• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Vegetarianizm dünya sənayesində sürətlə yayılır

Günümüzdə vegetarianlıq və veqanlıq anlayışı sürətlə yayılmaqdadır. Bir çox dinlərdən və mədəniyyətlərdən olan insanlar bu həyat tərzinə qoşularaq ekologiyaya, ətraf-mühitə və heyvanlara dəstək olmağa çalışırlar. Bəs biznesdə bu anlayış özünü necə göstərir?

Günay Adıgözəlova Günay Adıgözəlova
Avqust 26, 2020
A A
Vegetarianizm dünya sənayesində sürətlə yayılır

Latıncadan mənası “sağlam həyat” olan vegetarianizm anlayışı və həyat tərzi güclü şəkildə insanlara təsir göstərməkdədir. Bu da tanınmış brendlərin və sahibkarların nəzərindən qaçmır.

 

Mucize besin var mıdır? - 365 Gün Sağlık Hareketi

Araşdırmalara görə, İngiltərədə ətsiz qidaların satışı 2013 və 2018-ci illər arasında 22% artıb. Üstəlik, 2018-ci ildə İngiltərədə satışa çıxarılan hər altı qida məhsulundan biri ya veqan idi, ya  da “tərkibində heyvan yoxdur” iddiası var idi, ki, bu göstərici 2015-də yalnız 8%  ikən 2018-də iki dəfə artmışdı. Bu təkcə veqanlığın artımı ilə əlaqəli deyildi. Araşdırmalar göstərir ki, 2018-də İngiltərədə istifadə olunan 92% tərəvəz qidaları veqan olmayanlar tərəfindən tükədilmişdi. Bu insanlar təbiətə, ətraf mühitə və bəzi etnik qruplara xeyir vermək üçün ət istifadəsini azaldan yarı-vegetarianlardır.( flexitarian)

Bəs yaxşı, kapitalistlər və brendlər bu vəziyyətdən necə istifadə edirlər? 

 

Vegan Food Market Size, Share & Growth | Industry Analysis 2026

2018-də Unilever,  Knorr və Ben & Jerry’si də daxil olmaqla 700-dən çox veqan və vegetarian məhsulları brendlərə əlavə etmək məqsədi ilə “ət əvəzləyici şirkət”olan The Vegetarian Butcher-ı satın almışdı. Razılaşma Unilever-in ‘məqsədli markalar’ etikalarına da uyğun idi, çünki ‘Dayanıqlı Yaşayış Planında’  2030-cu ilə qədər ətraf mühitin izini azaltmaq kimi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Eyni zamanda son illərdə supermarketlər də veqan məhsul çeşidlərinə sərmayəni xeyli artırdı. Məsələn, Waitrose supermaketi 2018-ci ildə “öz brendi altında”  25 veqan məhsulunu satışa təqdim etdi, ardınca Tesco, Sainsbury’s kimi supermarketlər də eyni şeyi etdi. Kellogg’s isə 43 milyon dollar bitki mənşəli məhsullar üçün yatırım edib. Həmçinin Ellen DeGeneres və Bill Gates kimi ictimaiyyət adamlarından tutmuş WeWorks kimi təşkilatlar tərəfindən bitki mənşəli məhsullar dəstəklənmişdir.  JayZ və Beyonce kimi məşhurlar isə artıq bu sahəyə investiya ediblər. Dünyanın ən böyük şirkəti olan Nestle bildirir ki, bitki mənşəli məhsullar getdikdə dünyada yayılacaqdır. Araşdırmalar göstərir ki, Qlobal Veqan Məhsul Bazarı 2026-a qədər 31,362.6 milyon dollara qədər gəlirə çatacaq. Qeyd edək ki, təkcə Amerika tərəvəz məhsullarını artırıb, ət mənşəli məhsulların istifadəsini azaltmaqla 350 milyon əlavə insanı bəsləyə bilər.

 

Vegan Food Market Size & Growth Trends | Industry Report, 2019-2025

Təbii ki, vegetarian və veqanlıq yalnızca bəslənmə ilə əlaqəli olmadığı üçün ” bir sıra dəri məhsulları özündə cəmləyən brendlər bu anlayışın yayılmasını özlərinə fürsət olaraq çevirə bilərlər mi?” sualı da insanları düşündürür…

Hal-hazırda Azərbaycanda bu anlayış o qədər də populyar olmasa da inkişaf etməkdədir. Bir sıra yerli sahibkarlar bu sahə üzrə irəliləməyi hədəfləyirlər. Onlardan biri də uğurlu jurnalist həyatını dayandırıb təsəərüfatla məşğul olan Elxan Mirzəyevdir. Elxan bəy özü torpaq sahəsində bir neçə ədəd badam ağacı əkib və deyir: “Məqsədim badamdan veqan südü və bu süddən də digər məhsullar hazırlamaqdır”. O həmçinin bildirir:

“Soruşsanız, bu gənc veqan-vegetarianlardan 90 faizi daim şikayət edirlər ki, əzilirlər – gah ailələri tərəfindən, gah ətrafdakılar onları qəbul etmir. Və ya guya ki, Azərbaycanda vegetarian məhsulları tapmaq olmur. Bu problemlər, ümumiyyətlə, bazarın tənzimlənməsində olan problemlərlə bağlıdır. Amma bizdə həqiqətən də veqan və vegetarian məhsullarının istehsalına ehtiyac var. Məsələn, xaricə gedib gələn digər ölkələrdən veqan kolbasası gətirirlər. Axı, onu özümüz də istehsal edə bilərdik”.

Görünən odur ki, tərəvəz və bitki mənşəli qidaların istehsalına investiya edən yerli brendlər gələcəkdə üstünlüyü ələ ala bilərlər.

 

“Qiymətə bax, məhsulun keyfiyyətini ölç! “adlı yazımızı oxumaq üçün bura daxil olun

 

Mənbə:

www.weforum.org

vegconomist.com

www.bbc.com

econsultancy.com

Paylaş
Öncəki yazı

Qiymət strategiyasını necə bərpa etməli?

Növbəti yazı

KFC-dən əfsanəvi şüarına ara

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol