Satış , bir məhsulun və ya xidmətin müştəri tərəfindən satın alınaraq ödənməsi, başqa sözlə bir məhsul və ya xidmətin pula çevrilməsidir.
Satış ilə Marketinq anlayışları arasında oxşarlıq çox olduğundan bunu çox insan qarışdırır.
Satış və Marketinq arasındakı fərqi izah edək.
Marketinq fikir ilə başlayır, fikrin investisiyaya çevrilib hədəf kütləyə çatdırılması anına qədər edilən fəaliyyətlərin cəmini əhatə edir. Əlbəttə davamlılığı hədəfləyən ticarətin ilk olmazsa olmazı marketinqdir.
Satış nədir?
Deyə soruşduğumuzda , professional bir satışçıya görə və müştəriyə görə mənası, subyektiv olaraq dəyişə bilər. Lakin aşağıdakı ümumi fikirləri qeyd edə bilərik:
- Satış, satıcı ilə alıcı arasında bir malın alıcıya verilməsi, bunun qarşılığında bir qiymət, bir dəyər alınması yolu ilə edilən əməliyyatdır.
- Satış, insanları anlama sənətidir. Alıcının dünyagörüşünü ön görərək, məntiqi yanaşma və faydalı izahatla qarşıdakı insana güvən vermə yolu ilə, səmimi əlaqə quraraq, doğru suallar soruşaraq, müştərinin prioritet qəbulunu dəyişdirə bilməsi qabiliyyətidir.
- Satış, ehtiyacların qarşılanması üçün müəyyən bir əvəz qarşılığında mal və ya xidmət satışı satın alınmasını təmin etməkdir.
Satışda bacarıqlı olmaq üçün ünsiyyətcil, gülərüz və satıcını qane etmək bacarıqları olmalıdır.
Satıcıların bir çoxları uğursuz olur. Bunun isə bəzi səbəbləri mövcuddur. Bunlar aşağıdakılardır:
- Yanaşma tərzi 50%
- Ünsiyyətin yaxşı olmaması 20%
- Menecerin qeyri-kafi biliyi 15%
- Təhsilin az olması 15%
Satışda uğurlu olmaq üçün ilk olaraq yuxarıda qeyd olunanları yaxşı bilməli və əməl etməniz lazımdır.
Həyatda hər kəs bir məhsul və ya özünə aid olan əşyayı satır. Bunu necə və daha bahalı satmaq üçünsə müəyyən yollar vardır. Satış edərkən uğurlu olmaq üçün alıcının istəkləri yönümündə danışmalıyıq . Yəni alıcı məhsulu alarkən düşünməli deyilki, bu məhsul yaxşı deyil və ya onun istəyini ödəmir. Satış edərkən alıcıyla elə ünsiyyət qurulmalıdır ki, alıcı məhsulun onun probleminin həlli olmasına inansın. Bütün bunlar satıcının uğurlu olduğunu göstərir. Satışın uğurlu olması üçün satıcının da satışdan anlaması şərtdir.
Satış edərkən uğurlu olmaq üçün aşağıdakıları bilmək və etmək lazımdır:
- Məhsulu elə göstər ki, məhsul alıcının problemini həll etsin.
- Müştəriyə məhsulun qiymətini yox, onun faydasını
- Müştərinin beynindəki problem yaranacaq qorxusunu çıxarın.
- Satışda 30% danış, 70% dinlə ki, təklifin müştərinin ehtiyacına daha çox uyğunlaşsın.
- Alıcının etibarını qazanın.
Bütün bunlar satıcının alıcıya qarşı etməli olduğu əhəmiyyətli mövzulardır. Ümumi olaraq satıcı ilə alıcı arasında ünsiyyət anlaşıqlı olmalı və satıcı ilə alıcı arasında etibarlılıq hissi olmalıdır. Çünki etibarlılıq olmasa alıcı bu məhsuldan rahatlıqla imtina edəcəkdir. Satıcı öz işində professional olmalıdır ki, alıcıda ondan razı qalsın. Yalnız bunların edilməsi ilə satıcı ilə alıcı arasında anlaşıqlılıq yaranacaqdır.
Satış etməzdən əvvəl satışı öyrənməniz vacibdir!
Satışla bağlı digər yazılarımız üçün buraya göz ata bilərsiniz.