• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Məzmun Marketinqi

Fərid Hacıyev Fərid Hacıyev
İyun 21, 2020
A A
məzmun marketinqi kontent marketinq

Bill Qeytsin “Kontent – şahdır!” ifadəsi çoxlarımıza tanışdır. Kontent marketinq (Məzmun marketinqi) son illərdə ən yaxşı geridönüş gətirən və faydalı marketinq istiqamətlərindən biridir. İfadə son illərdə daha çox istifadə edilsə də, kontent marketinq fəaliyyətinin tarixi 1732-ci ilə gedib çıxır. İnternetin həyatımızda və marketinq fəaliyyətlərimizdə önəmli rol oynamağa başladığından bəri, kontent marketinq də artıq yeni bir mərhələyə keçərək, daha fərqli imkanlar yaratmış olub.

Məzmun marketinqində məzmunu iki ümumi kateqoriyaya bölə bilərik:

  • “Həmişə yaşıl” kontent – istehlakı üçün müəyyən zaman limiti olmayan və köhnəlməyənlər;
  • Müvəqqəti kontent – müəyyən bir vaxt ərzində istehlak ediləcək və aktuallığını itirəcək olanlar.

Təbii ki, hər birinin ümumi strategiyaya xüsusi təsirləri və faydaları var. Kontent marketinq strategiyasını hazırlayan zaman iki kateqoriya üzrə də ciddi planlama aparılmalıdır.

Kontent Marketinq – sadə dildə desək, hədəf kütləyə maraqlı və faydalı ola biləcək müxtəlif tipli kontentin onlayn və oflayn media kanalları vasitəsi ilə mütamadi çatdırılmasıdır. Kontent Marketinq fəaliyyətinin uğurlu olması üçün auditoriyanın maraqlarına uyğun olması və onların suallarına cavab verə bilməlidir.

Kontent Marketinq fəaliyyəti qısa müddətdə geri dönüş gətirən fəaliyyət deyil. Bir çox şirkətin ən çox etdiyi səhvlərdən biri – 5 məqalə yazaraq, 1 video çəkərək “satışlarım artmır” kimi şikayətlər etmələridir. Bu, uzunmüddətli strategiya ilə hesablanmalı işdir.

Müştəri üçün kontent ya müştəriyə kontent?

Marketinq fəaliyyətlərini hazırlayarkən məsələlərə müştəri, istehlakçı tərəfdən deyil, brend tərəfindən yanaşılması ən böyük səhvlərdən biridir. Eyni zamanda, kontent hazırlayarkən də buna diqqət etmək çox vacibdir. İnsanlar onlar üçün dəyər ifadə etməyən, onlara faydası olmayan kontenti qəbul etməkdən zövq almırlar. Bir brend hədəf kütləsi ilə kontent üzərindən kommunikasiya qurmaq istəyirsə, bu kontentin mütləq şəkildə qarşı tərəfə faydaları olmalıdır.

Bizim dilimizdə ancaq biz başa düşə bilirik…

Bəzən mütəxəssislər hər hansı bir kontenti hazırlanda o kontentin sanki mövzudan eyni dərəcədə məlumatlılığı olan insanlar üçün hazırlayırlar. Nəticədə, terminlərlə dolu, “ağır” bir məhsul ortaya çıxır. İnsanların sadə dildə başa düşə biləcəkləri, rahat şəkildə qəbullana biləcəkləri kontentə ehtiyacları var. Biz “öz dilimizdə” daha rahat başa düşürük, ancaq unutmamalıyıq ki, hədəf kütləmizə daxil olan insanların həmin tərzdə başa düşmək kimi məcburiyyətləri yoxdur. Sadə, sistemli və lakonik kontentlər daha faydalıdır.

Dinləmək, dinləyərək danışmaq…

Kontent istehsalının ən vacib amillərindən biri sözügedən kontenti istehlak edəcək insanların ehtiyaclarını bilməkdir. Bunun üçün isə həmin şəxsləri dinləmək lazımdır. Onların ehtiyacı olan mövzularda məlumatları təqdim edərək, onlara daha faydalı ola bilərik. Daha çox faydalı olsaq, daha çox seviləcəyimiz sirr deyil. Bu səbəbdən, özümüzün və ya rəhbərimizin maraq dairəsindən, gözləntilərindən kənara çıxaraq, istehlakçının gözü ilə məsələyə baxmalıyıq. Bunun üçün sosial şəbəkələri analiz edə, Google Trends vasitəsi ilə axtarılan açar sözlərin sıxlığına baxa və ya sorğular keçirə bilərik.

Eyni zamanda, bütün növ marketinq fəaliyyətlərində olduğu kimi, məzmun marketinqində də psixoloji aspektləri unutmamaq lazımdır. Məlumat boşluğu nəzəriyyəsi məzmun marketinqi strategiyası hazırlayarkən bizə ən çox faydalı ola biləcək nəzəriyyələrdən biridir. Məsələn, ən bəsit şəkildə izah edəcək olsaq, öyrənmək istədiyimiz məlumatlarla sahib olduğumuz məlumatlar arasında boşluq yarandığında beynimiz marağa qapılır. Məzmun marketinqində oxucunun beynində maraq oyandırmağa çəkici başlıqlarla başlaya bilərik.

Müraciət edə biləcəyimiz digər bir psixoloji faktor FOMO (Fear Of Missing Out) – Qaçırmaq Qorxusudur. Səhər oyanan kimi Facebook və ya Instagram hesabımızı yoxlamağımıza səbəb olan da  əslində bu qorxudur. Bu qorxudan istifadəni “son 2 məhsul”, “son 10 dəqiqə” şəklində çox görmüşük. Məzmun marketinqi fəaliyyətində də bu qorxudan limitli müddət ərzində yüklənmə imkanı olan elektron kitab və ya bir araşdırma nəticələri  yayımlayaraq istifadə edə bilərik.

Kontentlə satmaq ya kontent satmaq?

İstehsal etdiyimiz kontentdə ilk məqsədimiz birbaşa satış olsa, kontent marketinq strategiyamızın uğurları şübhə altına düşəcək. İnsanların reklamları bacardıqları qədər “iqnor” etməyə çalışdıqları bir vaxtda, onları hər sətrində reklam qoxan kontentlə biraz da uzaqlaşdırmağımıza ehtiyac yoxdur. Faydalı, maraqlı kontent özü zamanla satış etməyə başlayacaqdır. İnsanlar güvənməyə başladıqca, inanmağa başladıqca, müştərimizə çevriləcəklər.

Kontent Marketinq fəaliyyətinin heç bir şəkildə “copy-paste” və ya SPAM demək deyil. Məzmun marketinqi  etmək qərarına gəliriksə, uzunmüddətli periodda ciddi enerji sərf etməyə və vaxt ayırmağa hazır olmalıyıq.

 

Kontentiniz bol oxunsun!

 

Paylaş
Öncəki yazı

Startap ideyanız üçün SMART hədəflərin seçilməsi

Növbəti yazı

Nasdaq nədir?

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol