Public Relations qısa olaraq PR, ictimaiyyətlə əlaqə deməkdir. PR, təşkilatlarla və ictimaiyyət arasında qarşılıqlı faydalı münasibətlər yaradan strateji bir ünsiyyət prosesidir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir.
PR həyata keçirmək.
PR həyata keçirmək bir şəxsin, qurumun və ya təşkilatın vacib marketinq strategiyalarından biridir. Uğurlu PR tədqiqatları hədəf auditoriyanızda hər kəsin diqqətini cəlb etməyə və təbii olaraq məhsul və xidmətlərinizə marağı artırmağa kömək edəcəkdir.
Bir məhsul və ya xidmət təklif edildikdə, hər kəs reklamların, təbliğatların, sosial media və e-poçt marketinqi kimi metodların təsirli silah olduğunu düşünür. Bu məhsul və ya xidmət haqqında insanlara etibarlı üçüncü mənbələrdən məlumat verilmədiyi təqdirdə, istənilən uğur qazanmaq mümkün deyil. PR (Public Relations) işləri bu anda başlanır. Marketinq mütəxəssislərinin fikrincə, üçüncü mənbələr tərəfindən əldə edilən müsbət rəylər, reklam işləri ilə müştəri qazanmaqdan daha təsirli olmağı bacarır. Digər tərəfdən, PR tədqiqatlarının həyata keçirilməsi böyük və sağlam reklam kampaniyaları ilə müqayisədə aşağı büdcələrlə həyata keçirilə bilər.
PR necə həyata keçirilir?
PR necə həyata keçirilir sualına cavab vermək üçün aşağıdakı üç addımı bir nümunə olaraq təqdim edirəm:
– Effektiv və xəbərlərin yer aldığı qəzetlərin dərc olunması, jurnalistlər, bloggerlər və vloggerlər tərəfindən müsbət məzmunların yayınlanması
– Qəzetlərə müsahibə vermək, əlamətdar hadisələri çatdırmaq, real həyat nümunələri təqdim etmək və maraqlı məzmuna xidmət etmək.
– Sosial media kanalları vasitəsi ilə müvafiq insanlarla qarşılıqlı əlaqə yaratmaq, Facebook, Twitter, Instagram, LinkedIn və Pinterest kimi vacib sosial media resurslarının aktiv istifadəsini təmin etmək.
PR agentliyi və ya mütəxəssislər nə edir?
– Onlar sizə markanızı və ya hekayənizi izah edəcəklər: İnternetdə rastlaşdığınız sosial media paylaşması, bir blogda oxuduğunuz məhsul araşdırması və birdən-birə YouTube-da görünən şərhlər kimi sizə təsir edən hər şeyin PR mütəxəssisləri tərəfindən olma şansı vardır. PR mütəxəssisləri marka və ya şəxsin hekayəsini düzgün şəkildə rəqəmsal və çap nəşrləri vasitəsi ilə düzgün insanlara çatdırır.
– Müzakirə və böhran idarəetmə: Uğursuz PR (Public Relations) səbəbindən hər il onlarla insanın iş yerlərini tərk etdiyini bilirdinizmi? Buna səbəb şirkətlərin büdcələri deyil, PR imkanlarının məhdud olmasıdır. İnsan, müəssisə və ya təşkilatın hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, ictimaiyyət qarşısında özlərini düzgün marka şüarı ilə ifadə etməlidirlər. PR agentlikləri və mütəxəssisləri, ictimaiyyət qarşısında markanızın şüarı olmağını bacarırlar. Müzakirəni hər iki tərəfi razı salacaq şəkildə sonlandırar, markanızın zərər görmədən böhran idarəetmə üsulları ilə problemlərdən kənarda qalmağa kömək edirlər.
– Yazmaq, yazmaq və yenidən yazmaq: PR agentlikləri və mütəxəssislər çox iş görürlər, amma yazmaq və yazı dili ön planda dayanır. Brendinizin PR fəaliyyətlərinin davamlılığını qorumaq üçün təqdimatlar, xəbərlər, mətbuat, media açıqlamaları, sosial media məzmunu, blog məzmunu, reklam məzmunu, çıxışlar və elanlar kimi bir çox redaktor işləri PR mütəxəssisi və ya agentliyinizin başlıca həll etməsi vacib olduğu işlərdən biridir.
– Tədbirlər planlaşdırırlar: Tədbirlər markanızı, məhsul və xidmətlərinizi ictimaiyyətə yaymaq üçün əla bir yoldur. PR çalışmalarında müxtəlif tədbirlər hazırlanaraq yerli insanların, mətbuatın, siyasətçilərin diqqətinin çəkilməsinə nail olunur. Müsbət bir mesajla bu fəaliyyətlər sayəsində marka ictimaiyyətin gözü qarşısında yeni bir perspektiv əldə edəcəkdir.
– Mediayla danışırlar: PR mütəxəssisləri markanız və media arasında qarşılıqlı, möhkəm bir əlaqəni təmin edirlər. PR mütəxəssisləri jurnalistlər, trend analitikləri, iş yazarları, köşə yazarları, həyat tərzi yazıçıları və bloggerlər kimi onlarla media işçisi ilə əlaqə qurur, işləri sizin yerinizə həll edərlər.
PR işləri.
1. Carlsberg’ın “best poster in the world” afişası
Bir pivə markası olan Carlsberg-in tarix boyu təsirli və yaradıcı reklam fəaliyyəti həyata keçirdiyini bilirik. Eyni şəkildə, markanın “probably the best” şüarı ilə çox gözəl əsərləri var. Bunlardan biri ciddi PR işinə çevrilən ““Probably the best poster in the world (Yəqin ki, dünyanın ən yaxşı afişası)” ideyasıdır.Bu adi plakat 2015-ci ildə Londonda qurulmuşdur. Afişanın ortasındakı kranın köməyi ilə insanlar istədikləri qədər pulsuz pivə doldurub içə bilirdilər. Bir çox pivə həvəskarları tərəfindən bəyənilən bu iş, Carlsberg markasına sosial mediada böyük təsir göstərdi və yalnız bir gündə Twitter-də 3 milyondan çox tweet’in hazırlanmasına səbəb oldu.
2. Ghostbusters filmi PR işi
Marka və şəxslərdən başqa təşkilatların və ya fərdi məhsulların da PR (Public Relations) işlərinin mövzusu ola biləcəyindən bəhs etmişdik. Ghostbusters uğurlu PR layihəsinə imza atan filmlər arasındadır. Filmin yayınlanmasından əvvəl Londonun Waterloo stansiyasında nəhəng və nostaljik bir xəyali heykəli qoyuldu. Heykəl qısa müddətdə populyar maraq simvolu oldu. Minlərlə insan Ghostbusters filmindən xəbərdar oldu və yüzlərlə insan bu nostalji xarakterin qarşısında bir şəkil çəkdirdi və onu müxtəlif sosial media kanallarında paylaşdı. Ghostbusters heykəli bir reklam idi? Tamamilə reklam idi. Üstəlik, əla PR işi idi.
3. Cadbury’in Crème Egg kafesi
Uğurlu bir PR işini nümayiş etdirən Cadbury’s Crème Egg kafesi, maraqlı menyular və bənzərsiz konsepsiyası ilə öz PR-nı edən, müştəriləri sevindirən, güldürən və əyləndirən bir kafedədir. Kafeyə gedib menyu istədikdə, menyuda qəlyanaltı süd burgerin pulsuz təklif edildiyini görürsən. Belə bir seçimdən kimin xoşu gəlməz ki? Cadbury’nin Crème Egg kafesi onlarla təsir edici məhsulları ilə müştərilərini məmnuniyyətlə yola salmağı bacardı və öz PR’ni həyata keçirməyi bacardı.
Müəllifin “Biznes və motivasiya mövzusunda film tövsiyəsi” adlı yazısını oxumaq üçün bura daxil olun.