Deyə bilərik ki, Sony bəzi sahələrdə ən uğurlu şirkət olana qədər, bir çox uğursuz məhsullar istehsal etdi. 7 may 1946-cı ildə bu şirkətin qurulması ilə başlayan hekayənin davamında baş verənlərin bəziləri istənilən kimi olmasa da, bəziləri həqiqətən dizaynın möcüzəsinə çevrildi.
Siyahıya əlavə etdiyimiz məhsullarda tarixdən silinən məhsullar çoxluq təşkil edəcək. Gəlin, bu şirkətin ən uğursuz məhsullarına nəzər salaq:
BETAMAX
VHS ilə Sony-nin Betamax-ları arasındakı rəqabət 1975-ci ildə başladı. 1975-ci ildə Sony, Betamax kaset pleyeri və video yazıcısını bazara buraxdı və texnologiyanı digər şirkətlərə lisenziyalaşdırmağı rədd etdi.
Bu cür siyasətdən sonra şirkət, VHS qarşısında bahalı olmaqda günahlandırıldı və bir çox şirkət VHS-yə üstünlük verdi. Bu cihazın sonunu gətirən hərəkətdən sonra şirkət həddindən artıq çox itki verdi.
Sony BMG Rootkit
Daha çox Sony BMG rootkit qalmaqalı kimi tanınan bu hadisə, şirkətin qara nişanı kimi alnına həkk olunur. 2005-ci ildə, Sony BMG-nin təqribən 22 milyon CD-yə nüsxə qorunması tədbirlərini həyata keçirməsi ilə bağlı qalmaqal baş verdi. İstifadəçilərin bir növ haker hücumuna səbəb olan Sony, məhkəmədə də məğlub oldu.
Kompyüterə taxıldıqda, CD-lər, əməliyyat sistemini CD-nin nüsxəsinə müdaxilə edəcək şəkildə dəyişdirərək, bir növ digital hüquqlar idarəsinə (DRM) imkan yaradan iki proqram təminatından birini yüklədilər. Hər iki proqram da asanlıqla qaldırıla bilmədi və əlaqəli olmayan bir proqram tərəfindən istifadə edilən zəifliklər üzə çıxdı.
Sony UMD
Oyun bazarında Nintendo ilə rəqabət aparmaq niyyətində olduqda, onun bu addımı böyük heyranlıqla qarşılandı. Kağız üzərində PSP, digər əl konsollarından, müəyyən Ps3 oyunları üçün Grand Theft Auto və God of War kimi sevilən oyunlardan daha çox güclə möhtəşəm görünürdü.
Bununla birlikdə, Sony konsolu hazırlayarkən çox qəribə bir qərar verdi: Üstündə mövcüd olan oyun və filmlər üçün öz disk formatını yaratmaq: UMD (Universal Media Disc).
Sony-nin PlayStation Portable sistemində filmlər və oyunları saxlamaq üçün yaratdığı kiçik həcmli DVD-lər olaraq da bilinir. Söz mövzusu Sony UMD-lər başlanğıcda yaxşı satış edə bilmədi, çünki həm çoxnövçü, həm də əlverişli deyildi.
Tutumu böyük olsa da, UMD-nin bənzərsiz formatı, inkişaf etdiricilərin oyunlarını sistemə uyğunlaşdırmasını çətinləşdirdi. PSP-dən başqa heç bir cihaz istifadə etmədiyi üçün istehlakçıların oxşar qiymətli DVD-lərə nisbətən film almaqları heç də real görünmürdü.
Nəhayət, PlayStation Network üçün formatdan uzaqlaşmanın nəticəsi olaraq 2009-cu ildə PSP-lərdən tamamilə çıxarıldı.
Sony-nin ən sevilməyən məhsulları arasında: “PSP GO” da yer alır.
2009-cu ildə ortaya çıxan PSP GO, PSP-nin kiçik qardaşı idi. Təqdim etmədiyi üstünlüklər və dövrlə müqayisədə çox yüksək qiymət etiketi olan mobil oyun konsolunun istehsalı 2011-ci ildə tamamilə dayandırıldı.
Bu vəziyyətin bir neçə səbəbi var idi. 2009-cu ildə satışa çıxanda, daha az istifadəçiyə 249.99 dollar qiyməti ilə təqdim edildi. Playstation Store-da xüsusi sayda oyuna malik olan oyun konsolunda, PSP üçün UMD-də daha əvvəl aldığınız oyunların heçbirini oynaya bilmirdiniz. Bu vəziyyətin UDM sisteminin də çökməsinə səbəb olduğunu əvvəlki başlıqda qeyd etmişdik.
Sony MiniDisc-in ölümü
1992-ci ildə marka, nəhəng dizayn edilmiş musiqi pleyerlərinin təhvil verilməsini başa çatdırmaq üçün Sony imzalı MiniDisc-i istifadəyə verdi. Walkman-ın varisi olaraq verilən MiniDisc, istifadəçilərin tələblərini qarşılamaq üçün böyük bir həyəcanla təqdim edildi.
Dövrünün ən yaxşı musiqi dinləmə vasitələri olan CD və MP3 pleyer qarşısında istifadəçilərini daha kiçik bir dizaynla qarşılamaq istəyən Sony MiniDisc-i yaratdı. Reklamlarında seksist yanaşması ilə diqqəti cəlb edən şirkət 20 il sonra MiniDisc-in istehsalını dayandırdı və satışdan çıxartdı.
Sony eVilla masaüstü kompüter
Bir müddət şirkətlə Microsoft arasında mühüm bir qarşıdurma oldu. Bu dövrə təsadüf edən eVilla masaüstü kompüter çox maraqlı bir dizaynla gündəmə gəldi.
14 iyun 2001-ci ildə 499.99 dollarlıq bir kompüter ilə sənayedə olan marka, iki ay sonra, 30 Avqust 2001-ci ildə kompüteri bazardan çıxartdı. Bunun səbəbi, kompüterdə sabit bir diskin olmaması və istifadəçilərin medianı yaza bilməməsi idi. Yetərsiz masaüstü kompüter olan EVilla, iki ayı tamam olanda aradan qaldırıldı.
Sony Ericsson Xperia Play
Portativ oyun konsolu bazarını ucuzlaşdırmaq və telefon kimi fəaliyyət göstərmək üçün buraxılan Sony Ericsson Xperia Play əvvəlcə PlayStation Telefon adlanırdı.
Bu adlandırmanın haqqını verə bilməyən şirkət, telefonda PlayStation Store-a daxil ola bilmədi, buna görə oyunlar Play Store-dan endirilirdi. PlayStation Telefon fişini çıxardıqdan sonra marka, Xperia nomenklaturasına keçdi. Bazara buraxıldığı anda diqqəti cəlb etməyən telefon, sonradan Sony Xperia seriyalı telefonlarla əvəz olundu və tamamilə bazardan çıxarıldı.
Laqeyd yanaşılan Sony Playstation Move
Təəssüf ki, PlayStation Move çoxları tərəfindən alınmır, çünki laqeyd yanaşıldığı üçün oyunçulara və marka azarkeşlərinə böyük təsir göstərir. Bunun səbəbi çox az oyuna uyğun olması və inkişaf etdirilməməsidir.
Sözü gedən şirkətin ən uğursuz məhsulları və ən çox bəyənilməyən məhsullarının siyahısı bu şəkildə idi. Bu siyahıya daxil ediləcək bir çox məhsul var, ancaq əsas yadda qalanlarını siyahıya əlavə etdik.
Bundan əlavə, şirkət bu gün ən uğurlu şirkətlər sırasındadır. Bu nöqtəyə çatana qədər yaşadığı bədbəxtlikləri nəzərə alaraq, oyun konsolları nöqtəsində ilk sıralarda yer tutan Sony, televiziyalar baxımından da olduqca uğurlu olduğunu söyləmək olar.
Mənbə: shiftdelete.net
SONY Xperia satışlarında rekord göstərici! adlı yazımızı oxumaq üçün bura daxil olun