SpaceX-in təxirə salınmış pilotlu uçuşu uğurla həyata keçdi
İlk insanlı uçuş Elon Musk tərəfindən təsis edilən SpaceX-in “Crew Dragon” adlı kosmik servisi ilə həyata keçirilmişdir. Mayın 27-də keçirilməsi planlaşdırılan uçuş, hava şəraiti ilə əlaqədar həyata keçirilə bilmədi.
ABŞ tarixin də ilk dəfə olaraq özəl bir şirkət insanları kosmosa göndərmək üçün raket atdı. Yerli vaxtla saat 15.22-də SpaceX, 2 kosmonavtla Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “Crew Dragon” kosmik gəmisini uğurla uzaya göndərdi. Hadisə korona virusunun yayılmasına baxmayaraq bütün dünyada gündəmdədir. Financial Times, New York Times, Bild, Le Monde, La Repubblica kimi qəzetlər Musk şirkətinin kosmik səyahətlərdə böyük üstünlüyə sahib olduğunu yazdı.
İlk pilotlaşdırılan sınaq kosmik səyahətini, Amerikanın bir çox televiziya kanalları, xüsusən NASA və SpaceX-in sosial media hesabları canlı yayımladı.
SpaceX-in həyata keçirdiyi pilotlu uçuşu nəticəsində özəl bir şirkət tarixdə ilk dəfə insanları kosmosa yollamış oldu.
Crew Dragon kosmik gəmisi Robert Behnken və Douglas Hurley adlı kosmonavtları Beynəlxalq Kosmik Stansiyaya (ISS) aparacaq. Behnken və Hurley əvvəllər iki dəfə kosmik uçuşlar etmiş təcrübəli astronavtlar kimi tanınırlar.
ABŞ uçuş sayəsində böyük bir xərcdən qurtuldu
SpaceX kosmonavtları İSS-yə uğurla nəql etdiyi təqdirdə, Milli Aviasiya və Kosmik Administrasiyanın (NASA) bir astronavt üçün Rusiyaya ödədiyi 85 milyon dollarlıq xərcin qarşısını alacağı gözlənilir.
2011-ci ildən bəri, NASA, idarə olunan uçuş layihəsini təxirə saldığına görə kosmonavtları kosmos stansiyasına Rusiya-ya aid “Soyuz” kosmik gəmisi ilə göndərirdi.
“Crew Dragon”u qurmaq üçün 6 il səy göstərdi
İş adamı Elon Musk-un sahibi olduğu Kaliforniya mərkəzli SpaceX firması, Crew Dragon kapsulasının tikintisi və sınaqdan keçirilməsi üçün 6 il vaxt sərf etdi.
NASA-dan 3 milyard dollardan çox dəstək aldı
İnkişaf etdirilmiş uçuş layihəsi üçün NASA-dan 3 milyard dollardan çox büdcə alan SpaceX, bu gün həyata keçirilən uğurlu sınaq uçuşu ilə kosmik sənayesi üçün atacağı digər addımlara inamını yeniləyib.
Mənbə: sozcu.com.tr