Bəzi əsərlər var ki, illər keçsə də bir an belə yaddaşlardan çıxmayacaq. Bəs rəssamların bu rəsmləri məşhurlaşdırdıqları və hazırladıqları hekayələr nələrdir?
1.Michelangelo-Adəm-in Yaradılışı
Tanrının Adəmə ruhu üfürdüyü köhnə Əhiddəki hekayənin boyalar və gipsdən hazırlanmış tavandakı bir rəsmdir. Tanrının yaşlı və saqqallı, ağ bir paltar geyindiyi görülsə də, Adəmin çılpaq olması diqqət çəkir. Tanrının sağ qolu ilə Adəmin sol qolu arasındakı oxşarlıq, Allahın özünü insan surətində əks etdirdiyini göstərir. Barmaqların bir-birinə toxunmaması tanrının Adəmə doğru uzandığını və Adəmin yaşamı aldığını göstərir. Hələ yaradılmaqda olan insan barmağını qaldıra bilməyəcək qədər zəif, tanrı isə enerji və güc dolu görünür. Birdə ki, tanrının olduğu yer bir beyin, bir ağıl olaraq təsvir edilmişdir.
Allahın dirsəyində görünən qadın, ümumiyyətlə Gnostiklər tərəfindən Sophia, xristianlar tərəfindən isə tanrının yaratmağı düşündüyü növbəti varlığı, yəni Həvvanı rəsm etdiyi düşünülür. Aşağıya uzanan yaşıl lent isə bəşəri həyatı əks etdirir.
Tanrının sağ və sol tərəfində olan və tanrı ilə eyni tərəfə baxan üzlər, təslimi təmsil edir. Qadının arxasındakı müqəddəs ruhu, tanrının sol əlinə toxunduğunu və üzünün istiqamətindən əks tərəfə baxması isə, Adəmin yer üzündə yaşayacağı əziyyətlərin təmsili olaraq bilinir.
Anatomiya və rəsmlərin uyumuna görə tanrı Adəmin beyninin içində şəkilləndirilmişdir. Bir düşüncəyə görə isə, tanrı Adəmin beyninin içindədir.
2. Salvador Dali-La Persistencia De La Memoria

Ümumiyyətlə, sərt və dəyişməyən zaman anlayışına etiraz olaraq şərh olunur. Daha sonra Dali bu rəsmi, isti bir avqust günəşi altında əriyən Fransız pendirindən ilhamlandığını söyləmişdir.
Şəkildəki saatların, yuxu boyunca keçirilən zamanı ifadə etdiyini söyləmək olar. Yəni, şüurumuz yerində olmadıqca, zaman bizim üçün heç bir məna daşımır, sadəcə axır. Sol alt küncdəki narıncı saat qarışqalarla örtülmüşdür. Salvador Dali, ölümü işarələmək üçün qarışqaları istifadə etmişdir. Son olaraq, masanın Mona Liza kimi tamamlandıqdan qısa müddət sonra tablonun qırmızı şərabla isladıldığı deyilir.
3. Edvard Munch-The Scream
1883-cü ildə püskürən Krakatoa vulkanının küllərinin alov alov yanan günəşlə birləşməsi nəticəsində yarandığı deyilir. Vulkanın külünün 1883-cü ilin noyabrından 1884-cü ilin fevralınadək göydə qalması və Amerikanın şərqi və Avropa ilə Asiyanın böyük bir qismini əhatə etməsi bu şayiəni dəstəkləməkdədir.
Edvard Munch gündəliyində, “iki dostumla birlikdə gəzirdim. Günəş batırdı. Birdən-birə səma qan qırmızısına büründü. Özümü tükənmiş hiss edərək dayandım və barmaqlıqlara söykəndim. Dostlarım yeriməyə davam etdilər. Mən isə orada qorxu içində titrəyərək duraqladım və təbiətin içərisindən sonsuz bir çığlığın keçdiyini duydum.” demişdir. Belə olan halda, sıradan çığlıq atan birisinin deyil, təbiətin çığlığını duymamaq üçün qulaqlarını tıxayan bir nəfərin rəsmi olduğu anlaşılır.
4. Katsushika Hokusai-Kanagawa Oki Nami Ura.
Yaponların ənənəvi rəsim sənədi olaraq bilinən ukiyo-e tərzində çəkilmişdir. Rəsimdəki böyük dalğaların, hazırda Tokyo olaraq bilinən Edo-nun cənubdakı adalarından Kanagawa-ya balıq gətirən mavnalar olduğu söylənməkdədir. Arxada Fuji Dağı görülməkdədir. Öndə də Fuji Dağına bənzəyən kiçik dalğa, rəsmin sirri olaraq hesab edilir. Dalga uclarının pəncə şəklində olması və dalğalardan ayrılan damlaların böyük təsvir edilməsi başqa nüanslardır.
5. Pablo Picasso- Guernica
Guernica hücumundan ilhamlanaraq sərgiləmək üzrə çəkilmiş bir divar rəsmidir. Müharibənin tragediyası və insanlar üzərində olan təsirlərini qəribə varlıqlar şəklində göstərilmişdir. Guernica hücumu üçün çəkilmiş olsa da, umumi olaraq müharibələrin yıxıcı və qalıcı təsirini göstərən bir müharibə və sülh emblemi halına gəlmişdir.
6. Vincent Van Gogh-Starry Night

Van Gogh-un etdiyi astronomik araşdırmalar nəticəsində belə bir rəsmi çəkdiyi bilinməkdədir. Həm gərçək, həm fantastik ünsürlərin varlığı diqqət çəkməkdədir. Rəsmdə yer alan spirallar fantastik bir ünsür olub, gözlə görülməyən astronomik fenomenin sənətçi tərəfindən bir baxışı olaraq hesab olunur. Şəkildə eyni anda həm Venera, həm də Ay və bəzi müxtəlif ulduzlar diqqət çəkməkdədir.
7. Salvador Dali-The Elephants
Fil simvolu Salvador Dali-yə görə gələcəyi və eyni zamanda gücü və hakimiyyəti təmsil etməkdədir. Dali, filləri çox uzun və demək olar ki, görünməyəcək qədər incə ayaqlar ilə təsvir edərək, əslində bellərində yer alan ağırlığın önəmini vurğulamışdır.
8. Leonardo Da Vinci-The Last Supper

Santa Maria Della Grazie Kilsəsinə, rahiblərin yeməkxanasının bir divarını bəzəmək üçün çəkilən bu rəsm, bir sifariş əsəridir. İsanın üzünün gözəl, Yehudanın üzünün çirkin olması bunun ən böyük göstəricisidir. İsa və 11 həvarisinin yemək yeyərkən söhbətini görürük. Hz. İsa “içinizdən biri mənə xəyanət edəcək” deyərkən çəkilmişdir və həvarilərin üzlərindəki ifadələri rəsm etmişdir. ( İnanc, şübhə,qorxu…)
9. Joan Miro- Triptych Bleu II
Sürrealizm, şüuraltı zehnin qum hovuzu, uşaqlığın yenidən yaradılışı və qürurun xaricə vuruşu olaraq şərh edilir.
10. Maejima Soyu
Şərqi Yapon mürəkkəb rəsminin nadir nümunələrindən biridir. Payızda görülən ay zamanın bir elementi olaraq diqqəti cəlb edir. Çayın yanında bir ev var, evin yanında, sislərin içindən sıyrılıb yüksələn dağ zirvələrinin önü ilə yüksək şam ağacaları görünür.
Mənbə: onedio.com
Gündəlik olaraq işinizə yarayacaq qeyri-adi saytlar adlı məqaləmizi oxumaq üçün bura daxil olun.