Artırılmış reallıq və virtual reallıqla bağlı eynəklər, demək olar ki, hər kəs tərəfindən bilinir və tanınır. Lakin Apple bu bazardan da geri qalmadı. PhoneArena, Apple-ın yeni cihazı ilə bağlı daha çox məlumat əldə etmək fürsəti qazanmışdı. Qeyd etdiyinə görə cihazın adı Apple Glasses, yəni Apple eynəklər olacaq. Eləcə də ənənəvi eynəklərdən fərqlənməyən bir dizayna sahib olacaq.
Apple-ın planları arasında bu eynəyə 5G bağlantısı yerləşdirmək kimi düşüncələr də var. Apple, mmWave və 6 GHz texnologiyalarından da istifadə edəcəyini planlaşdırılmışdır. Bu da sözsüz ki, gözləntiləri yüksək səviyyəyə daşıyır.
iPad və Apple Watch-un Wi-Fi və mobil məlumatlar daxil edilməsi kimi versiyalarının mövcud olduğu məlumdur. Lakin yeni ağıllı eynəkdə Wi-Fi bağlantısının olmayacağı deyilir. Şübhəsiz ki, bu da satışlara öz təsirini göstərəcəkdir.
Əslində Apple-ın bağlantı mövzusunda etdiyi seçim cihazın istifadəçiləri üçün çox önəmli məlumat verir. Ağıllı eynək, iPhone ya da Apple Watch-la əlaqəli bir cihaz olmayacaq. Bir sözlə, asılı fəaliyyət göstərməyəcək. Lakin belə bir fikir də var ki, cihaz iPhone ya da Apple Watch-la daha uğurlu performans sərgiləyə bilər.
Apple Glasses-in özəllikləri
Apple Glasses-in yeni bir işlətmə sistemi olan “Starboard” olaraq bilinən işlətmə sistemini istifadə edəcəyi bildirilir. İlk çıxan fikirlərdə QR kodlarına dayanan bir sistemlə istifadəçilərinə fərqli təcrübələr yaşada biləcəyini ifadə edirdi. Yəni bir insan bir şeyi görə bilirsə. bir başqası onu gördüklərini görməyəcək.
Dizayn baxımından Apple Glasses(Apple eynəklər), alışmış olduğumuz normal eynəklərə bənzər bir cihaz olacaq. Hələlik isə ağ və qara prototipləri göstərilmiş olsa da final versiyalarında rənglər dəyişə bilər. Apple planlarını açıqlamasa da bu eynəkləri 2021 və ya 2022 illərində bazarda görə biləcəyik.
Telegram-ın WhatsApp-da olmayan 11 xüsusiyəti haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.