Playstation 5 üçün hazırlıqlar edən Sony şirkəti və dünyaca məhşur oyun portalı olan Epic Games şirkəti bir-biri ilə yeni iş sözləşməsi imzalayıblar. Unreal Engine sayəsində oyun motoru bazarında önə çıxan Epic Games şirkəti pandemiya dönəmində oyun həvəskarları və hətta ara-sıra oyun oynayanlar arasında daha da sevilməyə və məhşurlaşmağa nail oldu. Bu sıxıntılı günlərdə Epic Games bəzi oyunları pulsuz və daimi edərək, oyun həvəskarlarına qısa dönəm ərzində o oyunları daimi olaraq pulsuz əldə etmələrinə şərait yaratdı. Hətta bu oyunlardan biri də GTA V idi.
Sony və Epic Games 250 milyon dollarlıq razılaşma imzaladılar.
Unreal Engine 4 ilə yaradılan Fortnite oyunu ilə oyun sektorunda uğurdan uğura qaçan Amerikalı şirkət Epic Games indiyə qədər 1.83 milyard dollar əldə etməyi bacarıb. Sony-nin əyləncə və texnologiya təcrübəsi ilə birlikdə Epic Games-in əyləncə və rəqəmsal ekosistem təcrübəsi bu anlaşma ilə bir araya gələcək.
İki şirkət də bu yeni sözləşmənin həm tükəticilər həm də məzmun hazırlayanlar üçün əla bir təcrübə təmin edəcəyini bildiriblər. Sony həmçinin bildirir ki, şirkət Epic Games-dən yüzdə 1.4-lük hissə aldığını və bu hissənin dəyərinin 17.86 milyard olduğunu da qeyd edirlər.
Epic Games-in baş icraçı direktoru və yaradıcılarından biri olan Tim Sweeney, şirkətin özünə aid oyunlarını başqa platformalarda mövcud olacağını bildirib. O bu anlaşmaya diqqət çəkərək, bildirib ki, “Sony və Epic Games yaradıcılığın və texnologiyanın bir yerə gəldiyi proyektlərə imza atıb. Biz oyunların, musiqinin və filmlərin birləşməsini təmin edən, real zamanlı göstəriş edən və 3D təcrübəsini yaşadan bir vizyonu paylaşırıq. Bütün tükəticilər və məzmun yaratmaq istəyənlər üçün daha aydın və əlçatan rəqəmsal ekosistem qurmağa çalışrıq.”
Playstation 5 oyunları üçün Unreal Engine 5 sistemindən istifadə ediləcəyi bildirilmişdi. Sony-nin baş icraçı direktoru Kenichiro Yoshida, Unreal Engine 5 ilə oyunların yaradılmasından olduqca ümidli olduğunu bildirib. O həmçinin düşünür ki, etdikləri bu yatırım dəyişimə açıq bir ruha sahib bir yatırımdır.
Mənbə: Shiftdelete
Sony, 62 il sonra yeni adı başlıqlı məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.