Whatsapp Brazilya istifadəçiləri üçün online ödəmə funksiyasını təqdim edir. Artıq insanlar tətbiqdən ayrılmadan ödənişi edə bilər…
Brazilyada 10 milyonun üzərində kiçik və orta səviyyəli şirkətlər dinamikanın əsasını təşkil edir. Müştərilər tərəfdən baxdıqda, şirkətin kataloqunu görməklə yanaşı, artıq o məhsul və ya xidmət üçün ödənişi də rahat şəkildə edə biləcək. Bu həmçinin şirkətlər və ümumi olaraq biznes fəaliyyəti üçün daha avantajlı bir xidmətdir. Bu addım şirkətlərin dijital iqtisadiyyata daxil olması üçün də bir fürsətdir. Bu fürsəti yerində istifadə edən üçün böyümək qaçınılmazdır.
Şirkətlərdən əlavə olaraq, insanlar çox rahatlıqda bir-birilərinə də pul göndərə biləcəklər. Sistemin bu qədər rahat işləməsinin səbəbi ödənişlərin Facebook Pay tərəfindən təmin edilməsidir. Gələcəkdə daha rahat və funksional olsun deyə bütün kart və ödəniş məlumatlarının bir vahid sistem üzərində irəliləməsini təmin etmək istəyirlər.
Ödənişlər zamanı təhlükəsizliyi təmin etmək adına bəzi tədbirlər alınacaq. Məsələn, 6 xanalı kod və ya barmaq izi ilə təsdiqləmə kimi. Bunun istifadəsi rəsmi olmayan ödənişlərin qarşısını almaq nəzərdə tutulur. Visa və Mastercard dəstəklənməsi üçün ilk əvvəl Brazilyanın bəzi bankları ilə əməkdaşlıq ediləcək. Brazilya şirkəti olan online ödəmə xidməti verən Cielo-ilə də əməkdaşlıq edilir. Ancaq Whatsapp burada bütün ekosistemi içinə alacaq səviyyədə bir əməkdaşlıq modeli yaradıb. Bu model daha çox iş ortağı ilə işləməyi təmin edəcək.
Bu, Whatsapp ilə pul göndərmə və ya nəyisə satın almaq insanlar üçün ödənişsiz xidmət olaraq veriləcək. Ancaq şirkətlər ödənişi qəbul etmək üçün müəyyən olunan bir səviyyədə ödəniş etməli olacaqlar. Bu gün Brazilya üçün istifadəsi açıq edilən bu xidmətin yaxında daha təkmilləşmiş formada bütün dünyaya yayılmasına az qalıb.
Bu tətbiqin məqsədləri nədir?
Bir neçə il əvvəl bu cür sosial media tətbiqlərinin ciddiyə alınmadığı bir vəziyyətdə ikən, bu gün sosial media tətbiqləri köklü bankları qorxuya salan bir ekosistemə çevrildi. Hal-hazırda banklarla və digər ödəniş sistemləri ilə ortaq fəaliyyət göstərməsinə baxmayaraq, gələcək üçün risk təşkil etmir deyil. Çünki bu sistemi sahib olduğu istifadəçi kütləsi hesabına bütün dünyaya yayan bir tətbiq, sabah öz sistemi daxilində bu xidmətləri cəmləməsi bu ekosistemdəki vəziyyəti kökündən dəyişə bilər. Bu sistem bir mesaj qədər rahat olan pul göndərmə xidməti, bir mesaj qədər rahat olan ödəniş etmə xidməti, bir mesaj qədər rahat olan kredit alma xidməti kimi irəliləyəcək. Bu şirkətlər arasında rəqabəti qızışdırmaqla yanaşı, bütün iqtisadiyyatı dijitala yönəlmək adına böyük faydalar olacaq. Bunun üçün xüsusən kiçik və orta səviyyəli şirkətlər özlərini bu sistemə hazır etməlidirlər.
Mənbə: Whatsapp