Kompüter sənayesindən sonra koronavirusun smartfon sənayesinə də təsiri oldu. Apple, Samsung və Huawei kimi nəhəng markalar bu vəziyyətdən təsirləndi. Counterpoint-in paylaşdığı satış məlumatlarına görə bir çox markalar bu təsirdən sarsıldı.
Apple üçün vəziyyət necədir?
Ötən ilin eyni rübündə Apple şirkəti 42 milyon məhsul satdı. Bu siyahıda 42 milyon satış ilə iPhone üçüncü yeri tutur.
Bu il təxminən 2 milyon azalma yaşayan Apple 40 milyon smartfon satmışdır. Deyəcəksiniz ki, bazarda vəziyyəti necədir? Apple keçən ilə nisbətən 2 milyon daha az iPhone satmasına baxmayaraq bazar payı artmışdır. Digər markaların təsiri burada böyükdür. Bazar payı keçən ilin eyni dövründə 12% olaraq təyin olundu və Apple ili üçüncü yerdə bağladı. Bu il satışların azalmasına baxmayaraq bazar payı 14%-ə yüksəldi. Yenə olduğu kimi Apple üçüncü yerdə qalmaqdadır. Apple-in koronavirus dönəmində təqdim etdiyi ən ucuz iPhone modeli ilə bağlı maraqlı məqamlardan bəhs etdiyimiz yazımızı oxumaq üçün buraya klikləməyiniz kifayətdir.
Huawei üçün vəziyyət necədir?
Koronavirusun smartfon sənayesinə təsiri və satışlarda yaratdığı dalğalannmalara görə yaratdığımız siyahıda növbəti sırada Huawei gəlir. İndi Samsung barədə məlumat vermək olardı, amma Apple və Huawei arasındakı yarışı daha yaxşı izah etmək üçün Huawei markasına keçdik. Ciddi satış azalması ilə markalar arasında olan Huawei, 2019-cu ildə 59.1 milyon smartfon satdı.
O zaman marka çox tərifləndi və satış rəqəmlərinin daha da artacağı gözlənilirdi. Huawei, 2020-ci ilin eyni rübündə 49 milyon telefon satmağı bacardı. Satışlarında 10.1 milyon azalma görülməkdədir.
Bununla 17% bazar payı ilə yerini sabitlədi. Beləliklə, Apple ancaq taxtını geri almaqla kifayətlənə bildi.
Samsung üçün vəziyyət necədir?
Bir siyahı, bir sıralama varsa, əlbəttə lider qeyd olunmamış olmaz. Samsung burada liderdir. Bu vəziyyət uzun müddət dəyişmədi, ancaq desəniz “Samsung hələ də yerində dayanır?” Xeyr. Samsung-un da smartfon satışında çox ciddi bir azalması vardır. 2019-cu ilin ilk rübündə marka 72 milyon smartfon satışı etmişdir.
Marka, 2020-ci ilin eyni rübündə 59 milyon smartfon satdı. Bu rəqəmlər ciddi bir enişi göstərir (13 milyonluq bir eniş). Huawei-dən fərqli olaraq, Samsung bazar payında bir itki yaşadı. Ötən ilin eyni dövründə 21% təşkil edən bazar payının 1% lik düşüşlə 20%-ə düşdüyü bildirilmişdir.
Ən böyük oyunçu ən böyük süqutu yaşamağa məhkumdur. Bu, Samsung üçün də belə oldu.
“O düşdü, bu düşdü, bəs hansı yüksəldi?”- deyə bilərsiniz. Yüksəlməkdə davam edən marka Xiaomi-dir. 2019-cu ildə 27.8 milyon satış edən Xiaomi, 2020-ci ilin eyni rübündə 29.7 milyon satış reallaşdırdı. Onun bazar payı da 8%-dən 10%-ə yüksəlmişdir.
Smartfon satışlarında ümumi vəziyyəti isə belədir. Ümumi satışlara görə, 341 milyon ağıllı telefon satışından 295 milyona qədər azalma olduğu bildirilmişdir. Əlbəttə ki, bu azalmaya koronavirusun təsiri böyükdür.