya görə gənclərin yalnız 45%-i daim “onlayn”-dır. İnstagram, Youtube, Snapchat, TikTok kimi platformalar  Z nəsli arasında aktualdır. Jurnal və qəzetlərdə və ya televiziyada marketinqinizi aparmaq əvəzinə Sosial Media Marketinqini sınaya bilərsiniz. Z nəsli həyatları ilə əlaqələndirə biləcəkləri reklam çarxları və posterlərindən daha çox təsirləndikləri məlumdur. Reklam videolarının qısa olmasına önəm verin. Belə ki, real həyat situasiyalarını mobil marketinqdə istifadə etməyi unutmayın.

Z nəslini cəlb etmək üçün marketinq strategiyaları

1. Dəyərlərinizi bölüşməkdən çəkinməyin!

Z nəsli inandıqları dəyərlər uğrunda mübarizə aparmaq üçün həvəsli olduqlarını aydın şəkildə bildirir. Brendinizin dəyərlərini bölüşün! Həssas mövzularla nə dərəcədə maraqlı olduğunuz bu nəsil üçün düşündüyünüzdən daha çox önəmlidir.  Nümunə olaraq Rothy ayaqabbı şirkətinin 2019-cu il oktyabr ayında etdiyi paylaşımı götürək. Şirkət sinə xərçəngi məlumatlandırma ayında Sinə Xərçəngi Araşdırma fondu ilə bu xəstəlikdən əziyyət çəkənlərə bir cüt çəhrayı ayaqqabı hədiyyə etmişdir. Unutmayın ki, Z nəsli dəyərlərini dəstəkləyən markalarla alış-veriş etməyi üstün tutur.

z nəslinə marketinq

2. Müştərilərinizə İnstagram vasitəsilə çatın

Z nəslini markanıza cəlb etmək istəyirsinizsə, bir İnstagram hesabına sahib olmaq mütləqdir. İnstagram e-ticarət bazarının sürətli inkişafından yararlanmaq üçün bu funksiyanı platformaya əlavə etmişdir. Məhsullarınızı cəlbedici şəkillərlə post edərək daha çox istifadəçiyə çata bilərsiniz. Pulsuz çatdırılma, qapıda ödəmə kimi təklifər də markanıza marağı müəyyən dərəcədə artıra bilər.

 

z nəslinə marketinq

3. Dizayna önəm verin!

Z nəslinin nümayəndələrinin sosial media marağı hər kəsə məlumdur. Gənclər sosial mediada maraqlı, qeyri-adi şəkillər paylaşaraq yaşıdlarının diqqətini çəkməyi çox sevir. Əgər bir kafe-restoran, ticarət mərkəzi və ya əyləncə mərkəzinin marketinqi ilə məşğulsunuzsa, bu strategiya tam sizin üçündür. Məkanınıza Z nəslini cəlb etmək üçün divar rəsmləri, qeyri-adi interyer, hətta sırf şəkil çəkdirmək üçün nəzərdə tutulan konstruksiyalardan istifadə edin. Unutmayın ki, bu çəkilən və paylaşılan şəkillər sizin üçün böyük reklam kampaniyasıdan daha effetiv ola bilər.

4. Maliyyə strategiyanızı artırın!

Çoxları tərəfindən bədxərc bilinsə də, əslində Z nəsli nümayəndələri yetərli dərəcədə qənaətcildilər. Z nəslinin maliyyə qərarları ilə bağlı bəzi məlumatlara nəzər salaq.

  • 5 nəfərdən 4-ü həmişə bank hesablarındakı məbləğdən xəbərdar olur;
  • 62%-i məktəbdən sonra qənaətin mühüm olduğunu qəbul edir;
  • 10 nəfərdən 6-sı valideynlərindən daha yaxşı pul idarə etdiklərini deyir;
  • 81%-i valideynlərinə nisbətdə daha çox pul qazanmağı planlaşdırır;
  • 10 nəfərdən 6-sı pulun idarə olunması barədə təlimlərdə iştirak etmək istəyir.
  • Z nəsli istehlakçıları bir məhsulu almazdan öncə geniş araşdırma aparır. Pulsuz çatdırılma və eksklüziv endirim təklifləri onları cəlb etmək üçün yaxşı vasitələrdir.

5. “Sosial Media İnfluencer”- ları ilə işləyin!

Z nəslinin 65%-i influencerların tövsiyəsi ilə bir şey satın almağı üstün tutur. Sosial Media İnfluencerları Z nəsli nümayəndələri üçün etibarlı bir qaynaq və virtual dost rolunu oynayır. Bu zaman diqqət etməniz lazım olan bəzi nüanslar var: hədəf kütlə, influencerın fəaliyyət istiqaməti və s.

z nəslinə marketinq

 

Z nəsli dünya ticarətinə təsir göstərməktədir. Şirkətin müştəri qüvvəsini artırmaq üçün demoqrafiyanı marketinq strategiyanıza daxil etməyin vaxtı gəldi.

Mənbə: blog.marketo.com,  bigcommerce.com

 

Z nəsli nədir və kimlərə deyilir? başlıqlı yazımızı oxumaq üçün buraya daxil olun.

Paylaş
Öncəki yazı

Marketinq nədir və fəaliyyəti nədən ibarətdir?

Növbəti yazı

Qlobal liderlər sosial şəbəkələrdə reklamı dayandırdılar!

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol