İllərdir fərqli istehsal sahələrində xidmət göstərən robotlar, bütün dünyanın virusla mübarizə apardığı bu günlərdə insan olmamaq üstünlüklərindən istifadə edirlər. Virusa yoluxma və yayılması riski olmayan robotlar xidmət işçiləri kimi istifadə edilə bilər. Bu da bir çox sağlamlıq riskini aradan qaldırır.
Robotlar, xüsusilə istehsalda uzun illərdir həyatımızın bir parçası halına gəldi. Əlbəttə ki, bu robotların insana bənzər xüsusiyyətlər göstərməsi filmlərdə olduğu kimi deyildir.
Bununla yanaşı, insan olmamaq robotlar üçün böyük bir üstünlüyə malikdir. Çunki robotların virusdan təsirlənmək ehtimalı yoxdur. Bu günlər işçiləri iş zamanı ən çox narahat edən virusa yoluxmaq riski olduğunu nəzərə alarsaq, bu xüsusilə faydalıdır.
Yaşayış sahələrində ağıllı robotlar
Cənubi Koreyada LG, xəstəxana, restoran və otel kimi yaşayış sahələrində ağıllı xidmət robotları ilə insanlara aktiv şəkildə kömək etmək istiqamətində əhəmiyyətli bir irəliləyiş əldə edir. Bu robotlar insana bənzəməsə də, bəzi insani xüsusiyyətlərə malikdir. Bunlardan ən əsası insanlarla qarşılıqlı əlaqə tərzləri və duyğularını “üz” ifadələri ilə ifadə etmək qabiliyyətləridir. Ancaq daha da əhəmiyyətlisi bu robotlar, virusun yayılma riskini artırmadan işi yerinə yetirməyə kömək edir.
Robotlar “gətir və götür” işlərini görürlər.
LG CLOi ServeBot 15 kq-a qədər məhsul daşıyır və uzaqdan idarəetmə olmadan səmərəli və gigiyenik bir şəkildə təyinatı yerinə çatdırır.
Bu yay ölkənin ən qədim və ən böyük tibb müəssisələrindən biri olan Seul Milli Universiteti Xəstəxanasında avadanlıq, qan nümunələri, dərmanlar və digər əşyaları toplamaq və çatdırmaq üçün bir robot köməkçisinə tapşırıldı. Beləliklə, xəstəxana işçiləri bu cür detallarla vaxt itirmədən xəstələrinə qulluq etməyə davam etdilər.
Məqsəd heyəti dəyişdirmək deyil, onları tamamlamaqdır
Mövcud sosial məsafə qaydaları gələcəkdə də davam edərsə, restoran və kafedə robot xidməti işçiləri tanış mənzərə halına gələ bilər. Maksimum 20 kq yük daşıya bilən dörd rəflə təchiz edilmiş LG CLOi ServeBot yemək sahələrinə yemək verə bilər, həm də stollar, stullar və müştərilər arasında çirkli qabları mətbəxə qaytarmaq üçün çətinlik çəkmədən hərəkət edə bilər. CLOi ServeBot işçiləri əvəz etmək üçün deyil, işçiləri və müştərilər arasındakı qarşılıqlı əlaqəni minimuma endirməyə kömək edərək onları tamamlamaq üçün hazırlanmışdır.
Həm müştərilər, həm də işçilər razıdırlar
Bir neçə çəkməcə ilə təchiz olunmuş LG CLOi ServeBot oteldəki qonaq otaqlarına insandan insana qarşılıqlı əlaqə tələb etmədən xidmət ilə təmin edə bilər. Seulun cənub-şərqindəki lüks Konjiam Resort-da bu istiqamətdə təqdim olunan robot xidməti həm müştərilərdən, həm də işçilərdən son dərəcə müsbət rəy aldı. Konjiam-da qonaqlar bir neçə gün evlərindən uzaqlaşaraq, sosial məsafədən narahat olmayaraq dinclik içində ola bilərlər.
LG CLOi robotları yalnız əşyalar çatdırmaqla yanaşı mətbəxdə də kömək edə bilər. LG ChefBot Cənubi Koreyada CJ Foodville tərəfindən idarə olunan restoranlarda müştəriləri üçün ləzzətli əriştə və başqa yeməklər də bişirə bilir. Əriştə hazırlayarkən müştərilər sevdikləri ərzaqları seçirlər və ChefBot bir dəqiqədən az müddətdə dadlı əriştə hazırlayır.
Robotların dünyanı ələ keçirməsi mümkünsüzdür, amma həyatımızın bir çox anında yer alması demək olar ki, mümkündür.
“Otellərdə yeni dövr: Otaq xidməti göstərən robotlar” adlı yazını oxumaq üçün bura daxil olun