Lüks dedikdə ağıla hər nə qədər hər kəsin dönüb baxdığı avtomobillər gəlsə də üzərimizi əhatə edən lüks də danılmaz hala gəldi. Artıq kiçik simvollardan markaları tanıyırıq. Hətta bir-birimizi bu detallarla təsnif edirik.
Bir vaxtlar bir Lacoste köynək üçün maaşını, kredit kartının geri dönməsini ya da ad gününü gözləyən istehlakçı qrupları şkaflarını timsahlarla dolduran oldu. O timsah təəccüblü dərəcədə necə də şirin gəlir, elə deyilmi?
Lüksün bütün bədənimizi möhkəm əhatə etməsində əslində çevrəmizdəki insanların da təsiri büyükdür. Yeni tanış olduğumuz biri ilə görüşərkən Tommy girl ya da Armani boy olanları xatırlayın. Yeməkxanada yemək yeyərkən “Bir saata o qədər pul verilməz” demişdilər amma demək ki, böyüdükdə Rolex-ə bir illik maaş verilirmiş.
Lüksə dirəniş ən gec uşaq sahibi olmaqla sona çatır. Özünə lüks marka məhsul almamış şəxslər “Dünyanın ən gözəl uşağı”-na o şirin ayaqqabıları mütləq alır. “Böyüyəndə də geyinər” deyə artıq fikirləşilmir.
Lüks markalar artıq tək köynək ya da çanta satmaq yerinə başdan aşağı sizi logotipləri ilə əhatə etmək istəyir. Vitrinlərdəki kombinləri, geyim şöbəsində də birlikdə təqdim edir. Köynəyi, şalvarı, ayaqqabısı, çantası, eynəyi ilə Burberry qadınları yaradılır. “Bütöv bir məna satmaq” olaraq adlandırılan bu fenomen, istehlak dünyasını ələ almış vəziyətdədir.
Bütov məna satmaq nə deməkdir?
Bütov bir məna satışına o məhsula sahib olmağın verdiyi hisslər də əlavə edilir. Reklamlarda lüks istifadəçilərinin sahib olduğu həyatlar, statusunu, maddi gücünü göstərən lüks avtomobillər, evlər və s. ilə o lüks markanı ya da lüks məhsulu aldıqda bu həyata da sahib olacağı çatdırılır.
Lüks markaların bütöv bir məna satışına fokuslanmaqlarında müştərilərinin markaya olan sədaqətinin və başdan-ayağa eyni marka geyinməyə olan marağının təsiri çox büyükdür. Artan rəqabət və inkişaf edən texnologiya nəticəsində oxşar məhsulların bütün markalar tərəfindən istehsal edilə bilər hala gəlməsinə səbəb olmaqdadır. Eyni zamanda onlayn alış-verişin qloballaşması da məhsul satmaqdan daha çox məna, duyğu, imic və s. satmağa fokuslanmasına səbəb olmaqdadır.
Markalarla ünsiyyətin asanlaşması ilə müştərilər istək, təklif və şikayətlərini səlahiyyətli şəxslərə daha tez-tez bildirir. Markalara mail ya da veb səhifələrindəki əlaqə formlarından əlavə xüsusilə Instagram üzərindən əlaqə saxlayan istehlakçılar onlardan daha tez cavab almağa başladılar. Yəqin ki, yaxın illərdə markaların müştərilərin fikirləri ilə irəlilədiyini daha çox görəcəyik.
Mənbə: pazarlamaturkiye.com
Satışın sirri: Duyğu haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.