• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Müəssisələrdə Təlim Nəticələrinin Qiymətləndirilməsi Metodları

Rza Nüsrətzadə Rza Nüsrətzadə
İyul 19, 2020
A A
İnsan resursları idarə edilməsinin funksiyaları

Müəssisələrdə tətbiq olunan təlim proqramlarının vacib məsələlərindən biri də keçirilən təlimlərin qiymətləndirilməsidir. Müəssisələr keçirilən təlimlərə müəyyən səviyyədə investisiya qoyurlar. Bu investisiyanın gəlirliyini yoxlamaq və keçirilən təlimlərin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək məqsədi ilə təlim proqramlarının nəticələrinin qiymətləndirilməsi təşkilatlar üçün olduqca əhəmiyyətlidir.

Təlim proqramının qiymətləndirilməsi həm iştirakçıların, həm də təlimçilərin fikirlərinin alınması və praktikada tətbiq olunan bir sıra qiymətləndirmə metodları ilə aparılır. Təlim proqramının qiymətləndirilməsində istifadə edilən bir çox metod var. Lakin bunların hansı birinin daha yaxşı olduğuna dair əsaslı bir məlumat yoxdur. Çünki hər hansı bir müəssisədə tətbiq olunan metod başqa bir müəssisədə istənilən nəticəni verməyə bilər.

Təlimin qiymətləndirilməsində istifadə edilən metodları aşağıdakı kimi sıralamaq olar:

1. Test-təkrar test metodu.

Test-təkrar test metodu təlim iştirakçılarının təlim başlamazdan əvvəl və təlim başa çatdıqdan sonra eyni testdən keçirilməsini nəzərdə tutur. Beləliklə, təlim nəticələrinin qiymətləndirilməsi test imtahanlarının nəticələrinə görə həyata keçirilir. Təlimdən əvvəl keçirilən testlə təlimdən sonra keçirilən testlər müqayisə edilir və test nəticələri ilə təlimin faydalı olub-olmadığı müəyyənləşdirilməyə çalışılır.

Bu metod tətbiqi asan bir metoddur. Əsas çətinliyi isə test nəticələrində olan müsbət artımın performansa necə təsir etdiyini ortaya çıxarmağın və təlimdən əvvəl və təlimdən sonrakı iki test arasındakı fərqlərin təlimlə bağlı olub-olmadığını müəyyənləşdirməkdir.

2. Əvvəlki-sonrakı performans metodu.

Bu metodda hər bir təlim iştirakçısının performansı təlimdən əvvəl performans qiymətləndirmə vasitələri ilə qiymətləndirilir. Bundan sonra işçi təlimə cəlb edilir. Təlim bitdikdən sonra həmin iştirakçıların performansları təkrar qiymətləndirilir. Əvvəlki-sonrakı performans metodu ilə keçirilən təlimin iştirakçıların davranışlarına təsir edib-etmədiyi və bu təlimin performansa necə təsir göstərdiyi haqda məlumat əldə edilir. Bu metoddan istifadədə qiymətləndirilən iki performans arasında müqayisəni tələb edir və müqayisədən əldə olunan nəticələr ilə təlimin faydalı olub-olmadığı müəyyən edilməyə çalışılır. Test-təkrar test metodunda olduğu kimi əvvəlki-sonrakı performans metodunda da əsas çətinlik performanslar arasındakı fərqin təlimlə bağlı olub-olmadığını ortaya çıxarmaqdır.

3. Sınaq-kontrol qrupu metodu.

Sınaq-kontrol qrupu metodu təcrübədə ən çox istifadə olunan və ən səmərəli qiymətləndirmə metodlarından biri hesab edilir. Bu qiymətləndirmə metodunda təlimə cəlb olunacaq işçilər (sınaq qrupu) ilə bərabər eyni funksiyalara sahib olan başqa bir qrup da (kontrol qrupu) təlim fəaliyyətlərinin qiymətləndirilməsi prosesinə cəlb edilir. Kontrol qrupunda olan işçilər təlimdə iştirak etmirlər. Təlimə sadəcə sınaq qrupunda olan işçilər cəlb edilir. Təlim proqramından əvvəl hər iki qrupda olan işçilər bilik, bacarıq və işdə göstərdikləri performanslarına görə qiymətləndirilir və bu iki qrupun nəticələri müqayisə edilir. Təlimdən sonra da eyni qiymətləndirmə prosesi aparılır. Sınaq-kontrol qrupu metodunda performansların müqayisəsi nəticəsində bir çox nəticələr əldə edilir. Əgər tətbiq olunan təlim müəssisə üçün faydalı olubsa, sınaq qrupunda olan işçilərin performansı kontrol qrupunun performansından yüksək olmalıdır. Müqayisə nəticəsində ortaya çıxan nəticələr aşağıdakı kimi ola bilər:

  • Sınaq-kontrol qruplarının performansları eyni səviyyədə azalmış və ya eyni səviyyədə artmış, ya da eyni səviyyədə qalmış ola bilər. Bunun nəticəsində performansın təlimdən kənar faktorların təsirinə məruz qaldığı və keçirilən təlimin səmərəli olmadığı ortaya çıxır.
  • Kontrol qrupunda olan işçilərin performansı eyni qaldıqda sınaq qrupunun performansı arta bilər. Bu vəziyyətdə performanslar arasındakı fərqin keçirilən təlimin təsiri nəticəsində meydana gəldiyi ortaya çıxır.
  • Həm kontrol, həm də sınaq qrupunda olan işçilərin performansı eyni səviyyədə artmış ola bilər. Lakin bəzi hallarda bu artım sınaq qrupunda daha çox ola bilər. Sınaq qrupunda olan bu performans artımının tamamilə təlimin təsiri nəticəsində meydana gəldiyini iddia etmək olmaz. Çünki bu zaman kontrol qrupunun da performansı eyni səviyyədə artır. Kənar faktorların da müəyyən səviyyədə performansa təsiri vardır.

Sınaq-kontrol metodu təlim nəticələrinə təsir edən kənar faktorların müəyyənləşdirilməsində səmərəli bir metoddur. Buna görə də müəssisələr adətən bu metoda daha çox üstünlük verir.

4. Donald Kirkpatrickin 4 mərhələli təlim qiymətləndirmə metodu.

Bu metod 1959-cu ildə Donald Kirkpatrick tərəfindən irəli sürülmüşdür. Bu metoda görə təlim proqramının qiymətləndirilməsi 4 mərhələdən ibarət bir proses kimi həyata keçirilməlidir:

I. Reaksiyanın qiymətləndirilməsi mərhələsi. İştirakçıların təlimdən sonra təlim ilə bağlı fikirləri və təlimdən sonra nələr hiss etdikləri haqqında məlumat toplanılır. Yəni işçilərin təlimə verdikləri reaksiyalar öyrənilir.

II. Öyrənilənlərin qiymətləndirilməsi mərhələsi. İştirakçıların təlimdən öyrəndikləri bilik və bacarıqlar qiymətləndirilir. Bu qiymətləndirmə testlərlə həyata keçirilir. Öyrənilənlərin qiymətləndirilməsi mərhələsində təlim nəticəsində hansı məlumatların əldə edildiyi və hansı bacarıqların inkişaf etdirildiyi suallarına cavab axtarılır.

III. Davranışların qiymətləndirilməsi mərhələsi. Təlim zamanı işçilərin əldə etdiyi məlumatların işlərində tətbiq edilib-edilmədiyi haqda məlumatlar toplanılır. İşçilərin təlimdən sonra iş prosesində göstərdikləri davranışlar  analiz edilir və bundan sonra analizlərin nəticəsi ilə təlimin həqiqətən faydalı olub-olmadığı haqqında qərar qəbul edilir.

IV. Nəticələrin qiymətləndirilməsi mərhələsi. Təlimdə iştirak edənlərin performansına görə keçirilən təlimin iş həyatında və müəssisənin hədəflərinə göstərdiyi təsir qiymətləndirilir. Ən əsas və ən çətin mərhələ nəticələrin qiymətləndirilməsi mərhələsidir. Çünki olan bu müsbət təsirləri təlimin təsiri nəticəsində meydana gəlib-gəlmədiyini müəyyənləşdirmək olduqca çətin bir prosesdir.

5. Jack Fillipsin investisiyanın geri qaytarılması metodu.

Bu sahənin mütəxəssisləri uzun müddət əldə etdikləri təlim nəticələrini daha tez və asan ölçmək üçün müxtəlif metodlar irəli sürmüşlər. Təlim nəticələrini daha tez və asan ölçmək üçün Jack Fillips öz metodunu təklif etmişdir. İnvestisiyanın geri qaytarılması metodu sadə və aydın olduğuna görə təlimin qiymətləndirilməsi prosesində bu metoddan istifadəyə üstünlük verilir. Bu metodun tətbiqinə az vaxt və az xərc sərf olunur. İnvestisiyanın geri qaytarılması metodunun qiymətləndirmə mərhələləri aşağıdakı kimidir:

I. Reaksiyaların qiymətləndirilməsi. Təlimə cəlb olunan işçilərin təlimə olan reaksiyası ölçülür. Adətən müəssisələrdə bu prosesi qiymətləndirmək üçün anketlərdən istifadə olunur.

II. Öyrənilənlərin qiymətləndirilməsi. Bu mərhələdə işçilərin təlimdən sonra bilik və bacarıqlarında dəyişikliklərin olub-olmadığı yoxlanılır.

III. Öyrənilənlərin işə tətbiq olunması. Bu mərhələdə təlimə cəlb olunanların öyrəndiklərini işlərinə tətbiq edib-etmədikləri araşdırılır.

IV. Nəticələrin qiymətləndirilməsi. Təlimlərin işə təsiri araşdırılır və qiymətləndirilir.

V. İnvestisiyanın geri qaytarılması. Bu mərhələdə təlimin maddi dəyəri və proqrama çəkilən xərclər ölçülür. Təlimə qoyulmuş investisiyanın gəlirliliyi burada müzakirə edilir, yəni həqiqətən müəssisə üçün keçirilən bu təlimin müəssisəyə nə qədər gəlir gətirdiyi sualına cavab axtarılır. Təlimdən əvvəl qoyulan inestisiya ilə təlimdən əldə edilən gəlir arasında müqayisə aparılır və bununla təlimin məhsuldarlığı qiymətləndirilir.

6. Kaufmanın 5 mərhələli qiymətləndirmə metodu.

Kirkpatrickin dörd mərhələli qiymətləndirmə metodunda bəzi çatışmazlıqların olduğu qənaətinə gələn Kaufman Kirkpatrickin metodunda bəzi dəyişikliklər edərək öz metodunu irəli sürmüşdür. Kaufman birinci mərhələni daha da genişləndirmiş və bu metoda beşinci mərhələ əlavə etmişdir. Mərhələləri aşağıdakı kimi izah etmək olar:

I. Reaksiyalar. İstifadə edilən metodlara, vəsaitlərə və təlim prosesinə olan reaksiyalar analiz edilir və onların səmərəliliyi qiymətləndirilir. Əlavə olaraq bu mərhələdə müəssisənin imkanları araşdırılır və analiz edilir.

II. Öyrənilənlərin qiymətləndirilməsi. Bu mərhələdə müəssisədə olan fərdi və kiçik qrupların təlimdən sonra bilik və bacarıqları qiymətləndirilir, başqa sözlə, təlimin faydalılığı müzakirə edilir.

III. Öyrənilənlərin işə tətbiq olunması. Bu mərhələdə təlimdən sonra öyrənilənlərin işə tətbiq edilib-edilməməsi haqqında təhlillər aparılır və daha sonra isə bunlar qiymətləndirilir.

IV. Müəssisənin xərclərinin qiymətləndirilməsi. Bu mərhələdə təlimin müəssisəyə verdiyi fayda ilə müəssisənin təlim proqramına çəkdiyi xərcləri müqayisə edilir və daha sonra bunlar arasında müqayisə aparılır və qiymətləndirmə edilir.

V. İctimai nəticələrin qiymətləndirilməsi. Bu mərhələdə təlim proqramının daha çox ətrafdakılara, yəni cəmiyyətə olan təsirləri araşdırılır. Burada müəssisənin müştəriləri və cəmiyyətin təlim haqqında fikirləri toplanır və buradan çıxan nəticələr qiymətləndirilir.

Paylaş
Öncəki yazı

Brand Positioning- Marka yerləşdirmə nədir?

Növbəti yazı

Ceteris Paribus – “digər şərtlər sabitkən”

Redaktorun seçimləri

Şiddətsiz ünsiyyət nədir? Necə qurulur?
Biznes

Xidmətkar liderlik nədir?

İyul 16, 2021
Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?
Reklam

Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam

Avqust 1, 2021
Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam
manşet

İyirmi Beş İl Əvvəl Həyatini İtirən Müğənni “Həyata Döndürüləcək”

Avqust 7, 2021
Apple-dan Yeni Batareya
Şəxsi inkişaf

Səbir anlayışı və ya sənəti

İyul 15, 2021
Xidmətkar liderlik nədir?
Biznes

Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər

İyul 17, 2021
Məhsuldar Və Sadiq Komanda Yaratmağın 4 Yolu

Seçim Azadlığı Realdırmı?

Avqust 7, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol