Sosial media platformaları texnologiyanın inkişaf etməsi ilə birlikdə, öz populyarlıqlarını artırmağa başladılar. İstifadəçilərə geniş rahatlıq və çox sayda funksiyalar təqdim edın sosial mediaa platformaları, rəqabət əsnasında bir-birindən fərqli gedişatlara etməyə çalışaraq mübarizədən daha çox karlı çıxmağa çalışırlar. Facebook, Twitter, LinkedIn və Instagram kimi platformalar özünə xas məzmunu və istifadəçi kütləsi ilə yeniliklər ortaya qoyurlar. Twitter də ilk dəfə olaraq artıq emoji vasitəsi ilə reaksiya funksiyası gətirməyə çalışır. Test mərhələsində olan bu yenilik, yaxın zamanlarda istifadəçilərə təqdim edilə bilər.
Yeni sınaq
Twitter hal-hazırda tvitlər üzərində yeni reaksiyaları sınaqdan keçirir və bu yenilik oradakı ürək reaksiyasından başqa bir sıra digər yeni seçimlər təqdim edəcək. Test içərisində Jane Wong adlı profil vasitəsilə bunu sınaqlardan keçirdirlər. Twitter artıq istəyir ki, istifadəçilər seçimlərinə uyğun emojilər ilə tvitlərə reaksiya versin. Test sırasında buraya hələki limitli sayda emojilər daxildir. Bunlar qrımızı 100 rəqəmi, ürək simvolu, gözündən yaş gələrək gülən emoji, şok emojisi və qırmızı qadağa emojisi daxildir. Həmçinin test əsnasında Twitter Fleet funksiyasını da buraya əlavə edib. Fleet Twitter-in özünə məxsus story funksiyasıdır və hələki bu funksiya Brazliya, İtaliya və son olaraq isə Hindistan da istifadəyə verilib.
Techcrunch geniş məlumat üçün Twitter ilə əlaqəyə keçdiyini və onların fikirlərini öyrənməyə çalışdıqlarını da bildirərək, qısa müddət ərzində daha geniş məlumat yayımlayacaqlar.
Əslində bu platformada reaksiya funksiyası şok edici bir şey olmamalıdır. Yanvar ayında Twitter artıq direkt mesajlar içərisində reaksiyaları əlavə etməyə başlamışdı. Buraya alov, ürək və digər mimikalar hansı ki, gülüş, ağlama və şok emojiləri də daxildir. Geniş çərçivədən baxanda isə bu Twitter üçün yeni addım da sayılır.
Facebook və LinkedIn kimi platformalarda yer alan geniş emoji reaksiyalarına cavab olaraq Twitter də bu əlavələrə gedərək digər platformalarla bu barədə eyni xətt üzərində dayanmağa başlayır. Bu dönəmlərdə engagement çox önəmlidir və buna görə də platformalar çalışır ki, istifadəçilərə maraq qatan yeni bir şeylər ortaya qoysunlar. Twitter isə bunu edərək, yeni bir engagement abu-havası yaratmağa çalışacaq.
Mənbə: Techcrunch