İllərdir bütün single player oyun növlərində hər zaman sistemləşdirilmiş bir AI-ə (süni intellekt) qarşı oyun
oynayırıq, ancaq bir müddət sonra AI sisteminin stabil oynanama bacarığına görə artıq bizlər onu necə məğlub edəcəyimizi bilirik. Ancaq AI isə bizi necə məğlub edəcəyini hesablamırdı və stabil olaraq ona verilən tapşırığı heç dəyişmədən yerinə yetirirdi. Texnologiyanın inkişafı ilə birlikdə oyunlardakı AI sistemi kəskin şəkildə gücləndirilir. 2010-cu ildə yaradılan və 2014-cü ildə Google tərəfindən alınan DeepMind şirkəti yeni süni intellekt alqoritmi ortaya çıxardaraq AI sisteminin oyunlardakı stratejik qərar alma bacarıqlarını inkişaf etdirir. Bu nə mənaya gəlir?
Arxiv.org saytında bir məqalə yayınlayan DeepMind şirkəti, yeni bir alqoritm yaradaraq oynayan oyunçunun zəif tərəflərini düşünən AI yaratdıqlarını və bu alqoritmin indiki vəziyyətdə ən zəif oyunçunu davamlı olaraq məğlub etdiyini qeyd edir. Yəni, əgər siz bir oyun içərisində müxtəlif qərarlar alırsınızsa, AI bunu analiz edir və sizin ən zəif tərəfinizi tapır. Siz oyuna davam etdiyiniz halda AI sizin zəif yönünüzə fokuslanır və sizi daha da çətinə salır.
Bəlli bir alqoritma
Hər zaman bəlli bir alqoritmaya görə oyunlar oynayırıq. Bir strategiyaya uyğun irəliləmə edirik. AI oyun sistemini anlayandan sonra isə bu bizim üçün çox sadə olur. Ancaq bu yeni alqoritma ilə xeyli dərəcədə çətinliklər olacaq. Çünki artıq AI bir alqoritma üzərində irəliləməyəcək və sizin hər həmlənizə qarşı yeni bir strategiya ortaya qoyacaq. Hələlik isə bu süni intellekt alqoritmi sadəcə 3 oyun üzərində sınanılıb. Bunlar şahmat, Go və Texas Hold’em oyunlarıdır.
ABR IT-MCTS və oyun
ABR IT-MCTS adı verilən alqoritm artıq 200-dən çox oyunçunun olduğu sınaqlardan 50%-lik göstərici ilə qələbə qazanmağı bacarıb. İrəlidə isə bu alqoritmi daha qarışıq oyunlarda sınayacaqlar.
AI sistemindən bəhs etmişkən, bir şeyi də qeyd etmək istərdim. Martın sonu satışa çıxarlan oyun – Mount and Blade: Bannerlord AI sistemi də oyunçuların diqqətini cəlb edib. Məsələn, siz AI olan bir orduya qarşı döyüşə çıxırsınızsa, Mount and Blade bütün seriyalarında sizə imkan yaradır ki, strategiya qurasınız və ordunuzun düzülüşünü təşkil edəsiniz. Bannerlord oyunun da isə nəinki siz, hətta AI belə ordusunu açıq ərazidə düzülüş verir və sizin ordunuza qarşı uyğun olan strategiyanı seçir. Əgər ordunuz qələbə qazanmağa doğru gedirsə və AI itkilər verirsə, həmin an bəzi kralların ordusunda piyadalar geniş çevrə yaradaraq oxcuları ortaya alıb qoruyurlar ki, itkiləri az olsun.
Görünən odur ki, qısa vaxt ərzində oynadığımız oyunlar belə, bizə çox çətinliklər yaşadacaq.
İşçi profilində süni intellektin istifadəsi adlı yazımızı oxumaq üçün bura daxil olun.