Dünyanın ən böyük neft istehsalçıları qlobal xam hasilatı azaltmaq və bir müddətdir ki, davam edən qiymət müharibəsinə son qoymaq üçün tarixi bir razılaşma bağlayıblar.
Bir həftə davam edən ikitərəfli danışıqlar marafonundan və dünyanın dörd bir tərəfindəki hökümət nazirləri ilə olan 4 günlük video-konfranslardan sonra nəhayət, pandemiyanın neftə olan tələbə təsirini aradan qaldırmaq üçün bir razılıq əldə edə biliblər.
Danışıqlar demək olar ki, Meksikanın müqaviməti üzündən uğursuz olacaqdı. Lakin təcili diplomatik danışıqlarla bu problem həll olundu.
OPEK+ neft hasilatını gündə 9.7 milyon barel azaldacaq. Xatırlatmaq istəyirik ki, ilkin planda neft hasilatını 10 milyon barel azaltmaq düşünülürdü və 9.7 milyon, sözləşmə üçün heç də pis nəticə deyil. Əslində, Meksikanın diplomatik qələbə qazandığını deyə bilərik. Çünki, Meksikadan yalnız 100.000 barel azaldılması tələb olunub ki, bu da onun proqnozlaşdırdığından azdır.
Hal-hazırda dünyada daha da yayılmaqda olan virus benzinə olan tələbin azalması ilə birlikdə hava və yerüstü nəqliyyat sənayesini iflic etməkdədir. Qiymətlər 18 il içərisində ən aşağı enmə həddinə çatmışdır. Bu neftdən asılı olan dövlətləri təhdid etməklə bərabər, eyni zamanda pandemiya ilə mübarizə aparan mərkəzi banklara daha çox problem yaratmaqdadır.
Dünya ölkələrində karantin müddətinin uzadılması, dünyada ölənlərin sayının və həmçinin işsizliyin artması neft bazarını tədarükdən çox istehlakdan narahat olmağı təşviq edir. OPEK-in özü də xəbərdarlıqlarlar və tələblərin “dəhşətli” olmasını əsas alaraq problemi qəbul edib.
OPEK+ eyni zamanda 20-lik qrupdakı istehsalçılardan hasilatın 5 milyon barel azaldılmasını gözləyirdi. Lakin, cümə günü baş verən iclasdan sonra kommunikasiyada heç bir məhdudiyyət yaratmadığını, yalnız sabitliyi təmin etmək üçün tədbirlər görəcəyini söyləmişdir.
İndi neft sənayesi üçün tək sual budur ki, neft hasilatının bu miqdarda azaldılması neftin yüksəlməsi üçün kifayətdir mi?
Neftin Qiymətində Kəskin Düşüş! Bu barədə olan xəbəri oxumaq üçün bura daxil olun.