Pandemiya dövründə – şirkətlərin evdən işləmə sisteminə keçdiyi və bunu davam etdirdiyi bir zamanda Uber-dən öz işçilərinə maraqlı dəstək qərarı açıqlanıb. Uber evdən işləməyə davam edən hər bir işçisinə öz evində ofis ortamını qurması üçün 500 dollar əlavə dəstək verəcəyini açıqlayıb.
Uber son günlərdə evdən işləmə sistemini 2021-ci ilin iyununa qədər uzatdığını açıqladı. Ancaq bu, şirkətin gələcəyə dair açıqladığı tək qərar deyil. Uber, evdə işləməyə davam edəcək hər bir işçiyə evdə bir ofis qurmağa kömək etmək üçün hər biri üçün əlavə 500 dollar verəcəyini söylədi. Açıqlamada Uber, çevik işə əsaslanan bir şirkət olaraq öz komandalarına rahatlıq, seçim və uzun müddətli dəqiqlik təmin etmək istədiklərini vurğuladı.
Şirkət 2021-ci ilin ortalarından sonrakı dövr üçün hal-hazırda dəqiq məlumat vermir, lakin verilən qərara görə, bu müddətin qısaldılması kimi bir halın olacağı gözlənilmir. Şərtlərə görə, Uber işçiləri 2021-ci ilin 6-cı ayından sonra da evdən işləməyə davam edəcəklər, ancaq bu tarixə qədər işçilərin ofisə qayıtma qərarı olmayacaq.
Uber, işçiləri üçün belə bir yenilənməyə gedərkən sürücüləri üçün də bəzi tədbirlər görür. Sürücülər mart ayından sonra əvvəlki kimi pul qazana bilmədiyi üçün Uber, digər alternativ məşğulluq təklifləri üçün maliyyə yardımı bələdçiləri və buna uyğun veb sayt təqdim edir. Buna baxmayaraq, şirkət hal-hazırda sürücülər üçün hər-hansısa bir ödəmə etmədiyini də açıqladı.
Yekun olaraq Uber-in evdən işləmə sisteminə keçidi digər böyük şirkətlər kimi gözlənilən idi. Evdən işləmə sistemini daha da uzadandan sonra şirkət Google, Facebook, Twitter və Microsoft kimi böyük texnologiya şirkətlərinin arasında özünə yer tapdı. Uber-dən əlavə olaraq bu qərara Spotify da qoşulmuşdu. Spotify şirkəti də işçilərinə 2021-ci ilə qədər evdən işləmə icazəsi vermişdi. Twitter hətta biraz fərqli addımlar da atıb. Pandemiya dövründə işçilərinə evdən işləmə icazəsi verən şirkət, pandemiya bitsə belə evdən işləmə prinsipini davam edə biləcəklərini açıqlamışdı. Google və Amazon da evdən işləmə sisteminə uyğunlaşaraq 2021-ci ilə qədər davam edəcəklər. Facebook isə işçilərin təşəbbüsünə buraxaraq, kimin evdə işləməyə davam etmək istəməsinə qarışmayacaq.
Mənbə: businessinsider
Virtual işçi qüvvəsi pandemiyadan sonra başlıqlı yazımıza baxmaq üçün buraya klikləyin.