Volkswagen Qrupunun baş icraçı direktoru Herbert Diess dünən Twitter-də bir hesab açdı və ilk tvitini paylaşdı. Son illərdə karbon emissiyası skandalı ilə gündəmdə olan CEO, ilk tvitində Elon Musk a söz atıb.
Avropada uğur!
Herbert Diess ilk tvitində Twitter istifadəçilərini salamlayarkən, Elon Musk-ın bazar payını azaltmağı planlaşdırdıqlarını açıqladı. Diess, ID.3 və e-tron-un Avropadakı uğurunu dilə gətirdi.
Hal-hazırda elektrikli nəqliyyat vasitələrindəki bazar payı ilə öyünən Diess, karbon emissiyası skandalını geridə qoymuş kimi görünür. Braunschweig Prokurorluğu tərəfindən 2018-ci ildə aşkarlanan məlumatlara görə; Volkswagen, 2007-ci ilin ortalarından 2015-ci ilə qədər az karbon emissiyası göstərən saxta proqram təminatlı 10 milyondan çox dizel mühərrikli avtomobil satdı. Şirkət 1 milyard avro cərimə alarkən, Diess, səhmdar məhkəməsindən qaçmaq üçün 9 milyon avroluq bir müqavilə imzaladı.
Volkswagen Group-un avtomobilləri Teslanın Avropadakı bazar payını azaldır
Diessin qarışdığı skandalı düşündüyümüzdə, buraxdığı günəş panelləri və elektrikli avtomobillərlə Z nəslinin ətraf mühitə münasibətinə müraciət edən Elon Muska söz atmaq pis bir PR hərəkəti kimi görünə bilər. Ancaq Diessin tviti sadəcə yalan bir iddiadan daha çox idi.
VW və Audi tərəfindən çıxarılan elektrikli vasitələr, bazara çıxmasının ilk ilində Avropada, xüsusən Almaniyada uğurla çıxış etdi. Bu, Tesla’nın Avropadakı satışlarının azalmasına və təbii olaraq Tesla’nın Avropadakı bazar payının azalmasına səbəb oldu.
8 yeni elektrik və hibrid vasitə
Diess, 2020-ci ilin yanvarında verdiyi bir müsahibəsində Volkswagen-in 2020-ci ildə 8 yeni elektrik və hibrid vasitə çıxaracağını elan etdi. Tesla’nın Almaniyada bir fabrik açmasını şərh edən Diess, yaxşı bir rəqabəti sevdiyinə və elektrikli vasitə istehsalında digər vasitə istehsalçılarına yol açdığı üçün Tesla’ya təşəkkür etdi. 2019-cu ildə Herbert Diessin Tesla-ya investisiya qoymaq istədiyi deyilmişdi.
Bu yaxınlarda Volkswagen Qrupundakı CEO vəzifəsini qorumaq üçün mübarizə aparan Diess, Twitter-də Elon Muskla zarafat edərək imicini təzələməyə çalışmış ola bilər. Diess, ID 3-dəki proqram problemləri səbəbindən iyun ayında CEO vəzifəsindən imtina etmək məcburiyyətində olmuşdu.
Məsələ imaj təzələməkdirsə; Diessin Elon Muskdan öyrənəcəyi çox şey var. Elon Musk yalnız gündəmdəki tvitlərini göndərməklə yanaşı Tesla ilə bağlı mənfi tvitlərə cavab vermək üçün də mübarizə aparır. Hətta,Tesla bu yaxınlarda Elon Musk’ı bu mötədil yükündən qurtarmaq üçün “Enerji Müştəri Dəstək Mütəxəssisi” vəzifəsinə iş açdı. İş təsviri, CEO-ya göndərilən şikayətlərə cavab verməyi də əhatə edir.
Yaponiyada Uçan Avtomobillər Gerçək Olur! yazısı haqqında oxumaq üçün.