• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Marie Kondo metodu ilə uğur qazanmaq

“Sahib olduğunuz şeyləri yaxşı anlamalısınız, çünki sahib olduğunuz dəyərlər həyatınıza yön verən dəyərləri təmsil edər. Sahib olmaq istədiyiniz şeylər isə həyatınızı necə yaşamaq istədiyinizi göstərər”. Marie Kondo

Fidan İsmayılzadə Fidan İsmayılzadə
İyul 6, 2020
A A
Marie Kondo metodu

“Sahib olduğunuz şeyləri yaxşı anlamalısınız, çünki sahib olduğunuz dəyərlər həyatınıza yön verən dəyərləri təmsil edər. Sahib olmaq istədiyiniz şeylər isə həyatınızı necə yaşamaq istədiyinizi göstərər”. Marie Kondo

Marie Kondo son illərin ən populyar yazıçılarından biridir. Şəxsi olaraq reallaşdırdığı Netflix-dəki sənədli serialı ilə böyük bir şöhrət qazanmış və “Həyatı asanlaşdırmaq üçün toplan və rahatlan” kitabı ilə məşhur olmuş Marie Kondoyu öz sahəsi üzrə mütəxəssis olaraq tanıya bilərik.

Öz adını daşıyan Konmari (Marie Kondo) metodu, əslində minimalizm mənşəli bir yanaşmadır. Marie Kondonun əsas fəlsəfəsi, insana sevinc bəxş edən əşyaları saxlamaq və digər hər şeyi atmaq düşüncəsidir. Başqa sözlə, əlinizdəki 10 paltardan yalnız 4-nü istəyirsinizsə, qalan 6 paltarı əlinizdən çıxartmalısınız. Yəni, dostlarınıza verməli və bağışlamalısınız.

Marie Kondo metodu

Burada paltarlar yalnız bir nümunədir. Konmari metodu mallara, insanlarla münasibətdə hətta iş həyatına da tətbiq edilə bilər. Çünki bu üsul sahib olduğmuz şeylər və yaşadığımız həyat haqqında daha ağıllı, məlumatlı və şüurlu qərar verməyə təşviq edir. Evinizi, qarderobunuzu düzənləyərkən sizin üçün mənası olan şeylərdən qurtulma anlayışı iş həyatına da tətbiq edilə bilər.

Beləliklə, Konmari metodunu iş həyatında daha şüurlu, daha uğurlu və özümüzü xoşbəxt hiss etmək üçün necə tətbiq etmək olar? Gəlin, bunu birlikdə incələyək.

1. Özünüzü bu işə həsr edin

Konmari metodunun ən vacib xüsusiyyətlərindən biri də özünüzü bu işə həsr etməkdir. Mütəmadi bir həyat və uğurlu bir iş görmək üçün özünüzü həsr etməli və qurban verməlisiniz. Özünüzü bir məqsəd üçün həsr etmək uzun və çətin bir prosesdir, ancaq Konmari (Marie Kondo) metodu və ya hər hansı bir metodda da  müvəffəqiyyət yönümlü bir yol heç vaxt asan olmur.

Məsələn, iş yerində görməli olduğunuz bir iş var. Bu iş orta iş sürətinizdə bir həftə çəkir. Bu işi tamamilə yerinə yetirmədən başqa bir işə keçdiyiniz zaman sürətinizi itirəcəksiniz və heç nəyi tamamlaya bilmədiyiniz kimi hiss edəcəksiniz. Buna görə etməli olduğunuz bir iş varsa, bu işi başa çatdırmaq üçün özünüzü həsr edin. Bir əldə iki qarpız tutmağa çalışmayın. Etdiyiniz hər işi tam və yaxşı edin.

2. İlk öncə asan işlər ilə başlayın

Marie Kondo ilk növbədə evinizi düzənləyəndə ən asan işdən başlamağı məsləhət görür. Məsələn, qarderobunuzdakı paltarlara bir-bir baxmaq və yenidən geyiməyəcəyinizə əmin olduğunuz paltarları atmaq emosional dəyəri olan fotoşəkilləri düzəltməkdən daha asandır.

Buna görə birdən çox işiniz varsa, əvvəlcə asan işdən başlayın. Bunu yataq yığmağa bənzədə bilərik. ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı William H.McRaven bunu müharibə akademiyasının məzuniyyət mərasimində dəqiq vurğulayır: “Səhər yatağını yığmadan dünyanı dəyişə bilməzsən” – deyir. Aşağıdakı linkdən bu videoya baxa bilərsiniz.

Düzdür, yatağın toplanması çox sadə və əhəmiyyətsiz görünə bilər, amma gün ərzində nəyəsə nail olmaq baxımından yaxşı təkan verir. Gününüzü hər hansısa sadə işi belə başa çatdırmaq hissi ilə başlamağa imkan verir. Məsələn, hər ay bir saat işçilərinizlə görüşün və şirkətin fəaliyyətinin yaxşılaşdırılması yollarını müzakirə edin. Dərhal mükəmməl bir üsul tapmağa çalışmayın. Yalnız bunu bir vərdiş halına gətirin. Proses zamanı ağlınıza bir çox möhtəşəm fikirlər gələcək. Bir məhsulun inkişaf mərhələsində olduğunda, məhsulun sadə bir prototipini hazırlayın və insanların bu məhsul haqqında fikirlərini və düşüncələrini öyrənin. Ağlınıza gələn məhsulu birbaşa istehsal mərhələsinə qoymayın. Əvvəlcə fikir mübadiləsi aparın, insanların düşüncələrini öyrənin.

3. Sevinc vermə faktoru üzərində düşünün

Konmari metodu komponentlərindən ən tanış komponent sevincdir. Bu şeyin olması mənə sevinc verirmi? Bu şey məni xoşbəxt edirmi?

Bunu, məsələn, ofis mühitinə tətbiq edə bilərsiniz. Ofis masanız sizə işləmək arzusu verirmi? Ofis işıqlandırması sizə enerji verir və ya enerjinizi istismar edir? Hər şeydən əvvəl, işinizi sevirsinizmi? (İşinizi bəyənmirsinizsə, nə etsənizdə, uğurlu olmaq çox çətin olacaq. Uğurlu olsanız da, zehni olaraq zövq ala bilməyəcəksiniz). Müştəriləriniz təklif etdiyiniz məhsul və xidmətlərdən faydalanırmı? Məhsullarınız insanları sevindirirmi? İnsanlar bu məhsuldan faydalanmırlarsa, məhsuldan məmnuniyyətlə istifadə etməsələr, bir daha sizdən bir şey almayacaqlar.

4. Ən vacib nöqtələrə diqqət yetirin

Yeni bir işə başlamısınızsa, böyümək və inkişaf etmək üçün yüksək konsentrasiyanız olmalıdır. Bu səbəbdən, zehninizi qarışdıran, sizi narahat edən və ağlınızda qalan şeyləri həyatınızdan çıxarın. Həqiqətən sizə və işinizə nə fayda verdiyinə daha çox diqqət yetirin. Bir iş üçün hər saniyə önəmlidir. Gündəlik, həftəlik, aylıq və hətta illik proqramlar hazırlayarkən birdən çox yol ilə rastlaşacaqsınız. Beləliklə, görüləsi onlarla iş olacaq. Bu işlər arasında sizə ən çox fayda verən, içinizə ən çox müsbət təsir göstərən iş üzərində durun və bunu həll etməyə çalışın.

5. Prosesi sadələşdirin

Marie Kondo metodu, lazım olanı kəşf etməyin ən yaxşı yolunun ehtiyac duymadığımız şeylərdən qurtulmağın olduğunu iddia edir. Bu, şkaf tənzimləməsindən tutmuş iş həyatına qədər hər sahədə etibarlı bir fikirdir. Şirkətiniz üçün özünüzə aşağıdakı sualları vermək çox faydalı olacaq:

Ofis əşyalarım və ya masamdakı əşyalar mənə daha səmərəli və effektiv işləməyimi təmin edirmi?

Şirkətin vizyonunu başa düşməyən işçilər varmı?

Bu o deməkdir ki, sizi məqsədinizdən, uğur yolunuzdan uzaqlaşdıran şeylərdən və insanlardan qurtulmaq çox vacibdir. Kiçik müəssisələrdə, startaplarda çox sayda heyət olmadığından, hər heyət birdən çox vəzifəyə sahib ola bilər. Bununla birlikdə, iş bölgüsünün şirkət daxilindəki hər kəsə məlum olmasını təmin edən tapşırıqların bu şəkildə paylanmasını təmin etmək, işin çətinləşməsinin qarşısını alır. Kiçik bir müəssisənin qərar qəbuletmə quruluşuna sahib olması müvəffəqiyyət üçün son dərəcə vacibdir.

Son olaraq

“Bir şəxs və ya bir əşya olsun, heç vaxt təşəkkür etmədən vidalaşma”.

Marie Kondo metodu

İş həyatınızı təşkil etmək, şirkətinizi səliqəyə salmaq məsələsinə gəldikdə, uzun müddət sizinlə olan insanlara və şeylərə təşəkkür etməlisiniz.

Paylaş
Öncəki yazı

COVID-19-un Dünya Marketinq Sektoruna təsirləri!

Növbəti yazı

Görünməz bankçılıq

Redaktorun seçimləri

insan
manşet

Ehtiyaclara Görə İnsan Resurslarının Hazırlanmasında Qurumların Vəzifələri

Yanvar 22, 2021
Filmlər
manşet

Ən Çox Qazanc Əldə Edən Filmlər

Yanvar 17, 2021
Dünyanın ən yaxşı qələm mükafatı sahibi-Stilform INK
Marketinq

Amazon Alexa ilə indi istədiklərinizi çap edə bilərsiniz

Yanvar 14, 2021
ABŞ-ın Xiaomi-ni qara siyahıya almasına Xiaomi Türkiyədən açıqlama gəldi
Marketinq

Musiqi sektoru marketoloqlar üçün niyə vacibdir?

Yanvar 17, 2021
transfer
manşet

Futbolun Böyük Bazarı – Transfer

Yanvar 17, 2021
Dünya və Azərbaycan repində qəribə yollarla məşhurlaşmış 8 sənətçi
manşet

Dünya və Azərbaycan repində qəribə yollarla məşhurlaşmış 8 sənətçi

Yanvar 15, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol