Bugünkü xəbərimiz yerli bir sosial sahibkarlıq layihəsi ilə bağlıdır. Layihənin adı “Buta art & sweets”-dir. Bu, xüsusi ehtiyacları olan xanımların hazırladıqları ev şirniyyatlarının satışını təmin edən Azərbaycanda ilk sosial startup-dır. Layihə rəhbəri Sara Rəcəblidir.
Layihə Azərbaycan startup və sahibkarlıq tarixində ilk dəfə ölkəmizi Qlobal Startup Yarışmasında təmsil edib.
2019-cu ilin noyabrında bu layihə 6 ölkənin iştirak etdiyi Avrasiya Startup Mükafatının regional qalibi seçilib. Hazırda isə Avrasiya regionu “People’s Choice” kateqoriyasında Qlobal Startup Mükafatı yarışmasında finalist olaraq yarışırlar.
Qalib seçilmək üçün həm münsiflər heyəti, həm də icma üzvlərinin səsləri toplanır. Azərbaycanın qalib seçilmək üçün daha çox səsə ehtiyacı var.
Dəstək olmaq üçün linkə daxil olaraq “filter by country” yerində “Azerbaijan” seçirsiz və göy rəngdə “Vote” düyməsini klikləyirsiz. Həm email, həm də facebook səhifənizlə online səsinizi göndərə bilərsiniz.
Səs vermə üçün son tarix: 21 yanvar
Biz də Markzone komandası olaraq sizi təbrik edir və uğurlarınızın davamını arzulayırıq!
“Ən Yaxşı Startup Fikirlərini Necə Tapmaq Olar” adlı məqaləmizi oxumaq üçün bura daxil olun.