Son illər oyun sektorunda trend olan oyun növləri arasında heç şüphəsiz Battle Royale tipli oyunlar daha çox satılır və oynanır. Oyunçulara daha rahat hərəkət və planlama şansı tanıyan bu növ oyunlar daha çox oynanılır. Oyun sektorunda isə Battle Royale tipli oyunlar artmaqdadır və bu da təbii olaraq rəqabət ortamını daha da böyüdür. Bəs Battle Royale oyunları arasında yer alan PUBG-nin satış rəqəmlərində vəziyyət necədir?
12 Dekabr 2017 tarixində Battle Royale oyun format ilə oyun sevənlərə təqdim edilən PUBG oyunu öz satış rəqəmi ilə yenidən gündəmə gəldi. Ümumiyyətlə, sizə bu oyunun satış rəqəmi və nə qədər qazandığı maraqlıdırmı ? Milyonlarla insanın oynadığı PUBG oyunu artıq 3 ildir ki, oyun bazarında ən çox oynanan oyunlardandır və təkcə PC deyil həmçinin konsolda da oynana bilir. Bəs satışlarda son vəziyyət necədir?
Satış Göstəricisi
PUBG oyunu Bluehole şirkəti tərəfindən ortaya çıxarılıb və həyatda qalma oyunudur. Bu oyunda maksimum 100 nəfər oyunçu bir xəritəyə atılır və orada sona qalan qələbə qazanır. PUBG oyununun rəqibləri isə heç də zəif deyil. Call of Duty: Warzone və Fortnite kimi oyunlarla rəqabət halında olan PUBG, hər zaman yeniliklər gətirərək oyun sektorunda yerini qorumağa çalışır. Bluehole şirkəti PUBG-nin 2 il əvvəl 50 milyon ədəd satış bariyerini keçdiyini bildirmişdi.
Keçən ay bu oyunun Cənubi Koreya firması oyunun PC versiyasına C4 əlavə etmişdi və bunun səbəbi isə oyunu daha həyəcanverici və maraqlı etmək idi. Bluehole açıqlamasında bildirib ki, PC, Xbox One və Playstation 4 üçün çıxarılan bu oyun bugünün satışlarına görə 70 milyon ədəd satış bariyerini keçib.
Bununla belə PUBG-nin rəqabəti get-gedə artır. Yenilikcə Ubisoft Hyper Space adlı Battle Royale oyununun tanıtımını etmişdi. Call of Duty: Warzone oyunu isə 200 nəfərlik oyun modunu yaratdığını bildirmişdi. Buradan görünür ki, Battle Royale oyunları arasında rəqabət getdikcə böyüyür. PUBG-ə geri dönəcək olsaq, oyunun Xbox Game Pass və Google Stadia Pro üçün edilən kampaniyalarına görə nə qədər dəstək aldığını bilmirik.
Mənbə: Shiftdelete
Pubg Mobile 14-cü mövsüm detalları! başlıqlı yazıya nəzər yetirmək üçün klikləyin.