• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Müharibə (böhran) dövründə düzgün kommunikasiyanın önəmi – Düzü düzgün çatdırmaq niyə vacibdir?

Aslan Həsənli Aslan Həsənli
İyul 20, 2020
A A
Sosial məsuliyyətli “olmaq ya da olmamaq”

Müharibə dövründə

Ölkəmizin iki cəbhədə – Tovuz istiqamətində mənfur düşmənlərimizlə və öz daxilində COVID-19 ilə mübarizə apardığı bu günlərdə hansısa mövzunu seçib, oxucularla bölüşmək əziz oxucular, siz də təqdir edərsiniz ki, bir o qədər asan deyil. Hər kəsin gərgin və narahat olduğu cari vəziyyətdə, hansı mövzudan yazmaq olar ki, həm faydalı olsun, həm də oxucular tərəfindən maraqla qarşılansın? Belə düşündüyüm zaman dəyərli bir insanın tövsiyəsini xatırlayıram. Böhran dövründə düzgün kommunikasiyanın qurulması və bunun vacibliyindən sizə danışmaq istəyirəm. Yazıma teoratik girişlə başlayıb, sonda cari vəziyyət ilə bağlı öz fikirlərimi bölüşəcəyəm. Bu yazıda müharibəni istənilən halda bir böhran kimi nəzərə alıb, böhranın nə olduğunu, böhran menecmentinin nə olduğunu və uğurlu bir böhran menecmentinin əsas prinsiplərindən danışacağam.

Böhran nədir?

Şimali Michigan Universiteti Rabitə və Performans Tədqiqatları Bölməsindən məhşur kommunikator Debra A. Kernisky müharibə – böhran dövründə düzgün kommunikasiya qurmaq və böhranı idarə edə bilmək üçün əvvəlcə böhran anlayışının özünün dəqiq müəyyənləşdirilməli olduğunun vacib olduğunu bildirir. Bu səbəbdən mən də öz yazıma başlarkən, əvvəlcə bu tərifi sizinlə bölüşmək və müharibənin niyə böhran olaraq qiymətləndirildiyini aydınlaşdırmaq istədim. Kersniky tərifi aşağıdakı kimi qeyd edir:

“Böhran bir  dövlətin yaxud təşkilatın gözləntiləri və ətrafındakı baş verən hadisələr arasındakı böyük uyğunsuzluq kimi xarakterizə edilməlidir. Böhran gözlənilməz olan, anidən ortaya çıxan, sürətlə inkişaf edən, heç bir hazırlıq görülmədən qarşı-qarşıya qalınan və təşkilat (dövlət) üçün yaxşı qiymətləndirilməyi halda çöküş, yaxşı qiymətləndirildiyi təqdirdə isə fürsət mənasına gələn istənilən vəziyyətdir.”

Bu baxımdan müharibə zamanı ortaya çıxan situasiyaların hələ də bir çoxunun öncədən planlaşdırılması bir o qədər mümkün olmadığı üçün müharibə başlandığı andan bitənədək onu hər iki tərəf üçün böhran olaraq qiymətləndirmək olar. Bu həm qarşı-qarşıya gələn dövlətlərin öz daxilində yarana biləcək potensial risklər baxımından belə qiymətləndirməli, həm də iki dövlət arasında münasibətlərin pik nöqtəyə çevrilib, böhrana çevrildiyi üçün müharibəyə səbəb olmasını da nəzərə alaraq müharibənin istənilən halda böhran olaraq qiymətləndirilməli olduğunu anlamalıyıq.

Düzgün kommunikasiya dedikdə isə böhranın idarə edilməsi nəzərdə tutulur. Böhranın idarə edilməsi risk menecmentindən fərqli olaraq yarana biləcək problemləri aşkar etmək, qarşısını almaq və ya məhdudlaşdırmaq üçün addımlar atmaq yox, problem ortaya çıxdıqda ona adekvat reaksiya vermək kimi anlaşılmalıdır. Bu da onun risk menecmentindən fərqlənən xüsusiyyətidir. Bununla bərabər böhran zamanı düzgün kommunikasiya qurmaq yaxud böhranı idarə etməkdə məqsəd sadəcə minimum zərərlə böhrandan çıxmaq deyil. Həmçinin peşəkar qurulmuş idarəetmə bu böhranı onunla üzləşən dövlət yaxud təşkilat üçün bir fürsətə çevirməlidir.

Böhran menecmentinin bəzi özünə məxsus xüsusiyyətləri vardır.

Böhran menecmenti klassik idarəetmə yanaşmasından fərqli bir sıra unikal xüsusiyyətlərə malikdir. Böhran menecmentinin əsas məqsədi böhranları qabaqlaya biləcək, onların növlərini fərqləndirən, böhrana qarşı tədbirlər görə bilən, eyni zamanda keçmişdə olmuş böhranlardan yeni şeylər öyrənən və ən sürətli şəkildə özünü toparlaya bilən təşkilatlar yaratmaqdır. Böhran menecmentinin isə başlıca xüsusiyyətləri bunlardır:

  • Böhranı idarə edəcək insanların qavrama qabiliyyətləri böhran menecmentində mühüm yer tutur. Böhranların qarşısını almaqda müvəffəqiyyət, rəhbərlərin böhranları necə qəbul etdiyinə görə dəyişə bilər.
  • Böhran menecmenti davamlılığı əsas olan bir situasiyadır. Öncəsi ve sonrası yoxdur. Öncədən təxmin edilə bilən böhranlarla əlaqəli hazırlanan planların mütəmadi olaraq yoxlanılması, yenidən nəzərdəm keçirilməsi vacibdir.
  • Böhran menecmenti yaranan böhranların növlərinə uyğun olaraq yaradılmalıdır. Hər böhranın öz əlamətləri və həlləri var. Bir böhranın həll olmasına, digər bir böhranın isə keçilməz hala gəlməsinə səbəb olacaqdır.
  • Böhran menecmentindəki uğurun mükafatı böyük ola bilər. Böhranı müvəffəqiyyətlə aradan qaldıran böhran menecmentinin tətbiqi, menecerlərin özünə inamı və ruh yüksəkliyini gücləndirə bilər. Böhranlardan müvəffəqiyyətlə çıxan menecerlər vəzifələrini gücləndirməklə yanaşı, karyeralarında da yeni bir dövrə qədəm qoyurlar.
  • Böhranı idarə etmək çox vacib, zəruri, çətin və hətta mürəkkəb bir prosesdir. Bu səbəbə görə böhranların dərhal həllini gözləmək lazım deyil. Uzun və çətin bir yoldur. Böhranı həll etmək üçün çevik, yaradıcı düşüncə, obyektiv, cəsarətli olmaq, qrup işini mənimsəmək, hər an hərəkətə hazır, yeniliyə tərəf və gözlənilməz istək və şərtlərə hazır olmaq lazımdır.
  • Böhran idarəetmə sistemində ünsiyyət, nəzarət, gözlənilən maliyyət, mədəniyyət, tənzimləmə, vəziyyətin planlaşdırılması və aidiyyatı sistemlərin bir-biri ilə əlaqəli olması kimi vacib amillər mövcuddur. Bu amillər dövlətin (təşkilatın) böhran reseptini təşkil edir. Əlbəttə ki, böhranların dövlətin dəyərlərinə və inanclarına uyğun olaraq həll edilməsində vacibdir.

Böhranın idarə edilməsinin əsas prinsipləri

Təşkilat xaricində yaranan və gözlənilməyən ətraf mühitlə bağlı amillər, təbii, siyasi, iqtisadi və texniki səbəblərlə ortaya çıxan böhran zamanı onun menecmentini lazımi inzibati və rasional tədbirlər görərək uğurla tətbiq edə bilmək vacib şərtdir. Belə bir dövrdə təşkilatlarda rəhbərliyin bilik, bacarıq və böhran menecmenti ilə bağlı təcrübəsi böhranın həlli üçün əsas xarakterik xüsusiyyətlərdir.

Leonard Saffir “İctimaiyyətlə əlaqələrin gücü” kitabında böhranın menecmentinin əsas prinsiplərini 7 əsas maddə ilə izah edir:

  • Problem üzərində dayanmaq üçün gündəlik işlə məşğul olan bir böhran qrupu yaradın. Məlumat axını mərkəzləşdirilməli və böhran qrupu tərəfindən idarə olunmalıdır. Seçilmiş sözçülər müəyyən edilməlidir. Yalnız seçilmiş və yaxşı hazırlanmış sözçülər mediaya məlumat verməlidirlər. Sözçülər böhran dövrünə mövcud və gələcək imic strategiyası üzərində işləməlidirlər
  • Ən pis ssenarilərə əsaslanan bir strategiya müəyyən edilməlidir. Mümkün olan ən pis şeylər nəzərə alınmalı və buna görə seçilən bir strategiyanın hazır olması çox vacibdir.
  • Təzyiqlərdən asılı olmayaraq kontekstə xüsusi diqqət göstərilməlidir. Media üçün problemi uyğun bir perspektivə qoymaq lazımdır ki, ictimaiyyət problemin səbəbini və həlli yollarını daha aydın anlaya bilsin.
  • Potensial və cari müttəfiqlərlə əməkdaşlıq edilməlidir. Böhran zamanı əməkdaşlıq edə biləcək yerli və qlobal tərəfdaşlardan dəstək alaraq böhranın həllini sürətləndirmək olar.
  • Detallı bir böhran fəaliyyət planı yaradılmalıdır. Bu planı bütün maraqlı tərəflərlə paylaşmaq lazımdır. Komandaya yeni heyət gələn zaman böhran planı onlara tam şəkildə izah edilməlidir. Yaxşı hazırlanmış planlar həmişə uğurlu olmaya bilər. Bunun səbəbi yeni komanda üzvlərinə planın heç kim tərəfindən aydın izah edilməməsi olur. Fəaliyyət planına aşağıdakılar daxil edilməlidir:
    • Böhran zamanı tətbiq ediləcək əsas prinsiplərin siyahısı
    • Baş verə biləcək müxtəlif böhranların əhatəli siyahısı
    • Müxalif qrupların müşahidəsi ilə əsas dinləyicilərin və dəstək qruplarının siyahısı
    • Böhran menecmentinin tətbiqi üçün mövcud resursların təhlili
    • Böhran qrupu üzvlərinin siyahısı, adları, məsul olduqları işlər, telefon, faks nömrələri və emaillərinin qeyd edildiyi bir siyahı.
  • Böhran qrupunun məşqləri. Böhranla bağlı dövri araşdırmalar və stress-testlər aparılmalıdır. Bəzən sistem “atəş çalışması” ilə sınaqdan keçirilməlidir. Ümumiyyətlə böhranın pis idarə olunmasının dörd səbəbi var:
    • Böhranın başında aydınlıq, dürüstlük və faydalılığın olmaması
    • Ən pis ehtimala lazımi qədər hazırlaşa bilməmək
    • İctimai fikirə önəm verilməməsi, insani münasibətlərdə və dürüst kommunikasiya qurulmasında uğursuzluq
    • Təşkilatın qısa müddətli kiçik hədəflərini, uzun müddətli böyük hədəflərindən üstün tutmaq.

Ölkəmizdəki cari vəziyyət və hazırda aparılan uğurlu kommunikasiyanın daha da gücləndirilməsi üçün atılmalı olan addımlar.

Ümumiyyətlə hər hansı bir böhrandan çıxışın ən vacib nöqtəsi yuxarıda da qeyd edildiyi kimi, böhranı yaşayan təşkilatın (cəmiyyətin) və ona qarşı maraqlı tərəflərin arasında düzgün qurulmuş kommunikasiyanın vacibliyidir. Bəs düzgün kommunikasiya dedikdə nə nəzərdə tuturam?

  • Açıq bir ünsiyyət dili seçilməlidir

Verilən açıqlamalar təhsilindən asılı olmayaraq bütün ictimaiyyət üçün anlaşılan olmalıdır. Terminlərdən mümkün qədər az istifadə edilməli, dilin mükəmməlliyinə diqqət edilməlidir ki, bütün sosial qruplar verilən açıqlamanı rahatlıqla başa düşsün.

  • Məlumatlar zamanında açıqlanmalıdır

Böhran menecmenti zamanı “on-time” prinsipi çox vacibdir. Əks halda dezinformasiyalar böhranı dərinləşdirə və həlli mürəkkəbləşdirə bilər. (Nümunə – whatsapp qruplarında yayılan səslər, heç bir ciddiliyi olmayan xəbər saytlarında yayılan qeyri-dəqiq və yalan xəbərlər, sosial şəbəkə istifadəçilərinin öz mülahizələrinə əsasən yaydıqları məlumatlar və s.)

  • Koordinasiyalı iş qurulma və yanlız bir “səs” çıxmalıdır

Qurum daxili yaxud qurumlararası koordinasiyada məlumat axınında boşluqlar olması bir-birinə zidd məlumatların yayılmasına və ictimaiyyətin çaş-baş qalmasına səbəb ola bilər. Bu, bir müddət sonra veriləcək açıqlamalara inamın azalması yaxud ciddiyə alınmaması kimi çox ciddə neqativ nəticələr verə bilər.

  • İctimaiyyətlə əlaqə qurulan zaman onların içindən olan və müsbət imicə sahib ictimai fiqurlardan, fikir öndərlərindən istifadə edilməlidir

Böhran zamanı ictimaiyyətin dəstəyini ala bilmək üçün onların özlərinə yaxın saydığı, güvənilir hesab etdiyi qeyri-rəsmi ictimai fiqurlardan istifadə çox önəmlidir. Bu fiqurlar ictimai rəyi formalaşdırmaq və idarə etmək üçün təşkilata gözlənildən daha artıq fayda verə bilir.

  • Bütün növ (ənənəvi və rəqəmsal) kommunikasiya kanallarından istifadə mütləqdir

Cəmiyyət müxtəlif qruplardan təşkil olunduğu üçün hər kəsin informasiyaya əl çatanlığı bərabər deyildir. Bu səbəbdən cəmiyyətə birliyi və ortaq fikri formalaşdırmaq üçün hər kəsə eyni informasiyanı onun ala biləcəyi yol ilə çatdırmaq vacibdir.

  • Böhran lokaldan qlobala keçibsə, buna adekvat olaraq qlobal səviyyədə kommunikasiyanın qurulması vacibdir

Burada öz haqlı mövqeyini sübut etmək və beynəlxalq dəstək almaq böhranın həlllində vacib rol oynayacaqdır. Qlobal səviyyədə mediadan istifadə, lobbiçilik və tərəfdaşların faktlarla dəstəyini ifadəsi böhranın qurumun xeyrinə həll olunması zəruridir.

  • Maraqlı tərəflərin dəstəyini əldə etmək 

Böhran menecmenti nə qədər peşəkar və ciddi resurslar istifadə edilərək aparılsa da, qarşı tərəflərin bunu anlayıb dəstəkləməməsi durumunda böhrandan çıxış mümkünsüz olacaqdır və vəziyyət getdikcə ağırlaşacaqdır. Bu səbəbdən cəmiyyət ilə bütünlüyün əldə edilməsi böhran menecmenti komandasının əsas məqsədi olmalıdır.

Əziz oxucular, bu qədər. Ümid edirəm ki, hər kəs üçün faydalı bir yazı oldu. Yuxarıda da qeyd etdiyim kimi, iki cəbhədə müharibə apardığımız bu günlərdə cəmiyyətimiz birlik və həmrəylik nümayiş etdirərək, böhranı minimum itki ilə arxada qoymaq önəmlidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytarmağımız və cəmiyyətimizin pandemiyadan tezliklə qurtulması diləyi ilə sonda şəhidlərimizə rəhmət, onların ailəsinə səbr və ölkəmizə bütün böhranlardan qələbə ilə çıxmaq arzu edərək, yazıma son qoyuram.

Paylaş
Öncəki yazı

Ailə yönümlü ən yaxşı reklamlar

Növbəti yazı

Nissan 20 il istifadə etdiyi loqotipini dəyişdi

Redaktorun seçimləri

PR nədir? PR işləri necə olur?
Xəbərlər

Khan Akademiyası – Elon Musk 5 milyon $ ianə

Yanvar 17, 2021
Tarix boyu izah olunmayan maraqlı hadisələr 1
Biznes

Tarix boyu izah olunmayan maraqlı hadisələr 1

Yanvar 26, 2021
ABŞ-ın Xiaomi-ni qara siyahıya almasına Xiaomi Türkiyədən açıqlama gəldi
manşet

ABŞ-ın Xiaomi-ni qara siyahıya almasına Xiaomi Türkiyədən açıqlama gəldi

Yanvar 16, 2021
Komanda qərarlarının effektiv qəbul edilməsi – 7 strategiya
manşet

Komanda qərarlarının effektiv qəbul edilməsi – 7 strategiya

Yanvar 17, 2021
remarketinq
manşet

Remarketinq Nədir? Necə edilir?

Yanvar 21, 2021
Nolan
manşet

Bir Christopher Nolan Klassikası!

Yanvar 26, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol