Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) tərəfindən artıq ənənə halını almış və bu il üçüncüsü təşkil olunacaq olan magistr və doktorantların iştirakına hesablanmış beynəlxalq elmi konfrans üçün məqalələrin qəbuluna başlanılmaqdadır.
Əvvəlki illərdə də dünyanın müxtəlif ölkələrindən iştirakçıların marağına səbəb olan konfrans geniş rezonans doğurmağı və adından söz etdirməyi bacarmışdı. Azərbaycanda beynəlxalq standartların tələbləri səviyyəsində təşkil edilən əvvəlki iki konfransda dünyanın 50-dən çox ölkəsindən 1000-ə yaxın magistrant və doktorant iştirak etmiş, elm komitəsi tərəfindən qəbul edilmiş tezis və məruzələr konfransın Tam Mətn Məruzələr kitabında nəşr edilmiş və elektron elmi platformalarda yerləşdirilmişdir.
Konfransın təşkilati dəstəyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) konfransın əsasının qoyulmasında böyük rola sahib olmaqla birlikdə, bu il üçün nəzərdə tutulan konfrans Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə təşkil etməkdədir. Konfransın baş sponsoru isə “Pasha Holding” olmaqdadır.
Beynəlxalq konfrans həm də beynəlxalq indekslərdə yerləşəcək.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təşkil olunan konfrans “Google Books”, “CONAL”, “International Conference Alerts” kimi bazalarda yerləşdiriləcəkdir. Bu bazalar həm də digər mütəxəssislərin elmi məqalələrə istinad etməsi üçün fürsətləri bərabərində gətirməkdədir.
Bundan əlavə, bu il konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin elmi jurnallarda və beynəlxalq statuslu məruzələr kitabında nəşr olunması, məruzələr kitabının Harvard University, Oxford University, Yale University, Stanford University, Princeton University, Columbia University, Toronto University, Chicago University, Royal Danish Library, Duke University, British Library, Halle Wittenberg University, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsi nəzərdə tutulur.
Bu il keçiriləcək konfransda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş elm xadimlərinin və ölkəmizin özəl və dövlət sektorunda çalışna tanınmış mütəxəssislərinin iştirakı ilə 10-a yaxın dəyirmi masa təşkil olunacaqdır.
Konfransda iştirak xərcləri
Qeyd edək ki, bu beynəlxalq elmi konfrans üçün iştirakçılardan heç bir ödəniş tələbi yoxdur. Yəni konfransda iştirak ödənişsizdir.
Konfransın təşkil olunacağı yer.
Konfransın bu ilki əsas istiqaməti ölkə başçısı tərəfindən müəyyən edilən “Nizami ili” əsasındadır. Konfransın əsaz devizi isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz.” misraları olmuşdur. Konfransın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4–7 iyun 2021 tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Müraciət üçün link: conferences.az