• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Süni nəfəs cihazı hazırlayan gənc “Start-up”-çılar -Eksklüziv

Ölkəmizdə ağır xəstələr üçün süni nəfəs aparatları yetəri qədərdirmi? Bu dəfəki müsahibəmiz süni nəfəs aparatı hazırlayan gənclər ilədir.

Vüsal Alixanov Vüsal Alixanov
May 2, 2020
A A
Süni nəfəs cihazı hazırlayan gənc “Start-up”-çılar -Eksklüziv

Koronavirus pandemiyası dünyada hələ də mövcud vəziyyətdədir. Qırmızı zona vəziyyəti elan olunan ölkələrin xəstəxanalarında müəyyən tibb ləvazimatları çatmır. Bu isə vəziyyətin ağırlaşmasına, xəstələrin çoxalmasına gətirib çıxarır. Bu vəziyyətdə ağır xəstələr üçün süni nəfəs aparatları gərəklidir. Digər ölkələrə nisbətən Azərbaycanda koronavirus pandemiyası daha mülayim vəziyyətdədir. Yaxşı, ölkəmizdə vəziyyət gərginləşsə lazımi qədər tibbi ləvazimatımız varmı? Ölkəmizdə ağır xəstələr üçün süni nəfəs aparatları yetəri qədərdirmi? Bu dəfəki müsahibəmiz süni nəfəs cihazı hazırlayan gənclər ilədir.

Ölkəmizdə ilk dəfə olaraq Sumaks Technologies şirkəti süni nəfəs aparatları hazırlayıblar. Sumaks Techonologies ölkəmizdə texnologiya məhsullarının istehsalı ilə məşğuldur. Şirkət süni nəfəs aparatlarını INNOLAND İncubation & Acceleration Center, Asan Xidmət və digər ölkə qurumları, həkimlərinvə medianın dəstəyi ilə süni nəfəs aparatlarını hazırlayıblar. Ölkə gündəmini zəbt edən bu xəbər barədə şirkətin təsisçilərindən olan Cavid Məmmədovdan müsahibə götürdük. Həmin müsahibəni sizə təqdim edirik:

1. Bu cihazı nə qədər müddətdə ərsəyə gətirə bildiz?

– Cihaz 35 günə ərsəyə gəldi.

2. İndiki şəraitdə texnoloji yeniliklərlə müqayisədə effektivliyi nə qədərdir?

– Cihaz mimimum tələbləri qarşılamaq üçün nəzərdə tutulub. Çünki tibbi cihazlar üçün daha uzun müddət tələb olunur və mövcud vəziyyətdə biz o vaxtı gözə ala bilməzdik. Bizim yanaşmamız bundan ibarət idi ki, əgər xəstə sayı çox olarsa və professional aparatlar buna yetməzsə, hansı ki, bilirik bu vəziyyətdə süni tənəffüs aparatları xüsusi əhəmiyyət daşıyır, minimal ehtiyyatları təmin edə bilsin deyə cihazı hazırladıq.

3. Gələcəkdə dünya bazarına çıxarılması planlaşdırılırmı?

– Bunu bizə zaman göstərəcək, amma mövcud vəziyyətdə dünya bazarına çıxarıla bilməz. 2ci sualda da cavablandırdığım kimi cihaz bu, mövcud vəziyyətdə minimal ehtiyacları qarşılamaq, çətin vəziyyətdə əl tutmaq üçün idi. Və əgər biz bunu dünya bazarına çıxarmağı düşünürüksə, süni nəfəs cihazı üzərində ciddi işlər görünməli və daha da təkmilləşdirilməlidir.

4. Digər süni nəfəs aparatlarından fərqli və oxşar cəhətləri nələrdir?

– Əgər digər cihazlar dedikdə biz professional süni tənəffüs aparatlarını nəzərdə tuturuqsa, biz də təzyiq ölçə bilirik, hava nə qədər gedir, oksigen qoşula bilirik. Bizdə ambu və standart variantı var. Ambu variantında isə həkimin fiziki olaraq etdiyini cihaz edir. Bu da həkimlərə əlavə kömək olur. Buna görə də biz cihazı profesional apratlarla müqayisə etməkdə çətinlik çəkirik. Amma təxminən profesional aparatların 15-20%-ni qarşılayacaq bir cihaz hazırladıq. Süni nəfəs cihazı maksimum professional süni tənəffüs aparatının işinin 20%-ni görə bilər.

5. İstehsalı genişləndirib ölkənin xəstəxanalarına da təqdim etməyi düşünürsünüzmü və ya belə təklif gəlibmi?

– Təbib nümayəndələri ilə müzakirə etdikdə Ambu variantında olan cihazın təcili tibbi yardım maşınlarında, xəstələrin rayonlararası və rayondan şəhərə gətirilməsi və s. üçün tətbiq olunmasını düşünürlər. Hazırda onların təsdiq cavabını gözləyirik və onların dedikləri saya üçün hazırlayıb təqdim edəcəyik.

6. Bir cihazın başa gəlmə xərci nə qədərdir?

– Təəssüf ki, bunu dəqiq deyə bilmirik. Səbəb istehsalda əsas say nəzərdə tutulur. Say müəyyən olunmadıqca bizim onun qiymətini müəyyən etməyimiz çətindir. Biz cihazda nəsə qazanmaqdan çox faydalı olmağa fokuslandıq. Cihazın hazırlanma məqsədi baha qiymətə satıb böyük pullar qazanmaq deyil. Cihaz minimal ehtiyacları qarşılamaq, çətin vəziyyətdə həkimlərin əlindən tutmaq və ən azından kiçik xərclərimizi qarşılamaq məqsədilə hazırlanıb. Hansı ki, Təbib sifariş etsə belə qiymətləndirilmədə nəzərə alacayıq.

7. Cihazın detallarını tapmaqda çətinlik çəkmisiz ? Çatışmayan detalları necə tapdız və hardan?

– Qeyd etdiyim kimi biz 2 növ cihaz hazırladıq. Birinci hazırladığımız standart, 2-ci isə ambu variantı idi. Birinci hazırladığımızda bir çox detaldan istifadə olunurdu və bunun ölkədə tapılması çətinləşirdi. Xüsusən də karantin dövrü elan olundu,marketlər bağlandı. Və detalları tapmaqda daha da çətinlik çəkməyə başladıq. Və biz bu dönəmdə ambu variantını hazırladıq. Hansı ki bu variantda detalların hər biri ölkəmizdə mövcuddur və biz rahatlıqla təmin edə bilirdik. Yəni 2 süni nəfəs cihazı hazırlamağımızın əsas səbəbi detalları tapmaqda çətinlik çəkdiyimiz təqdirdə digər detallarla cihaz hazırlayıb rahatlıqla təmin edə bilmək idi.

8. Karantin rejimində çalışmaq çətinlik yaratdı sizə?

– Nəqliyyatla bağlı çətinlik yaşadıq və bunla bağlı ASAN xidmət köməyimizə çatdı. Buna görə təşəkkür edirik. Digər tərəfdən mövcud şəraitə görə qida məsələsində çətinlik çəkirdik. Ən əsas çətinlik isə detal məsələsi idi. Dediyim kimi marketlər bağlanmışdı və xammalı tapmaq olduqca çətin idi. Lakin indiki vaxtda artıq bu əngəlləri keçmişik.

9. Bu dövr ərzində maska və süni tənəffüs cihazı istehsal etmisiz. Komanda olaraq bu uğuru sizcə nəyə borclusuz?

– Süni tənəffüs aparatı 2 ədəd var əlimizdə, kütləvi istehsala keçməmişik. Qeyd etdiyim kimi Təbibin cavabını gözləyirik. Maskalar isə kütləvi şəkildə istehsal olunur. Sayı dəqiq demək çətindir amma minlərlə deyə bilərik.
Bunu uğur kimi qiymətləndirmirəm, sadəcə əlimizdən gələn dəstəyi göstərməyi istədik. Əlimizdən gələn isə mühəndislik idi. Əminəm ki,bizdən daha yaxşı işləyənlər var, sadəcə bu dövrdə özlərini göstərə bilmədilər. Buna doğru zaman və doğru yer deyə bilərik.
Xüsusi olaraq dövlətin dəstəyini qeyd etmək istəyirəm. ASAN xidmətin rolu müstəsna idi. Bu prosesdə ASAN xidmət olmasa məhsullar da olmayacaqdı, bu işlərin yarısının haqqı onlara məxsusdur.

10. Cihazın istehsal prosesi zamanı həkimlərdən yardım almısız?

– Təbii ki, süni nəfəs cihazı sadəcə mühəndislərin hazırlaya biləcəyi cihaz deyil. Başladığımız gündən etibarən məhsulu tamamladığımız günə qədər prosesin hamısını həkimlərimizle birlikdə apardıq. Təxmini 10-a yaxın həkimlə işimiz baş tutdu. Onların hər biri ilə ayrı ayrılıqda görüşüb fikirlərini alırdıq, konsultasiya aparırdıq. Bu prosesə həkim və mühəndislərin ortaq layihəsi də deyə bilərik. Burda həm həkimlərimizin həm mühəndislərimizin əməyi, ASAN xidmətin də dəstəyi var. Və həmçinin insanların rəyi də çox önəmli idi. Aldığımız feedback-lər əsasında cihazımızı təkmilləşdirdik.

 

Sizə həmin məhsulu təqdim edirik:

 

 

Marketoloq bir atadan marka tövsiyələri adlı yazımızı oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Ryanair işçi ixtisarına hazırlaşır

Növbəti yazı

Mobil Tətbiq İqtisadiyyatı virus dövründə böyüdü

Redaktorun seçimləri

Top Level Domain (TLD) nədir?
manşet

Top Level Domain (TLD) nədir?

İyul 16, 2021
Xidmətkar liderlik nədir?
Biznes

Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər

İyul 17, 2021
İnsan Resurslarının 7 Əsas Funksiyası
Məqalə

İnsan Resurslarının 7 Əsas Funksiyası

İyul 23, 2021
Apple-dan Yeni Batareya
Biznes

Liderlik nədir?

İyul 16, 2021
Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?
Reklam

Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam

Avqust 1, 2021
Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam
manşet

İyirmi Beş İl Əvvəl Həyatini İtirən Müğənni “Həyata Döndürüləcək”

Avqust 7, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol