“Matilda effekti” anlayışı elmi dövriyyəyə 1993-cü ildə daxil edilmişdir. İlk dəfə Margaret W. Rossiter tərəfindən işlədilən bu terminə aşağıdakı kimi tərif verilir:
“Tarixən qadın alimlərin kəşflərinin kişi həmkarları tərəfindən mənimsənilərək, öz kəşfləri kimi təqdim edilməsi hadisəsi “Matilda effekti” adlanır.”
Daha sadə izahla: qadınların təklif etdiyi ideyalar, yeni kəşflər kişi həmkarları tərəfindən rədd edilmiş, qəbul edilməmiş və bir müddət sonra öz imzaları altında təqdim edilmişdir. Bu hal, matilda effekti adlandırılmışdır.
Matilda effekti adlanan hadisənin baş verməsi nəticəsində tarixin müxtəlif dövrlərində bir çox qadın alimə qarşı haqsızlıq edilmişdir. Onlara aşağıdakıları misal göstərmək olar:
Cecilia Payne
Cecilia Payne ulduzların hidrogen və heliumdan ibarət olduğunu kəşf edən zaman, tədqiqatın gedişini müşahidə edən Henry Russell, bu tədqiqatın nəticəsini rədd etmişdir. Bildirmişdir ki, bu tədqiqat ümumi müddəalara və zaman anlayışının təbiətinə ziddir. Bunun nəticəsində Cecilia Payne bu kəşfdən bəhs edən məqaləsini təqdim etməkdən imtina etmişdir. Cecilia Payne-in iddiasının doğru olduğunu Henry, 4 il sonra yenidən təhlil aparan zaman anlamış, lakin bunu öz şəxsi ideyası kimi təqdim etmişdir.
Lisa Meitner
Nüvə fizikası və radiasiya üzərində araşdırma edən Lisa Meitner Almaniyadan uzaqlaşmaq məcburiyyətində qaldıqdan sonra buradaki iş yoldaşına məktublaşaraq kömək etməyə çalışırdı. Otto bir gün laboratoriyada uran elementinin atomlarını neytronlarla toqquşdurmuş, lakin alınan nəticəni təhlil edə bilməmişdir. Belə olduqda, Meitnerdən kömək istəmişdir. Meitner apardığı təhlillər nəticəsində toqquşma səbəbi ilə yaranan enerjini hesablamış, hətta atom nüvəsini parçalaya biləcək mexanizmi kəşfetmişdir. Bu kəşf atom bombasının inkişaf etdirilməsinə zəmin yaratdı. Buna baxmayaraq, layihəni Otto sahibləndi. Hətta illər sonra Nobel mükafatına layiq görüldüyü zaman kəşfin Meitnerin adı ilə bağlı olduğunu bildirməmişdir. Yalnız uzun müddət sonra 109-cu kimyəvi element Lisa Meitnerin şərəfinə “Meytnerium” adlandırılmışdır.
Rosalind Franklin
Rosalind Franklin doktorantura təhsilini başa vurduqdan sonra başqa bir universitetdə tədqiqatçı kimi fəaliyyətə başlayır. Burada, DNT molekulu üzərində çalışan Wilkins ilə qarşılaşır. Rosalind-ə layihəsini idarə edən tədqiqatçıdan daha çox öz köməkçisi kimi davranan Wilkins, bir yandan da onun tədqiqatlarına nəzər yetirirdi. Bir gün Wilkins, Rosalindin xəbəri olmadan, onun X-şüası kristalloqrafiyası metodu vasitəsilə əldə etdiyi, bugün “Fotoqraf 51” kimi tanınan məşhur DNT görüntüsünü başqa 2 akademiklə paylaşır. Təhlil etdikdən sonra Watson və Crick adlı akademiklər, Wilkins ilə birlikdə kəşf haqqında məqalə dərc etdirirlər. Rosalindin ölümündən sonra bu kəşflərinə görə onlar Nobel mükafatına layiq görülürlər.
Vera Rubin
Vera Rubin qalaktikadan kənarda mövcud olan ulduzların mərkəzdəki ulduzlarla eyni sürətə malik olduğu fikrini irəli sürəndə, kişi həmkarları bu fikirlə razılaşmadılar. Həmçinin sonrakı illərdə qaranlıq materiyanı, yəni kainatın 25%-ni əhatə edən materiyanı kəşf etməsi belə həmkarları tərəfindən rədd edildi. Halbuki, qaranlıq materiyanın kəşfi bəşəriyyətin ən böyük kəşflərindən biri idi və Nobel mükafatına layiq görülməməyi qeyri-mümkün idi. 2006-cı ildə, Vera Rubinin kəşflərindən illər sonra, onlara bənzər yeni kəşflər mükafatlandırılan zaman, Vera Rubinə haqsızlıq edildiyi məlum oldu.
Nettie Maria Stevens
Nettie Maria Stevens genetika tarixi üçün böyük əhəmiyyət daşıyan kəşfini etdikdə hələ 39 yaşında bir tədqiqatçı idi. Həmin vaxta qədər dəfələrlə müzakirəsi olunan “uşaqların cinsiyətini müəyyənləşdirən şeyin nə olduğu”nu, yəni X və Y xromosomlarını kəşf etmişdi. Lakin, Nobel Mükafatı Komitəsi Nettie-nin kəşfini görməzdən gəlib, qısa müddət sonra eyni kəşfi təqdim edən Thomas-ı mükafatlandırmışdır.
Mənbə: ceotudent.com
Affinity marketinq və investisiya gəlirinin artırılması adlı yazımızı oxumaq üçün bura daxil olun.