Azərbaycan mahnılarını müxtəlif ölkələrdə oxuyub sosial mediada paylaşmaq kimin fikri idi?
Sosial media üzərindən paylaşım Röyanın ideyası idi. Bildiyiniz kimi, bütün dünyada “StreetCover” yəni küçə musiqisi məşhurdur. Musiqiçilər müxtəlif mahnılar oxuyub pul qazanırlar. Biz də düşündük ki, StreetCover layihəmizi 1 ölkə, 1 şəhərdə yox, bütün dünyada edək. Pul qazanmaq məqsədi ilə yox, sırf təbliğat məqsədi ilə olduğu üçün Azərbaycanın Xalq və Bəstəkar mahnılarına üz tutduq.
Sosial mediada videonun yayılması üçün xüsusi bir cəhdləriniz olubmu, yoxsa sadəcə öz-özlüyündəmi baş verdi?
İlk Cover’larımız Amerikanın California ştatında olmuşdu, 3 şəhərdə video çəkmişdik. Bu videoları yalnızca Instagram səhifəmizdə paylaşmışdıq. İlk 3 cover videomuzu yüklədiyimiz zaman çox marağa səbəb olduğunu gördük. Hollywood dağının qarşısında Azərbaycan mahnısı, insanlar çox maraqla yanaşmışdılar. Sözsüz ki, videoların daha çox insanların qarşısına çıxması üçün Instagramda videoları ödənişli reklam edirdik. Ödənişli reklamların çox böyük önəmi var, düzgün hədəfləyib reklam etdikdə daha çox insanın qarşısına çıxır.
Hansi sosial şəbəkəyə daha çox önəm verib ondan istifadə edirsiniz?
Bayaq bildirdiyimiz kimi ilk olaraq sadəcə Instagramda başlamışdıq, amma qısa zamanda proyektimizi Facebook və YouTube şəbəkələrində də paylaşmağa başladıq. Yaxın zamanlarda cover’larımızı digital platformalarda da dinləyə biləcəksiniz.
Hazırda sosial media hesablarınızı, YouTube kanalınızı özünüz idarə edirsiniz yoxsa agentlik? Bu barədə insanlara tövsiyələriniz nələrdir?
Səhifələrimizə yalnız özümüz nəzarət etmirik, idarə edən bir neçə insan var. Tövsiyəmiz odur ki, çoxlu oxusunlar, araşdırsınlar. Düzgün idarəetməni öyrənmək mütləqdir.
Əgər sosial media olmasa idi, yenə eyni uğuru qazanmaq üçün nə edərdiniz?
İndiki dövrümüzü götürsək sosial mediasız çox çətin olardı. Əgər sosial media olmasaydı, sözsüz ki, 10/15 il öncə olduğu kimi yalnızca Tv proqramlar, o illərdə dəbdə olduğu kimi disk, kaset satışı və s. Zəmanənin tələbinə görə bu sualın cavabı dəyişə bilər.
Sosial mediada məşhur olmaq ilə Televiziyada məşhurluq arasında fərq varmı?
İndiki dövrdə böyük fərq var. Hal-hazırda sosial şəbəkələr efirlərdən daha aktivdir. 90% gənclik öz vaxtını sosial şəbəkələrdə keçirir, tv önündə yox.
Sizi təqlid edənlər var mı? Bəs onların sizin qədər səs gətirə bilməməsinin səbəbi nədir? Sosial mediada nəyi düz etmirlər?
Bəlkə də var, bunu yalnızca sosial medianın üstünə atmaq haqsızlıq olar. Bu yanlış mahnı seçimi də ola bilər, keyfiyyətsiz aranjman da ola bilər. Səbəblər çox ola bilər.
Hər hansı mənfi rəy gələndə nə hiss edirsiniz? Gələn mənfi rəylərə reaksiyalarınız necə olur?
Reaksiyamız normaldır. Baxır mənfi rəyə. Çox xoşumuza gəlir öz rəyini əsaslandıran insanlardan. Əsaslı şəkildə mənfi rəy gəlməsi çox normaldır. Bu, yanlışlarımızın üzərində çalışmaq üçün yaxşıdır əslində, amma rəy yazmaq xatirinə yazanlara heç fikir belə vermirik. Mənfi rəylərin olması heç də motivasiyamızı öldürmür.
Sizin üçün sosial medianın hansı mənfi tərəfi var?
Bizim üçün bir mənfi tərəfi yoxdur, bizim tanınmaq səbəbimiz elə sosial şəbəkələrdəki aktivliyimizdir. Pis tərəfi isə biraz vaxtımızı almasıdır. Sosial şəbəkələrdə vaxt itirməyi heç sevməsək də, bu artıq alışqanlıq halını alıb.
İzlədiyiniz 3 sosial media hesabı, baxdığınız serial/film yaxud tövsiyə etdiyiniz kitab adı?
1) ZehinX kanalı ( çox marifləndirici kanaldır, motivasiya xarakterli videolar adama güc verir həqiqətən də)
2) Pianoçu dostumuz Etibar Əsədlini izləyirik ( Dostumuz olduğu üçün yox, sənətkar olduğu üçün, gözəl bəstələri üçün)
3) Bir zamanlar müharibə müxbiri olmuş Coşkul Aral’ı sevərək izləyirik. Paylaşdığı videolar sadə videolar yox, həyatdan nümunədir.
Ruhi Çenet, Barış Özcan, Kerem Gök kimi fərqli Youtuber’ları izləyirik. Youtubeda izlədiyimiz kanallar çoxdur.
İzlədiyimiz ortaq seriallar: La Casa de Papel, Outlander. Amma izlədiyimiz filmlər fərqlidir, çoxdur. Hərəmiz bir janrda film sevirik.
Kitab tövsiyə etmək asan deyil, məsuliyyətli məsələdir. Məsləhət verdiyimiz insan bəyənməsə günahkar olarıq. Çünki hamı eyni janrı sevməyə bilər. Ən son oxuduğumuz kitablar isə bunlardır.
- Wulf Dorn – Şizofren
- Robert Kiyosaki – Varlı Ata, Kasıb ata
- George Orwell – 1984
Youtube’un Tiktok’a rəqib olması haqqında məqaləyə nəzər yetirmək üçün bura klikləyin.