Twitch platforması son illərin ən öndə gələn canlı yayım platformalarından biridir. Son zaman rəqiblərinin də artmasıyla hələ də zirvəni əldən buraxmayan Twitch yeni baxış rəqəmləri ilə qarşımızdadır. Pandemiya dövründə Twitch kimi oyun və canlı yayım platformalarının izlənməsində xeyli sayda artım gözlənilirdi. Bu kimi platformalar sayəsində insanlar televizor və digər video saytlardan fərqli olaraq, canlı formatda oyun oynayanları və ya hər-hansısa işlə məşğul olanları izləyə bilidir. Pandemiyadan öncə də baxış sayı milyonları keçən bu platforma, pandemiya dövründə də baxış sayında artış gördü.
Twitch izləyicilərinin izləmə sayı pandemiya dövründə xeyli artıb. Verilən statistikalara əsasən, Aprel ayından İyun ayına qədər olan baxış saatı 5 milyard saata qədər artış göstərib. Bu rəqəm bu kimi portal üçün çox böyük bir rəqəmdir. Verilən bu rəqəm nə az nə çox 2020-ci ilin birinci rübündən 50%, 2019-cu ilin eyni aylarından isə 60% çoxdur. Bu statistika isə StreamElements və Arsenal.gg tərəfindən verilib.
Əslində sonuncu rübdəki rəqəmlər artışın olacağını göstərirdi. May ayında şirkətlər bildirdilər ki, Mart və Aprel ayları üçün bütün canlı yayım təşkil edən şirkətlərdə 45% artım olacaq. Ancaq sonuncu rəqəmlər göstərir ki, bu artış hələ də davam edir və davamlı olaraq qalacaq. Hətta insanlar fərqli zamanlarda evdən çölə çıxsalar da, başqa işlərə vaxt ayırsalar da bu rəqəmlərin yüksəkdə qalacağı ehtimal edilir.
Facebook Gaming isə əslində Twitch-dən daha çox artış görüb ancaq platforma olaraq hələ də kiçik qalır. İzləmə faizi 75%-ə qədər artıb hər rüb ərzində və bu da illik 200% deməkdir. Yenə də izləmə saylarını toplasaq bu Twitch-in ⅕-i edir. Qarşıdakı rübdə isə baxış rəqəmlərinin artması gözlənilir. Çünki Mixer platformasının bağlanması ilə birlikdə bütün güc Facebook Gaming-ə keçə bilər. Twitch-in pandemiya dövründə hələ bir kateqoriyasına nəzər yetirsək görərik ki, orada durğunluq olsa da, yenə də artış görülür. StreamElements bildirir ki, platformanın “Səyahət və Açıq Hava” kateqoriyası pandemiya dövründə Yanvar ayı ilə müqayisədə İyun ayında 3 qat artıma yaxındır. Bununla da görürük ki, bir kateqoriyası “Səyahət və Açıq Hava” olan platformanın bu kateqoriyasına baxış sayında pandemiya dövründə artım olubsa, deməli ən önəmli canlı yayım platforması olaraq qalmaqdadır.
Mənbə: TheVerge
Yararlandığınız APP yaradıcıları və həyat hekayələri haqqında yazımıza buradan keçid edə bilərsiniz.