Son zamanların ən çox diqqət çəkən sosial media platforması Tik-Tok, populyarlığını hər keçən gün artırmağa davam edir. Araşdırmaya görə bu ilin Avqust ayında TikTok 44,6 miliyon dəfə yüklənildi! Bu say ilə, ən böyük rəqibləri Instagram və Facebook-un çox üzərindədir.
Tik-Tok Facebook-u iki dəfə üstələdi.
Finbold-un datalarına görə Tiktok son iki ayda 117,4 milyon dəfə endirildi. Bu say, sosial media nəhəngi Facebook-un iki aylıq toplam endirilmə sayı 53,5 milyondan iki dəfədən çox olması ilə olduqca diqqət çəkicidir. Bir digər sosial media platforması Instagram 77 milyon endirilərək Facebook-u keçsə də, TikTok-un gerisində qaldı.
Niyə Tik-Tok?
Platforma, karonavirus pandemiyasının ardından sürətli bir böyümə yaşadı. Virus dünyaya yayılarkən, dövlətlərin “evdə qal” çağırışdan sonra birçox insan evlərində “ əyləncəyə davam etmə” adı ilə TikTok-a qatıldı. Platforma adətən bir qar topu təsiri ilə böyüdü.
Ölkələr üzərə Tik-Tok
Finbold araştırmasında 2020-ci il ərzində ölkələrin TikTok endirmə məlumatlarına çatdı.
Araşdırmada Hindistan 99,8 miliyon endirmə sayısı ilə ən çox TikTok endirən ölkə olarkən, Amerika 45,6 milyon ilə ikinci sırada yer aldı.
ABŞ Ticarət Nazirliyinin, “Milli təhlükəsizliyi qoruma” səbəbi ilə Çinli şirkətlərə aid sosial media platformaları TikTok və WeChat-in 20 Sentyabrdan etibarən ölkədə endirilməsinə qadağa qoyulacağını bildirdi. Nazirlikdən edilən açıqlamada, Çin Kamünist Partiyasının ABŞ-ın milli qorunmasının, xarici siyasətini və iqtisadiyyatını təhdid etmək üçün bu platformanı istifadə etdiyini bildirdi.
Açıqlamada, hər iki platformanın da istifadəçilərindən yer bildirimi, axtarış və zəng tarixçələrini də daxil olmaqla məlumat yığdığını bildirərək, mövzusu olduğumuz şirkətlərin Çin Kamünist Partiyasının kəşfiyyat servisləri ilə məcburi iş birliyi içində olduğu ifadə edildi. Açıqlamada, 12 Noyabra qədər beynəlxalq mühafizəyə yönəlik problemləri həll etməsi halında ABŞ Prezidenti Donald Trump-ın qadağaları qaldıra biləcəyi işarə edildi. ABŞ Prezidenti Trump, 3 Avqustda etdiyi açıqlamada, ABŞ-daki qolu hər hansısa bir Amerikan şirkətinə satılmadığı halda Çin mərkəzli sosyal media platforması TikTok-a qadağa qoyulacağını demişdi.
Microsoft, TikTok-un ABŞ hissələrini almayacaq.
Abone Olgoogle-news Çinli ByteDance şirkətinə aid TikTok platformasının ABŞ hissələrinin Microsoft-a satılmayacağını bildirildi. ABŞ prezidenti Donald Trump-ın ABŞ-lı bir şirkətə satılması üçün TikTok-a verilən vaxtın uzadılmayacağını bildirməsinin ardından, platformanın ABŞ hissələrini almaq istəyən Microsoft açıqlama etdi. Microsoft-dan edilən açıqlamada, ByteDance-in TikTok-un ABŞ hissələrini Microsoft-a satmayacağını şirkətə bildirildiyini açıqladı.
Açıqlamadan, “Milli güvənlik çıxarlarını qoruyarkən, təklifimizin TikTok istifadəçiləri üçün yaxşı olacağından əmin idik.” ifadəsinə yer verildi. Digər tərəfdən, The Wall Street Journal-ın adsız qaynaqlarına dayandırdığı xəbərində, ByteDance-in TikTok-un ABŞ hissələri üçün Oracle ilə razılaşdığı qeyd edildi. Mövzusu olduğumuz xəbərdə , razılaşmanın böyük faizlə doğrudan bir satış olaraq edilməyəcəyi bildirildi.
Mənbə: marketingturkiye.com.tr
Elon Musk-a 10.milyardlıq zərbə adlı məqaləmizi oxumaq üçün bura daxil olun.