Dəyərli Dostlar, İxtisas.az daha bir layihəyə start verir. Abituriyentlərə bol fayda və motivasiya verən “Böyüyəndə mən” layihəmizdən sonra düşündük ki, niyə də valideynlər üçün də faydalı olacaq layihə təşkil etməyək?! Bu dəfə də valideynlərin faydalanması üçün “Xalxın valideyni” layihəsinə start veririk.
Ali və orta ixtisaslı məktəblərə qəbul imtahanı prosesində valideynlər də bu dövrdə ən azı övladları qədər gərgin və həyəcanlı olurlar. Həmçinin övladının seçimlərinə kömək edir və ya seçimi özləri edirlər.
Layihənin məqsədi valideynlər üçün psixoloji yönümlü seminarlar təşkil etmək, onların gərginliyini, həyəcanı azaltmaq və ixtisas seçimi prosesində övladlarının istəkləri ilə hərəkət etməyin nə qədər uğurlu olduğunu aşılamaqdır.
Layihəmizin spikerləri :
Toğrul Ələkbər
Ceyhun Cabbarov
Səma Abiyeva
Anar Məmmədov
Elçin Əzimli
Nərgiz Babakişiyeva
Yalnız 40 nəfər valideyn layihədən yararlana biləcəkdir. Layihədə iştirak ödənişsizdir.
Əziz valideynlər, əgər layihəmizdə iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin .
Qeydiyyat üçün linki : https://bit.ly/2NlxwQl
Son müraciət tarixi: 30 iyun 2020
2020 krizisində satış komandası üçün müxtəlif satış praktikaları adlı yazımızı oxumaq üçün bura daxil olun