• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Menecerlərin Özlərini Sorğulamalı Olduğu 10 Sual

Karyeramız boyunca bir çox addımla uğurla irəliləməyi hədəfləyirik. Karyera səyahətimizdə yavaş-yavaş və qətiyyətlə atdığımız dayanacaqlardan biri idarəçilikdir. İdarəetmə dedikdə, bu günə qədər tanış olduğunuz menecerlər haqqında düşünməyiniz lazımdır. Fikir verin, idarəetmə konsepsiyasını tam şəkildə təqdim edə bildiyiniz və ya əlaqəli olduğunuz neçə menecer var? Neçəsi sizə töhfə verib, nələrsə qatıb, neçəsi sizi peşənizdən soyudub və həvəsinizi qırıb? Əminəm ki, hər kəsin bu profillərdə ağla gələn bir meneceri var.

Aynur Əliyeva Aynur Əliyeva
Yanvar 16, 2021
A A
Facebook-un ilk loqosu

Karyeramız boyunca bir çox addımla uğurla irəliləməyi hədəfləyirik. Karyera səyahətimizdə yavaş-yavaş və qətiyyətlə atdığımız dayanacaqlardan biri idarəçilikdir. İdarəetmə dedikdə, bu günə qədər tanış olduğunuz menecerlər haqqında düşünməyiniz lazımdır. Fikir verin, idarəetmə konsepsiyasını tam şəkildə təqdim edə bildiyiniz və ya əlaqəli olduğunuz neçə menecer var? Neçəsi sizə töhfə verib, nələrsə qatıb, neçəsi sizi peşənizdən soyudub və həvəsinizi qırıb? Əminəm ki, hər kəsin bu profillərdə ağla gələn bir meneceri var.

Menecerlərə gələk, əziz menecerlər, özünüzü və bacarıqlarınızı nə qədər sorğulayırsınız? Həm menecerlərin, həm də icraçı namizədlərin özlərinə verməli olduqları 10 vacib sualı hazırladıq.

1. Ünsiyyət qurarkən kifayət qədər açıq və dəqiqmisiniz?

Ünsiyyət həmişə ən vacib vasitədir. Ancaq açıq və aydın bir əlaqə qurmaq həmişə asan deyil. Bir menecer olaraq xahiş etdiyiniz tapşırıqları nə qədər dəqiq  və aydın çatdırsanız, hərəkətlərinizi bir o qədər sürətli aparacaqsınız. Bir iş üçün hədəflərin və son tarixlərin əhəmiyyətini vurğulamaq burada sizin üçün bir üstünlükdür.

Ağlınızdakıları planlaşdırarkən məntiqinizdən istifadə edin, ürəyinizlə istəyin və düzgün söyləməyə, cümləyə çevirin ki, lider kimi ünsiyyətinizdə kifayət qədər aydın və net ola biləsiniz. Bu üçlüyün (məntiq-ürək-dil) harmoniyasına nail olsanız, söylədikləriniz dəqiqliklə aydın olacaq. Bu şəkildə işçilərinizlə qarşılıqlı əlaqənin gücü artacaq və razılaşma müddətiniz azalacaq.

2. Bənzərsiz bir ünsiyyət ustasısınız mı?

İndiki vaxtda insanların diqqət müddəti o qədər qısaldı ki, ifadənizin təsir etməsi üçün maraqlı və qısa ifadələr istifadə etməlisiniz. İstifadə etdiyiniz sözlər qədər bu sözləri çatdırarkən vurğu böyük bir rol oynayır və ümumi davranışınız bu vəziyyəti dəstəkləyir.

İstifadə etdiyiniz sözlərin seçimi və vurğulamağınız danışıq özünəməxsusluğunu ortaya qoyur. Liderlərin ən böyük xüsusiyyətlərindən biri misilsiz quruluşlarıdır. İşçilərinizin və ya menecerlərinizin sizə sadiq qalmasının ən böyük səbəblərindən biri bənzərsiz, orjinal  olmağınızdır.

3. Sözlərin gücündən kifayət qədər istifadə edirsinizmi?

Bəzən çox kiçik sözlər danışdığınız auditoriyaya böyük təsir göstərə bilər. Sözlərin gücünə inanan liderlər söz seçimlərini özlərinə inam hissi verən sözlərlə dəstəkləyirlər. Məsələn; “Edə bilmərəm” demək əvəzinə,”etməyəcəm” deməyi üstün tuturlar. Çünki bacarmamaqla etmək istəməməyin fərqini bilirlər. Biri səriştəsizliyi, digəri isə üstünlüyü göstərir. Heç bir lider qeyri-kafi kimi qəbul olunmaq istəmir.

Sözlərin qısa olduğu anlar ola bilər və ya düşünmək üçün söhbətdəki boşluqlara ehtiyac ola bilər. “Bu nə idi” kimi ifadələrdən istifadə etmək hazırlıqsız və qeyri-müəyyən görünür; Bununla birlikdə, bu müddət ərzində qısa fasilələr verərək cümlələrinizi davam etdirmək mövzuya bağlı olduğunuzu göstərir və dediyiniz sözlərin dəyərini artırır.

4. Hekayələr danışırsız?

Yaxşı hekayələr bəzi faktlardan daha təsirli olur. Bir hekayə danışmaq və çatdırmaq istədiyiniz mesajın daha yaxşı bir vizualizasiyasını təmin edir. Əlbətdə bu, həqiqətləri rədd etdiyimiz anlamına gəlmir, çünki faktlar bitərəfdir. İnsanlar qərarlarını faktlara əsaslanaraq verirlər. Bildikləri həqiqətləri hekayələrlə daha asan başa düşürlər.

Güclü liderlərin çoxu da yaxşı hekayəçilərdir və iki qrupa bölünürlər. Bəzi liderlər povestlərində elmi təhlillər yolu ilə qarşılıqlı əlaqə qururlar. Bu vəziyyət “təkan” strategiyası olaraq bilinir. Bu strategiyada natiq məlumat və nisbətlərlə digərini təsir edir və rasional bir çıxış edir.

Hekayələr insanlara açıq fikir söyləməyə imkan verir. Qarşılıqlı əlaqəni artırır və daha dinamik əlaqələrin qurulmasına imkan verir. İşçiləriniz və ya komandanızla əlaqənizi gücləndirmək üçün doğru zamanda hekayələrə müraciət edin. Effektiv lider kimi komandanızın və özünüzün səmərəliliyinizi artırın.

5. Duruş və bədən diliniz sizi təmsil edir?

Liderlərin öz duruşu və bədən dili səs ifadələrinin təsiri qədər vacibdir, çünki bədən şəkliniz xarakterinizi əks etdirir. Oturarkən və ya ayaq üstə durmaq gücü təmsil edir. Çiyinlərinizin açıq olması, sinənizin qabağında və başınızın önə baxması özünə inamı simvollaşdırır. Komandanız və ya işçilərinizlə dialoq qurarkən bədən dilinizdən və duruşunuzdan güclü şəkildə istifadə etməyiniz diqqəti cəlb edəcəkdir.

6. Paltarlarınız menecer üçün uyğundur?

Hər kəsin öz üslubu, qavrayışı və baxışı var. Bir lider olaraq xarakterinizi əks etdirdiyini düşündüyünüz paltarları geyinmək kifayət edəcəkdir. Paltarın əhəmiyyəti; özünə verilən əhəmiyyəti və əmri işçilərinə və işinə vermək kimi qəbul edilir. Həm də kimlə nə vaxt və harada görüşəcəyinizi heç bilmirsiniz. Həmişə hazır olmağınız üçün uyğun olduğunu düşündüyünüz paltar geyinməyiniz sizi rahatlaşdıracaq.

7. Mövzunu auditoriyaya görə uyğunlaşdırırsınız mı?

Lider hər auditoriya ilə ünsiyyət qurmaq məcburiyyətində deyil. Bununla birlikdə, hər bir auditoriya ilə ünsiyyət qurmaq, ünsiyyət sahəsində bir mütəxəssis olmağa imkan verir. İnsanlarla yaxşı ünsiyyət qurma bacarığınızdan istifadə etdikdə, inandırmağınızın zaman keçdikcə yaxşılaşacağını görəcəksiniz.

8. Təzyiq altında kontrolu itirirsinizmi?

İnamlılıq, nikbinlik, hətta təzyiq altında olsa da, liderliyin ən təsirli göstəricilərindən biridir. Soyuqqanlılıq kimi, duyğular da yoluxucudur. Motivasınız və gücünüz azalırsa, bilin ki, komandanız sizinlə eyni vəziyyəti yaşayır.

Həyatın nə vaxt nə gətirəcəyini heç bilmirik. Hər an sizi narahat edəcək bir vəziyyətlə qarşılaşa bilərsiniz. Çətin günləri yaşayarkən dərindən nəfəs alın, gözlərinizi yumun və özünüzə istirahət etmək üçün bir az vaxt verin. Sonra özünüzə “Vəziyyəti necə idarə edə bilərəm və müsbət nəticələr əldə etmək üçün istifadə edə bilərəm?” deyə soruşun.

Gec-tez bir addım atacağınızı və düzəldəcəyiniz bir vəziyyəti gözləyərək özünüzü yormaqdansa, vəziyyətinizi yaxşı analiz edib yolunuza davam etməlisiniz. Unutmayın! Güclü olduğunuz müddətdə komandanız sizin üçün dəstəyini qaçırmayacaq.

9. İlhamvericisiniz?

İş sahənizdən asılı olmayaraq, sizə nə zaman ilham gəlsə, işinizə gələndə və yenidən baxanda qürur duyacaqsınız. Lider olaraq işçilərinizə ilham verə, işçilərinizə və ya komandanıza yeni bir perspektiv təklif edə, onlara rəhbərlik edə, müvəffəqiyyət nümunələri verə və motivasiyalı cümlələr qura bilərsiniz.

Pozitiv qalmaq və işinizə inanmaqla işçilərinizi daha çox ruhlandıracaqsınız. İşçilərinizə və ya komandanıza onların tərəfində olduğunuzu hiss etdirin.

10. Özünüzə zaman ayırırsınızmı?

Məsuliyyətiniz böyükdür. Komandanızdakı bir çox işçi sizdən qərarları eşitmək üçün gözlərinizə baxır. Bütün gün şirkətiniz və işçiləriniz üçün plan qurarkən, bir tərəfdən öz işinizdə irəliləyirsiniz və kifayət qədər vaxtınız varsa, gələcək planlarınızı hazırlayırsınız.

Özünüzə vaxt ayırmaq, maraqlarınızı dəyişdirmək və fərqli sahələrə diqqət ayırmaq işinizə qayıtdıqda, daha səmərəli işləməyinizi təmin edəcəkdir. Özünüzə ayırdığınız vaxtı da işiniz üçün səmərəli edə bilərsiniz. Məsələn, blog yaza bilərsiniz. Bir blog yazmağınız, düşüncələrinizi iş dünyasında vaxt ayıra bilməyəcəyiniz insanlara birbaşa çatdırmağa imkan verir. İş dünyasında siz sosial olaraq müəyyənləşmisiniz. İştirak etdiyiniz iclaslar və konfranslar üçün videolar yaradın və paylaşın. Bu sayədə harada olduğunuzu və nə etdiyinizi bilən müştərilərinizin etibarını qazanırsınız.

Nəhayət, nə edirsinizsə  edin, ancaq insan olduğunuza görə istirahətə ehtiyacınız olduğunu unutmayın. Sevdiyiniz şeylərə və insanlara vaxt ayırmağı unutmayın.

Mənbə: forbes.com

“Menecer olmağın çətinlikləri nələrdir?” adlı yazını oxumaq üçün bura daxil olun.

 

 

 

Paylaş
Öncəki yazı

Dünya və Azərbaycan repində qəribə yollarla məşhurlaşmış 8 sənətçi

Növbəti yazı

Pandemiya Dönəmində Robotlar

Redaktorun seçimləri

Clubhouse nədir
manşet

Clubhouse Nədir? Twitter, Facebook və Instagram-dan fərqləri nələrdir?

Fevral 11, 2021
Niyə Xaricdə Təhsil Almalıyam?
Rəqəmsal

İş Qurmaq İstəyənlər, Burada 8 Əla Vasitə Var!

Fevral 8, 2021
McDonald’s Yeni Qablaşdırma Üsuluna Keçir!
manşet

Customer Relationship Management (CRM) Nədir?

Fevral 23, 2021
SONY-nin ilk məhsulu
Biznes

Məhsuldarlığınızı artırmağa kömək edəcək 7 tətbiqetmə

Fevral 15, 2021
Sosial Media Strategiyası necə inkişaf etdirilməlidir?
manşet

Sosial Media Strategiyası necə inkişaf etdirilməlidir?

Fevral 24, 2021
Tesla 1.5 Milyard dollar Bitcoin aldığını açıqladı
Xəbərlər

Tesla 1.5 Milyard dollar Bitcoin aldığını açıqladı

Fevral 12, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol