Məhsullarını qarğıdalı yerinə noxud və mərci kimi məhsullardan hazırlayan məzə markası PeaTos, bazara gəldikdən bəri özünə miras marketoloq Frito-Layı hədəf alıb. Ən son baş verənlər bunu göstərir ki, LosAnceles mərkəzli yüksəlişdə olan bu şirkət, koronavirus pandemiyası altında məzə qidaları arasında mübarizəni daha da artırmağa yönəlmiş addımlar atır, çünki sağlamlıq böhranı tükəticilər arasında narahatlığa səbəb oldu və tükəticilər artıq rahat və sağlam yeməklərə yönəlməyə başlayır.
PeaTos bazarda öz məhsullarını elə bir formada mövqeləndirir ki, tükəticilər sağlamlıq qorxusunu düşünmədən rahatlıqla bu şirkətin məhsullarından istifadə etsin. Bununla da, PeaTos Frito-Lay şirkətinin bazar paylarını oğurlamağı düşünür.
“Ən çox sevdiyiniz rahat yeməklər və ya daha sağlam yaşam tərzi arasında seçim etmək məcburiyyətində olmayacağınız, yeni bir dönəmi qarşılayırsınız”- deyə PeaTo-un qurucusu və CEO-su Nick Desai mətbuata açıqlama verib.
Bundan əlavə, rəqabət ortamına nəzər yetirsək görərik ki, PeaTos-un ən məhşur rəqabət hekayəsi Cheetos ilə gedir. Adlarının da bir-birinə oxşaması işi daha da qızğın hala gətirir. Hətta 2018-ci ildə PeaTos pəncə loqosunu təqdim edərkən bu sözlərdən istifadə etmişdi – “pələnglər çitalardan daha uzun ömürlüdür”. PeaTos bu kimi provokativ addımlar ataraq rəqabət ortamını daha da sərtləşdirir.
PeaTos-un isə dayanmaq kimi bir məqsədi görünmür. Keçən aylarda, Peatos “Hey Chester….” başlığı ilə rəqabətə yeni bir addım daha atdı. PepsiCo şirkətinin nəzdində olan Frito-Lay DTC (direct-to-customer/birbaşa müştəriyə) planı altında bir veb sayt yaratdı – snacks.com. 1 həftə sonra isə PeaTos özünə məxsus DTC veb saytını təqdim etdi – BetterSnacks.com. Bu iki saytın da əsas məqsədi odur ki, müştərilər evdən çıxmadan məzə məhsullarını onlayn olaraq ala bilsinlər. Bu da, hər iki şirkətə böyük şans yaradır ki, məhsullarını çox miqdarda sata bilsinlər.
PeaTos-un kampaniyaları elə vaxt gəlir ki, bu zaman bir çox valideynin uşaqlarını həm onlayn həm də fiziki olaraq məktəbə göndərdiyi və atışdırmalıq yeməklərin stoklandığı vaxta təsadüf edir. Uşaqların sevəcəyi ləzzətli məhsul təqdim etmək, həmçinin bu məhsullarının sağlamlıq mesajı verməsi də PeaTos-un ilin bu vaxtında satışlarının artmasına kömək ola biləcək. PeaTos, bununla da zərərsiz yemək başlığı ilə müştəriləri özünə cəlb etməyə çalışır.
Mənbə: marketingdive
Doritos – 3 ay boyunca adsız və logosuz başlıqlı məqaləyə nəzər salmaq üçün buraya klikləyə bilərsiniz.