• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Ordoliberalizm nədir?

Ordoliberalizm və ya digər adı ilə sosial liberalizm, Alman liberalizmi adı ilə tanınan iqtisadi görüşdür. Görüşün əsas mahiyyəti azad bazar iqtisadiyyatı şəraitində rəqabət ünsürünün itməməsi üçün dövlətin müəyyən rol oynamasının vacibliyi fikridir. Bu cəhətdən Keynsçi nəzəriyyəyə oxşasa da, arada müəyyən fərqlər var.

Məzahir Musayev Məzahir Musayev
Sentyabr 1, 2020
A A
Ordoliberalizm nədir?

Mənşəyi

Ordoliberalizm, İkinci Dünya Müharibəsindən sonra tamamilə dağılmış olan Almaniya iqtisadiyyatını yenidən bərpa etmək üçün qəbul olunan iqtisadi görüşdür. İqtisadiyyat tarixindəki məşhur “Alman möcüzəsi” məfhumunun arxasında məhz bu iqtisadi görüş dayanır. Adının mənşəyi isə məşhur alman iqtisadiyyat jurnalı Ordonun adı ilə liberalizm sözünün birləşməsidir.

Ordoliberalizm fikri 1930-cu illərdə Almaniyada yaransa da, nasional sosialistlərin hakimiyyətə gəlməsi bu fikri reallaşdırmağa mane oldu. Lakin 1950-ci illərə qədər olan dövrdə bu görüş öz müdafiəçiləri tərəfindən inkişaf etdirilərək tam şəklini aldı. Müharibədən sonrakı dövrdə Almaniya iqtisadiyyatı kapitalist inkişaf yoluna qədəm qoysa da, almanlar heç bir müdaxilə və ya limit olmayan tam sərbəst bazar iqtisadiyyatının monopoliya, oliqopoliya və s. kimi quruluşların olduğu iqtisadi model yaradacağından və bunun da xüsusilə də müharibədən çıxmış bir ölkədə siniflər arası uçurum yaradacağı, işçi və kiçik sahibkar haqlarını tapdalayacağından narahat idilər.

Məhz bu səbəblə də onlar həm böyük şirkətlərin yaranıb azad rəqabətin mövcud olacağı, həm də heç kəsin bazarda nəyisə diqtə edib təhlükə yarada bilməyəcəyi və işçi hüquqlarının qorunacağı bir mühit yaratmağı daha uyğun hesab etdilər.

Ana fikir

Ordoliberallar dövlətin bazardakı rəqabət mühitini qorumaq üçün vacib olan bütün əsas addımları atmalı olduğunu qeyd edir, bununla da bazardakı ədalət bərqərar olunur. Onlar bazarın öz-özünü tənzimləyəcəyi fikrinə qarşıdırlar, mütləq şəkildə anında hərəkətə keçən tənzimləyiciyə (dövlət) ehtiyac olduğu fikrini müdafiə edirlər. Ordoliberallar dövlətin iqtisadiyyatda müəyyən hüquqi vəziyyət yaradaraq onun limitlərini müəyyən etməli olduğunu deyir. Bu üsulla da monopoliya və buna bənzər ünsürlərin yaranması üçün şəraitin olmayacağını bildirir.

Ordoliberallar dövlətin təyin etdiyi limitlərin azad bazar iqtisadiyyatının problemsiz işləməsi üçün tamamilə kifayət olduğunu və beləliklə də Sovet sosializmindəki sərt planlamalara ehtiyac qalmadığını vurğulayır. Həmçinin də tamamilə sərbəst buraxılmış bir bazar iqtisadiyyatının öz-özünü tənzimləyəcəyinin mümkünsüz olduğunu düşünür. Bu səbəblə də dövlətin bazarda yuxarıda qeyd etdiyimiz rolunu müdafiə edir.

Keynsçi görüşlə arasındakı fərq

Bəzi fikirləri onları Keynsçilərə çox yaxınlaşdırsa da, arada fərqlər mövcuddur. Keynsçilərdən fərqli olaraq ordoliberallar dövlətin iqtisadiyyatda rol oynamasını, ona yön verməsini və ya ona müdaxilə etməsini qəbul etmir. Həmçinin, Keynsçilərdən fərqli olaraq ordoliberallar tələb-təklif əlaqəsinin hər şeyi tənzimləməkdə əsas olduğu fikrinə qarşı çıxır, insanların rasional olan tələb və təklifi yaratmadığını qeyd edir. Bu səbəbdən də bazardakı tələb məntiqli qəbul edilə bilməz.

Göründüyü kimi, bu görüş nə dövlətin iqtisadi oyunçu rolunu qəbul edir, nə də onun tamamilə oyun xaricində qalması fikrini müdafiə edir. Bu səbəblə də iqtisadçılar onu çox vaxt sağ və sol iqtisadi fikirlər arasında “Üçüncü yol” olaraq adlandırır.

İmposter sindromu nədir? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Karyera fəaliyyətində qarşılaşdığımız problemlər və onların həlli yolları

Növbəti yazı

Sənaye Şirkətlərinin Rəqəmsallaşma Fürsəti

Redaktorun seçimləri

Apple-dan Yeni Batareya
Biznes

İşçi sadiqliyinə təsir edən faktorlar

İyul 16, 2021
Xidmətkar liderlik nədir?
Biznes

Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər

İyul 17, 2021
Apple-dan Yeni Batareya
Biznes

Liderlik nədir?

İyul 16, 2021
İnsan Resurslarının 7 Əsas Funksiyası
Məqalə

Məhsuldar Və Sadiq Komanda Yaratmağın 4 Yolu

Avqust 1, 2021
Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?
Reklam

Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam

Avqust 1, 2021
Top Level Domain (TLD) nədir?
manşet

Top Level Domain (TLD) nədir?

İyul 16, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol