• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Xidmətkar liderlik nədir?

"Əgər hərəkətləriniz insanları daha çox xəyal qurmağa, çox öyrənməyə, çox şey etməyə və daha çoxu olmağa ruhlandırırsa, siz lidersiniz." - Con Kuinsi Adams Gəlin, xidmətkar liderliyin nə olduğunu öyrənək. Xidmətkar liderlik anlayışı Robert Qrinlif-ə bağlanır. O, 1970-ci ildə yazdığı “Xidmətçi bir lider kimi”( The Servant as a Leader) adlı məqaləsində xidmətkar liderliyi belə təsvir etmişdi:

Ramil Kamilli Ramil Kamilli
İyul 16, 2021
A A
Şiddətsiz ünsiyyət nədir? Necə qurulur?

“Əgər hərəkətləriniz insanları daha çox xəyal qurmağa, çox öyrənməyə, çox şey etməyə və daha çoxu olmağa ruhlandırırsa, siz lidersiniz.” – Con Kuinsi Adams

Gəlin, xidmətkar liderliyin nə olduğunu öyrənək.

Xidmətkar liderlik anlayışı Robert Qrinlif-ə bağlanır. O, 1970-ci ildə yazdığı “Xidmətçi bir lider kimi”( The Servant as a Leader) adlı məqaləsində xidmətkar liderliyi belə təsvir etmişdi:

“Xidmətkar lider hər şeydən öncə qulluqçudur… Xidmət isə ilk öncə xidmət etmək istəyən insanın təbii hissindən başlayır.”

Qrinlif Herman Hesse-nin “Şərqə Səyahət” kitabını oxuduqdan sonra təsirlənmiş və yeni liderlik anlayışını ortaya çıxarmışdır. Xidmətkar liderlik Qrinlif-in “Lider bir qulluqçudur” ifadəsi ilə gündəmə gələn və bütün liderlik yanaşmalarını özündə cəmləşdirən liderlik modelidir.

“Şərqə Səyahət” kitabında bir qrup kişi ilə uzun bir səyahətdə Leo adlı bir qulluqçu vardır. Hekayənin əsas personajı olan Leo, yol boyu mahnı oxuyaraq qrupu əyləndirir. Ancaq Leo bir gün yox olanda dəstədə xaos başlayır və heç kim yola davam etmək istəmir. Bu səbəbdən səfər təxirə salınır. Leo axtarılır və tapılır. Dəstəyə liderlik edən şəxs, Leo-nun, həqiqətən, bir rəhbər ruha sahib olduğunu və qrupun əsl lideri olduğunu başa düşür.

Xidmətkar liderlik, standart liderlik anlayışlarının “əvvəlcə insan” və “xidmət mərkəzli” fəlsəfələrinə əsaslanan liderlik məktəbidir. Bu fəlsəfə ilə xidmətkar liderlər, ünsiyyət bacarıqları sayəsində “ruhu görülən işə qoymaq” anlayışını bir şirkət mədəniyyətinə çevirirlər. Nəticədə, korporativ mədəniyyət xidmətçi rəhbərliyi prinsiplərinə uyğun olaraq gücləndirilir və qorunur.

Xidmətkar liderlik insanları öz gücündən üstün tutaraq tipik liderlik ssenarisini kökündən dəyişir. Bir “qulluqçu lider” komandanın böyüməsini, rifahını üstün tutaraq, öz ehtiyacları və ehtiraslarının arxa plana keçməsinə razılıq verir.

Xidmətkar Liderliyin Pirinsipləri

1. Dinləməli

Dinləmək xidmətkar liderliyin ürəyidir. Bir komanda üzvü danışırsa, onlara bütün diqqətinizi göstərin və söhbətin yarım qalmasına icazə verməyin! Dinləmək komandanıza dəyər verdiyinizi hiss etdirməyin ən sadə yoludur.

2. Empatiya qurmalı

Empatiya böyük məna daşıyır burada isə əsas vurğulamaq istədiyimiz şey, komandanızı tanımaqdır. Onları nəyin təhrik etdiyini öyrənin, güclü və zəif tərəflərinə diqqət yetirin. Bu yolla, komanda üzvlərinizin parlamasına və hətta zəif tərəflərini güclü tərəfə çevirmələrinə kömək edə bilərsiniz.

3. Bərpa etməli

Bəzi komanda üzvləri sizə, həqiqətən, zəhərli bir iş mühiti olan əvvəlcə çalışdığı işdən gələ bilər və onların yaxşılaşmasına, bərpasına kömək etmək imtiyazınız var.

Narahat olmayın: Göründüyü qədər çətin deyil. Bərpa, iş və həyat balansının qurulduğu sağlam bir iş mühiti yaratmaq qədər sadədir. Həm də insanlara uğur qazanmaları üçün lazım olan alətləri vermək, özlərini komandanın dəyərli bir üzvü kimi hiss etdirmək lazımdır.

4. Özünüdərketməli

Artıq komandanızın güclü və zəif tərəflərini anlamağın vacibliyini qeyd etdim. Ancaq özünüzü də eyni dərəcədə analiz etmək vacibdir.

Öz güclü və zəif tərəflərinizi siyahıya alın və ümumi komandaya necə uyğunlaşdığınızı müəyyənləşdirin. Sonra özünüzü komandaya və şirkətə fayda gətirəcək şəkildə proqramlaşdırın. Öz məhdudiyyətlərinizi tanımaq, komandanızın güclü tərəflərindən daha aydın istifadə etmək imkanlarını görməyinizə kömək edə bilər.

5. İnandırmalı

İnandırma haqqında düşündüyünüz zaman mükəmməl satış taktikaları ağlınıza gələ bilər. Ancaq burada danışdığımız bu deyil.

Xidmətkar liderlər razılıq yaratmaq və komandalarından pay almaq üçün inandırmadan istifadə edirlər. Beləliklə, hər kəs komandanın uğurunda payı olduğunu hiss edir.

6. Konsepsiya hazırlamalı

Bir lider və bir şirkət olaraq hara getdiyinizi bilməlisiniz. Axı, komandanız üçün müsbət bir yolu necə başqa bir şəkildə açacaqsınız?

7. Uzaqgörən olmalı 

Xidmətkar liderliyin digər bir əsas xüsusiyyəti keçmişdə öyrəndiyiniz bilikləri almaq və gələcəyə tətbiq etməkdir ki, siz və komandanız böyüməyə davam edə biləsiniz.

Layihədən sonrakı uğursuzluqlar və ya retrospektivlər nəyin çalışıb-çalışmadığını öyrənmək üçün əla vasitədir, beləliklə hər bir layihə ilə prosesinizi dəqiq tənzimləyə bilərsiniz.

8. İdarəetmə

İdarəetmə, sadəcə, nümunə ilə aparılır. Komandanızın tonunu təyin etmək sizin işinizdir, buna görə insanlardan özünüz etməyəcəyiniz şeyləri etmələrini istəməyin.

9. İnsanların inkişafında maraqlı olmalı

Komandanızın böyüməsini istəyirsinizsə, insanlara investisiya qoymalısınız. Bunu etməyimizin sadə bir yolu, illik konfrans büdcəsini təmin etməkdir ki, komanda üzvləri rollarında inkişaf etmələri üçün lazımi bacarıqları təkmilləşdirsinlər.

Həm də, hər il 360 dərəcə performans təhlili aparmalıyıq. Bir lider olaraq yalnız bəzi şeyləri görə bilərsiniz. 360 dərəcə bir araşdırma, daha dəqiq bir performans mənzərəsinə sahib olmağınız və böyümək üçün dəqiq fürsətlər müəyyən edə biləcəyiniz bir vasitədir.

10. İcma qurmalı

Bir-birinə güvənən komandalar daha çox iş görmək üçün birlikdə çalışırlar. Buna görə də komandanız arasında münasibətlər inkişaf etdirmək vacibdir.

” Liderlik nədir?” adlı yazını oxumaq üçün linkə daxil olun.

Mənbələr:

1. https://www.teamgantt.com/blog/servant-leadership

2. https://yonetsel.com/liderlik-turleri/

 

 

Paylaş
Öncəki yazı

İşçi sadiqliyinə təsir edən faktorlar

Növbəti yazı

Liderlik nədir?

Redaktorun seçimləri

Məhsuldar Və Sadiq Komanda Yaratmağın 4 Yolu

Seçim Azadlığı Realdırmı?

Avqust 7, 2021
Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?
Reklam

Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam

Avqust 1, 2021
Top Level Domain (TLD) nədir?
manşet

Top Level Domain (TLD) nədir?

İyul 16, 2021
Apple-dan Yeni Batareya
Biznes

Liderlik nədir?

İyul 16, 2021
Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər
Məqalə

Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?

İyul 18, 2021
Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam
manşet

İyirmi Beş İl Əvvəl Həyatini İtirən Müğənni “Həyata Döndürüləcək”

Avqust 7, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol