Dijital Yayım platformaları arasında hələ ki, populyarlığını saxlayan Netflix, 2020-nin son rübünü də yaxşı nəticə ilə bitirdi. Son rübdə yeni 8.5 milyon ödənişli hesab sayı ilə ümumi ödənişli istifadəçi sayını 200 milyon nəfərin üstünə çıxararaq 204 milyona çatdırdı.
Əlavə olaraq, digər finansal göstəriciləri də paylaşdı. Son rübdə 6.64 milyard dollarlıq gəlir əldə etməklə, hissə başına gəliri 1.19 dollar olduğu açıqladılar. Son rübdə fəaliyyət karını 108% artısa da, net mənfəətdə 8% enişlə bitirdi. Son rüb net mənfəət 542 milyon dollar oldu.
İnvestorlarla arasındakı münasibət yaxşı olmasına baxmayaraq, Netflix çəkinmədən pul yandırmaqdan da imtina etmir. Sadəcə 2020-ci ildə 16 milyard dollardan çox borc alıb. Bunun nəticəsi olaraq da, şirkətin hissə sənədlərinin dəyəri 200 milyardan çox artış göstərdi.
Rəqiblərilə müqayisədə açıq aşikar üstün olmasına baxmayaraq, fərqli nüanslar da göz ardı edilməməlidi. Ən böyük rəqiblərindən olan Disney Plus-ın sadəcə 87 milyon ödənişli istifadəçisi var. Ancaq diqqət edilməli olan məsələ xidmət göstərilən ərazilərdir. Bu ərazilər genişlədikcə, şirkətlərin rəqabəti də dərinləşəcək.
Netflix ən çox izlənən kontentləri də paylaşdı. The Midnight Sky 72 milyon izlənmə, Holidate isə 68 milyon izlənmə sayına çatdı. The Crown-un soz sezonu isə indiyə qədər ki ən məşhur sezon oldu. (100 milyondan çox izlənmə ilə) The queen’s gambit isə yayınlandıqdan ilk 4həftə sonrasında artıq 62 milyon izlənməyə çatmışdı.
2021 üçün isə ABŞ-da qiymət artışından sonra hər həftəyə və hətta hər 5 günə 1 yeni film təqdim edəcəklərini açıqladılar. Buna da digər film və yayınlar daxil deyil. Netflix, hazırkı rəqiblərinə və bazara yeni daxil olacaq firmalara qarşı yerini gücləndirmək üçün kontent sayına və çeşidliliyinə xüsusi önəm verməkdədir. Bu il fərqli kontentlərlə ən çox seçim edilən platforma olmaq hədəfindədirlər.
Mənbə