• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Marketinqdə “Oyun” oynayan şirkətlər

Aramızda oyun oynamağı sevməyən, bundan zövq alaraq əylənməyən demək olar ki, yoxdur. Kiçik uşaqlardan tutmuş yetkin insanlara qədər hamımızın maraq dairəsinə uyğun olan müxtəlif oyun növləri mövcuddur. Günümüzdə texnologiyanın inkişafı ilə də yeni virtual oyunların ortaya çıxması oyun siyahımızı genişləndirmişdir.

Həmidə Novruzova Həmidə Novruzova
May 2, 2020
A A
3D qapı tutqacları

Oyun adətən boş zamanları daha əyləncəli hala gətirmək, bəzən də yeni bilgilər öyrənmək üçün həyata keçirilən fəaliyyətlərdir. Bir çox hallarda  oyunlara aid olan əsas qaydalar, fikirlər və digər elementlər oyun ilə bağlı olmayan başqa sahələrə də tətbiq edilə bilir. Buna “Oyunlaşdırma”, digər deyişlə “Gamification” deyilir.

Digər sahələrdən oyunlaşdırmanın ən primitiv nümunəsi olaraq təhsil sektorunda şagirdlərin çalışmaq üçün motivasiyasının yüksəldilməsi baxımından müəyyən addımlar atılır. “Həftənin ən çalışqan şagirdi” seçilənlər üçün ayrılmış lövhədə adlarının qeyd olunması, kiçik döş nişanları yaxud mükafatla təltif olunması həvəsləndiricidir. Bu, onlar arasında bir növ rəqabət yaradır, dərs zamanı aktiv iştirak etmələrini təmin edir. Oxumağa, çalışmağa təşviq edilən şagirdlər arasında bütün bunların təsiri ilə fəallıq dərəcəsi və sinifin dərsləri mənimsəmə səviyyəsi də yüksəlir.

Marketing sahəsində də oyunlaşdırma anlayışının böyük önəmi var. Məhsulların satışını həyata keçirmək üçün planlı şəkildə reallaşdırılan və eyni zamanda əyləncəli olan taktikadır. Marketinq oyunlaşdırması, doğru istifadə olunduğu zaman olduqca effektivdir.

Oyunlaşdırmanın əsas məqsədi, insanların istənilən hərəkətləri təkrarlamasını artırmaq, oyunlar vasitəsilə onların davranışlarına təsir etməkdir. Oyunun qaydalarına görə lazım olan şərtlərə riayət edərək ən yaxşısı olmaqla sonda mükafatı əldə etmək mümkündür. Nəticə olaraq, şirkət qarşısına qoyduğu hədəflərə asanlıqla çata bilər. Araşdırmalar göstərir ki, oyunlaşdırma, müştəri sədaqətini və işçilərin motivasiyasını artırır.
Oyunlaşdırma taktikasını tətbiq edən şirkətlər araşdırma etməli, hədəf kütləsini yaxşı tanımalı, onları təşviq etmək üçün plan qurmalıdır. Yeni hədəflər qoyaraq bu hədəfləri reallaşdırmaq üçün son tarix müəyyənləşdirməli, işləri qarışıq hala gətirməməlidirlər. Qeyd olunduğu kimi əgər oyun doğru şəkildə qurulub yönləndirilsə, nəticə gözlənilən kimi olacaqdır.
Burada bəzi elementlər eyni olaraq qalmaqdadır. Oyun üçün müəyyən edilmiş sahə, oyunçu, onun bilməli olduğu oyun qaydaları, mükafatlar, səviyyə göstəriciləri, liderlik cədvəli kimi elementlər bu çərçivədə yer alır.
Oyunlaşdırma günümüzdə bir çox markalar tərəfindən geniş istifadə olunur. Həmin markalar arasından 5 şirkət nümunəsi seçilərək oyun taktikaları haqqında məlumat verilmişdir:

Domino’s Pizza

Əsas hədəf kütləsini təşkil edən gənc və yetkinlər üçün mobil pizza sifarişi tətbiqinə oyun əlavə edib. Sifariş vermək üçün seçim edərkən Android və iPhone istifadəçiləri mobil cihazı sallaya bilirlər.

Starbucks

Starbucks “ Mənim Starbucks Mükafatlarım” programı ilə müştərilərinə alış-veriş üçün xərclədikləri hesaba uyğun bal verir. Xərcləmələr artdıqca bu ballar yığılaraq gələcəkdəki alış-verişdə ödəmələrdə nəzərə alınır. Bu, müştərilərin gələcək mükafatlar üçün daha çox xal qazanmağa geri gələcəklərinin nümunəsidir.

Popchips

Popchips mobil oyunlarda oyunçular müəyyən bir səviyyəyə çatdıqdan sonra onlara Popchips çantaları təqdim etmək üçün Kiip şirkəti ilə razılaşdı.

Popchips Barbeque Potato Popped Chip Snack - 5oz : Target
McDonald’s

McDonald’sın tətbiq etdiyi “Monopoliya” adlanan oyun onun gəlirini artıraraq müştərilərinin diqqətini çəkdi. Bu fast food markası satışlarını artırmaqla kifayətlənməyərək müştərilərinə həm məhsullarını dadmaq, həm də əylənmək imkanı yaratdı.

Nike+ Fuelband

Bu markanın seçilən aksesuarı olan Nike+ Fuelband istifadəçilərin hərəkətlərini xüsusi mexanikası vasitəsilə izləyə bilirdi. Bunun üçün ilk olaraq Nike+ tətbiqi endirilməli idi. Alınan statistik rəqəmlər isə istifadəçiyə bildirilirdi.

Mənbə:  gamewheel.com

  forbes.com

 researchgate.net

Marketinq gələcəkdə xidmətdədirmi? haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.

Paylaş
Öncəki yazı

Bütün dövrlərin ən yaxşı oyun musiqiləri!

Növbəti yazı

Email Marketinq nədir və necə edilir?

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol