Dünyanın ən varlı və ən xeyirxah insanlarından biri olan Warren Buffet Amerikanın Omaha şəhərində yerləşən çok millətli bir holdinq şirkəti olan Berkshire Hathaway-in CEO-su və ən böyük hissədarıdır. İnvestisiya və yaxşı iş idarə etməsi müzakirə mövzusu olduğunda ağıla ilk gələn şübhəsiz ki, onun adıdır. “Omaha Kahini” ləqəbli Warren Buffet bütün vaxtların ən böyük investorlarından biridir. Amma tipik bir milyarder deyil. 87 yaşındakı Buffet-in net sərvəti 80 milyard dollardan çoxdur, amma hələdə çox təvazökar bir həyat sürür. Buffet hələdə 1957-de 31 min dollara aldığı evində yaşayır və ictimai nəqliyyatdan istifadə edir.
Skandinaviya əsilli ailənin ABŞ-daki ilk təmsilçiləri kiçik market işiylə məşğul olurlar. Buffet hələ altı yaşında olarkən iyirmi beş sent ödəyərək babasının marketindən altı ədəd Coca-Cola almış və şüşələrin hər birində 5 sent qazanc əldə edərək satmağı bacarmışdır. Yaşıdları küçədə beşdaş oynarkən o pul qazanmaqla məşğul idi. Beləliklə, beş il sonrasında da maliyyə dünyasına ilk addımını atmışdır.
Buffet investisyaya çox tez bir yaşda başladı. 11 yaşında olarkən ilk hissə sənədini aldı.
Buffet 10 yaşında Wall Street-in ən önəmli investorları ilə yeməklərə qatılırdı. Atası ilə New York-a etdiyi bir ziyarətdə New York qiymətli kağızlar bürosu üzvü At Mol ilə günorta yeməyinə qatılmışdı. Hələ 11 yaşında olarkən özü və bacısı Doris üçün Cities Services Preferred-dən 38 dollara üç ədəd hissə sənədi aldı. Hissələrin dəyəri 27 dollara düşsə də dəyərlər 40 dollara çıxana qədər səssizliyini qorudu. 40 dollar olan kimi hissələri dərhal satdı ancaq bu, çox geçmədən peşman olacağı böyük bir xəta idi. Çünki sonrasında eyni hissə dəyərləri 200 dollara qədər yüksəlmişdi! Bu təcrübə ona investisiyanın ən birinci qaydalarından birini, ilk ticarət dərsini öyrətmişdi. Al və əlində saxla. Mövzu investisiyadırsa, səbirli olmaq bir fəzilətdir!
Buffett cavan olarkəndə investisiya mövzusunda peşəkar idi. Lisey şagirdi olarkən dostu ilə pinball biznesi qurdu.
Buffet liseydə oxuyarkən 25 dollara aldığı işlənmiş pinball maşını ilə dostu Don Danley-i bu işə investisiya etməyə razı salmışdı.
“Bu köhnə pinball maşınını 25 dollara aldım və ortağ ola bilərik. Sənə düşən iş bu maşını təmir etməkdir. Daha sonra bərbər Frank Erico-ya da bu işi danışacağıq. Ona ‘Wilson təmirə ehtiyacı olan maşınlar şirkəti olaraq Bay Wilson adına sizə bir təklif edəcəyik. Bu işdə sizin üçün heç bir risk yoxdur. Bu maşını mağazamızda yerləşdirək, bu sayədə müştərilər gözləyərkən oyun oynaya bilərlər. Qazancıda bölüşərik’ deyərik.”
Ikisi Erico ile razılaşdılar və maşın bir anda məşhur hala gəldi və ilk gecədə 4 dollar qazanmışdılar.
Qazandıqlarını xərcləmək yerinə gənc ortaqlar daha çox pinball maşını aldılar. Buffet bir neçə ay içərisində şəhərdəki fərqli bərbər dükanlarında birdən çox pinball maşınına sahib bir iş adamı olmuşdu. Warren Buffet bir il sonra işini 1000 dollardan baha bir məbləğə satdı. Pinball işindən başqa Buffet uşaqlıq illərində bir çox fərqli işdə işlədi. Qazet, saqqız ve cola satdı, maşın belə yudu.
Fərqli işlər sayəsində Buffett hələ 16 yaşında olarkən bugünkü dəyəri ilə 53 min dollarlıq kiçik bir sərvət qazanmışdır.
Lisey illərində o qədər çox sərvət toplamışdı ki, universitetə getmək üçün heçbir səbəb görmürdü. Ona görə də reytinqli bir məktəb olan Pennsylvania Üniversitet-indəki Wharton School of Business-in təhsil təklifini geri çevrilməyi düşünürdü.
Ancaq yenə də atasının sözünə qulaq asdı və Pennsylvania universitetinə getdi. İki il sonra isə Nebraska-ya qayıdıb Nebraska Universiteti-ndə təhsilinə davam etdi.
Universitet təhsilini tamamladıqdan sonra Columbia School of Business-də təhsil almaq üçün New York-a getdi.
Buffett 1952-də evləndi.
1952-ci ildə atasının firmasında işləyən Buffet, Susan Thompson ilə evləndi. Cütlüyün üç uşağı oldu: Susan, Howard və Peter.
Toylarından sonra gənc cütlüyün problemləri başladı. Aylıq 65 dollara kiraladıqları üç otaqlı balaca bir evdə yaşıyırdılar.
1957 ilində Warren Buffet 31 min dollara Omaha-da beş otaqlı bir ev aldı. Hələ də eyni evdə yaşayırlar.
Warren və Susan-ın münasibətləri olduqca problemli idi. Hər nə qədər 2004-də Susan-ın ölümünə qədər evli qalsalar da, evliliklərinin yarısı qədər birlikdə yaşamadılar.
Xanım Buffett, ərini 45 yaşında olarkən tərk etdi. Warren-la evli qalsa-da San Francisco-da yaşamağa başladı. Cütlük əlaqəni heç vaxt qoparmadı, tez-tez telefonla danışır arada birlikdə tətilə gedirdilər. Warren-la aktrisa Astrid Menks-i tanış edən Susan-idi. Susan öləndən sonra Astrid ilə Warren evləndi.
Buffett New York-a geri qayıdar.
Graham ən sonunda Buffett haqqındaki fikrini dəyişdirir və 1954-ci ildə ona iş təklifi edər. Beləcə Buffett ailəsiylə birlikdə New York-a köçər.
Buffett Graham-Newman Corp.-da analitik olaraq 2 il işləyər və günümüzün puluyla ildə 105 min dollar qazanar.
1956-ci ildə Buffett çox sevdiyi Omaha-ya geri gedərək Partnership Ltd. şirkətini qurar.
1950-lərin sonuna gəldiyimizdə Warren 7 fərqli ortaqlıq şirkəti qurmuşdu. 1962-də ortaqlıqlardan qazandığı pul ilə milyoner olmuşdu.
Buffett bütün ortaqlıqlarını birləşdirər və toxuculuq firması Berkshire Hathaway-ə investisiya edər.
1962-də Buffer bütün ortaqlıqlarını tək bir şirkətdə birləşdirmə qərarı alar və Berkshire Hathaway adlı toxuculuq firmasına investisiya edər. 1960-ların əvvəlində Berkshire Hathaway hissələri almağa başlayar və ən sonda firmanın bütün idarəsi ona keçər. 1964-də hissə qiyməti sadəcə 80 dollar olarkən bugün sənədlər ən yüksək qiymətə sahibdir. 25 Dekabr 2017 dəyərləri şirkətin 1 ədəd hissə qiyməti 296 min 400.$ dır.
1960-ların axırında Buffett Berkshire Hathaway-i toxuculuq sektorundan çıxarar və sığorta sektoruna girər.
Buffett ücün 80-ci İllər parlama nöqtəsi idi. 1982-də Buffett-ın net sərvəti 376 milyon dollar idi. 1983 ilində isə 620 milyon dollara yüksəldi.
1986-da 56 yaşında olarkən isə Warren Buffet Berkshire Hathaway-dən aldığı 50 min dollarlıq təvazökar maaşına rəğmən milyarder oldu.
1988 ilində Coca-Cola-nın hissələrinin 7% sahib idi. Bu ən yaxşı investisiyalarından biri oldu.
Buffett iqtisadi böhtandan bir il sonra, yəni 1988 ilində Coca-Cola şirkətinin hissələrini almağa başladı. Coca-Cola-nın idarəçisi olan köhnə qonşusu özünün şirkətə və şirkət hissələrinə olan marağını hiss etməyə gecikmədi.
Bir neçə ay içində Berkshire şirkətin 7%-nə, yəni 1.02 milyard dollar dəyərindəki hissə sənətlərinə sahib vəziyyətə gəlmişdi. Üç il içində isə Buffett-in Coca-Cola hissələri Berkshire-ın toplam dəyərindən çox daha yüksək məbləğdə bir piyasa dəyərinə sahib olacaqdı. “Buffett’in Coca-Cola’ya etdiyin investisiya 27 illik vaxtda 16 qat böyüdü. Bu illik ortalama 11% qazanc əldə etdiyi mənasını verir.”
Buffett 2008-ilində dünyanın ən varlı insanı oldu.
“2008-ci ildə 62 milyard dolarlıq sərvəti ilə Forbes tərəfindən dünyanın ən varlı insanı seçildi və 13 ildir zirvəni tutan Bill Gates-i ikinci sıraya saldı. Sonrakı il Bill Gates təkrar birinci oldu və Buffett ikinci sıraya düşdü.
”2010 ilində də Buffett ve Gates Giving Pledge-i (Xeyirxahlıq andı)’ qurdu. Buffett-in sadəliyi “markasının” ən vacib keyfiyyətidir. 87 yaşındakı Buffett-in bir telefonu yoxdur və ictimai nəqliyyatla səyahət etməyi xoşlayır. Ancaq bu Buffett-in səril biri olduğunu göstərmir. 2016 ilində Berkshire Hathaway-in 2.86 milyard dollarlıq hissələrini Bill ve Melinde Gates dərnəyi daxil birçox dərnəyə bağışladı. Bu yardım sayəsində ömrü boyu etdiyi yardımlar 28.5 milyard dollara çatdı. Buna əlavə olaraq, dostu milyarder Bill Gates ilə Xeyirxahlıq Andını-ni ortaya çıxarıb imzalayaraq sərvətlərinin ən azı yarısını bağışlamağı qəbul etdiler.
2010-dan bəri bu anda Mark Zuckerberg daxil 150-dən çox insan qatıldı.
Birazda Warren Buffett-in ağıl müəllimi Amerikalı bir investorlar, iktisadçı professor və yazıçı olan Ben Graham-dan danışaq. Özü eyni zamanda dəyər investisiyasının atası olaraq da bilinir. Ben Graham adını 1920-lərdə eşitdirmişdi. Dünyanın geri qalanının investisiyası böyük bir rus ruleti kimi təhlükəli gördüyü bir vaxtda Graham təxminən tamamilə risksiz olduqları üçün bir xeyli ucuz olub. Əslində gələcəkdə şans görünən hissə sənədlərinin axtarışında idi. Bunlardan ən çox bilinən isə Rockefellers tərəfindan idarə edilən bir neft daşıma şirkəti olan Northern Pipe Line idi.
Mənbə: yeniisfikirleri.net