Səbir, hər hansı bir mənfilik və ya təxirə salma qarşısında, çətin vəziyyətlər qarşısında dayanıqlıq göstərmək və ya gərginlik anlarında, xüsusən uzun sürən çətinliklər qarşısında dözümlü olmaq deməkdir. Daha da bəsitləşdirsək, hirslənmədən və narahat olmadan gözləmək bacarığıdır. Dünyanın bir çox böyük mütəfəkkirləri səbirin vacibliyini vurğulamışlar. Aristotel üçün səbir acı idi, lakin verdiyi meyvə şirin idi. Tolstoy üçün bu, ən güclü döyüşçülərdən biri, digəri isə zaman idi. Müqəddəs kitabımız Qurani-Kərimdə də səbirin vacibliyini və fəzilətini ifadə edən onlarla ayə vardır.
Fəqət, günümüzdə texnologiyalardakı, xüsusən də smartfonlardakı böyümə ani məmnuniyyəti normal hala gətirmişdir. Sosial şəbəkələrdə bir neçə saniyə ərzində bir şey yerləşdirə bilirik və dostlarımızdan dərhal cavab ala bilirik. İstədiyimiz məlumatı bir ekrana toxunaraq anında əldə edilə bilirik. Artıq kitabxanaya getmək və ya bir şey axtarmaq məcburiyyətində deyilik. Başqa sözlə, anlıq ləzzətlərə öyrəşmiş vəziyyətdəyik.
Bəs bu hal nələrə gətirib çıxarda bilər?
Stanford təcrübələrindən göründüyü kimi, mənzərə olduqca narahat görünməyə başlamaqdadır. 1960-70-ci illərdə Stanford Universitetində təxirə salınmış zövqlə bağlı bir sıra araşdırmalar aparıldı. Uşaqlara “marshmallow” və ya peçenye kimi kiçik şirniyyatlar verildi. Onlara dərhal yeyə biləcəkləri deyildi, lakin tədqiqatçı qayıdana qədər yeməyi gözləsələr, bir əvəzinə iki yemək və ya daha üstün yemək alacaqları bildirildi. Tədqiqatçı daha sonra 10 və ya 15 dəqiqə otaqdan çıxdı. Təsəvvür etdiyiniz kimi, uşaqların bəziləri dərhal o şirniyyatları yedilər, digərləri tədqiqatçının qayıtmasını gözləyərək daha böyük mükafatlarını tələb etdilər.
Bu təcrübənin maraqlısı budur ki, sonrakı araşdırmalarda ikiqat mükafat gözləyən və ikiqat mükafat tələb edən uşaqların ümumiyyətlə sonrakı uşaqlıq illərində daha yaxşı nəticələr əldə etdikləri aşkarlandı. Məsələn, on il sonra valideynləri onların karyera həyatlarında daha yaxşı olduqlarını, daha yaxşı təhsil aldıqlarını və bədən kütləsi indekslərinin aşağı olduqlarını bildirdilər.
Göründüyü kimi həyatda uğur gözləməkdən, səbir etməkdən gəlirsə, həyatın qanunu ilə mübarizə aparacaq bir nəsilmi yetişməktədir? Artıq bəzi işəgötürənlər iş gücünə daxil olan gənclərin hər şeyin onlara tez veriləcəyini gözlədiklərini söyləyirlər. Mükafatları üçün çalışmağı və bacarıqlarını inkişaf etdirmək üçün vaxt ayırmağı gözləmədiylərini söyləyirlər. Bəlkə də bütün nəsillər gənc olarkən bunu hiss etmişlər, amma mənzərə heç də yaxşı deyil.
Niyə daha səbirli olmalıyıq?
Səbir uğur qazanmaq üçün vacib amildir. Həyatınızın bütün sahələrində uğurlu olmaq istəyirsinizsə, əvvəlcə daha səbirli olmaq üçün əlinizdən gələni etməlisiniz. Daha səbirli olmaq sizə bir neçə fayda verəcəkdir.
1. Daha asan və daha dəqiq qərarlar verərsiniz.
Səbirli olmağı öyrənməklə qərar qəbul etmə mexanizminizi də inkişaf etdirəcəksiniz. Hər bir ehtimalı və vəziyyəti diqqətlə qiymətləndirmək üçün vaxtınız olacaq və dərhal qərar qəbul etməyin heç vaxt tamamilə faydalı olmayacağını başa düşəcəksiniz. Beləliklə, böyük səhv etmək ehtimalınız azalar.
2. Stressiniz azalar.
Daha səbirli insan olmaq, üzərinizdəki zehni yükü xeyli azaldar. Bəzi şeylərin digərlərindən daha çox vaxt ala biləcəyini qəbul edərsiniz.
3. Daha yaxşı əlaqələr qurarsınız.
Səbirli olmağı öyrənməklə yanaşı, həyat yoldaşınızın və ya dostlarınızın xətaları və qüsurları qarşısında daha anlayışlı olmağı öyrənərsiniz. Bu şəkildə həm uzunmüddətli, həm də möhkəm əlaqələr qurarsınız və həyatınızdakı insanlarla əlaqələrinizi möhkəmləndirərsiniz.
Necə daha səbirli olmaq olar?
✓ Almaq və ya etmək istədiyiniz, lakin ödəyə bilməyəcəyiniz bir şeyi müəyyənləşdirin və pul yığın.
✓ Bir sənət qalereyasına gedin və uzun müddət tək bir rəsm əsərinə baxın.
Harvard Universiteti sənət tarixçisi Jennifer Roberts bunun narahatedici bir müddət olduğunu izah edərək üç saat təklif edir. Ancaq bir rəsm qarşısında 15 və ya 20 dəqiqə oturmaq belə sizə faydalı olacaqdır.
✓ Bağla məşğul olun, həftələr və ya aylarla davam edin.
✓ Bütün ekranları müəyyən bir müddətə qaldırın.
Texnologiya ilə tez-tez və müntəzəm qarşılıqlı əlaqə sinir yollarını təsir edə biləcəyi və bəlkə də səbirinizi inkişaf etdirməyinizə maneə törətdiyinə dair artan bir məlumat vardır. Texnoloji cihazlarınızı bir müddət kənara qoymağa çalışın və necə səbirinizin inkişaf etdiyini görün.
Məqaləmi Mövlana Cəlaləddin Ruminin bir sözü ilə yekunlaşdırmaq istəyirəm.
“Unutmayın ki, bütün gözəl şeylər səbirdən sonra gələr”.
Mənbə: skillsyouneed.com
Niyə işlərimizi təxirə salırıq? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.