Ford Motor Co.-nun T Modelinin kütləvi istehsalına başlamasından təxminən 100 il sonra keçmiş Toyoto Motor Corp. mühəndisinin sözlərinə görə insan nəsli başqa bir mobil inqilabın şahidi olmaq üzrədir. Bu mobil inqilab 2023 ilindən etibarən həyatımıza girəcək olan kommersiya məqsədli bir uçan taksi xidmətidir.
Japan Times-ın xəbərinə görə Yaponiyanın ən yeni uçan avtomobil başlanğıclarından biri olan SkyDrive, bu yaxınlarda yeni bir uçan avtomobil istehsal etdi. Bu, saatda 100 km sürətlənə bilən, təxminən bir avtomobil ölçüsündə olan 2 nəfərlik bir eVTOL təyyarəsi olan SD-XX istehsalıdır.
SkyDrive tərəfindən hazırlanan 2 nəfərlik avtomobil…
Boeing Co., Airbus SE və Uber Technologies Inc. kimi böyük beynəlxalq şirkətlər də daxil olmaqla, dünyada 100-dən çox uçan avtomobil layihəsi mövcud olsa da, SkyDrive tərəfindən hazırlanan 2 nəfərlik avtomobil dünyanın ən kiçik uçan avtomobili kimi seçilir. Dörd küncünün hər birinə qoşulmuş bir cür pərvanə olan batareya ilə işləyən prototip, ilk uçuşunu dekabr ayında etdi. Şirkət bu yay üçün planı uçuş sınaqlarını başa çatdırmaqdır.
Əvvəllər Toyotada bir mühəndis olan SkyDrive Inc. CEO-su Tomohiro Fukuzawa müsahibəsində Osaka və ya Tokio kimi böyük şəhərlərdə ilk uçuşlarını dəniz üzərində hava taksisi olaraq başlatmağı düşündüklərini söylədi. Çünki quruda birdən çox adamın uçması çox riskli ola bilər.
Tomohiro Fukuzawa həmçinin SkyDrive təşəbbüsündə kadrların sayının artması ilə irəliləmənin sürətlənəcəyini bildirdi. Fukuzawa-ya görə, şirkətin bu günkü hədəfi, 2028-ci ilə qədər hər biri bahalı bir avtomobil olan ən az 100 uçan avtomobil satmaqdır.
Son olaraq, Yaponiya höküməti SkyDrive-ı dəstəkləyərək lazımi sərmayə qoymağa başladı. Hökümətin məqsədi böyük şəhərlərdə insanları daşıya bilmək, tıxacların qarşısını almaq, uçan avtomobillərdən dağlıq ərazilərə və ya uzaq adalara təbii fəlakətlərdə və digər fövqəladə hadisələrdə istifadə etməkdir.
SkyDrive Inc. mühəndisləri uçan avtomobil və pilotsuz təyyarə sahələrinin istehsalı, inkişafı və satışı ilə məşğuldur. Əsasən 2012-ci ildə yaradılan “CARTIVATOR” könüllü qrupun üzvləri tərəfindən təsis edilmişdir. Yapon şirkəti olan SkyDrive Inc. şirkətinin prezidenti Tomohiro Fukuzawadır və baş ofisi Tokioda yerləşir. SkyDrive Inc. birlikdə inkişaf etdirən və planlaşdırma həyata keçirən yerli hökumətlər tərəfindən dəstəklənir.
Mənbə: pazarlamasyon.com
“Facebook və Spotify-dan Epic Games-ə dəstək” adlı məqaləmizi oxumaq üçün buraya klik edə bilərsiz.