• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Liderlik nədir?

Lider üçün risk həyat tərzidir çünki əsl kapitanlar təlatümlü dənizlərdə böyüyürlər.

Fatimə Qarayeva Fatimə Qarayeva
İyul 16, 2021
A A
Apple-dan Yeni Batareya

Liderlik nədir?

1900-cü illərdə liderlik bəzi fitri şəxsiyyət xüsusiyyətlərinə bağlı idi. Lider deyildikdə insanlar həvəsli, güclü natiqlik qabiliyyəti olan, insanlara təsir edən, kütlələrini arxalarına sürükləyən, güclü ictimai münasibətləri olan və xarizmatik bir xarakter düşünürdülər. Xarizma sahibi olan liderlərə Franklin Ruzvelt və Uinston Çörçili misal göstərmək olar. Xarizma olmadan da yaxşı lider olmaq mümkündür, xarizmalı liderlərinsə şübhə doğurmaları nadir rast gəlinən hal deyil. Bir çox biznes-liderlər kölgədə qalmaqla öz əlaltında olanların qəlb və beyinlərinə sakitcə yol tapa bilib. Çin filosofu Lao-szının dediyi kimi, “ən yaxşı liderlər mövcudluğundan xalqın xəbərsiz olduğu rəhbərlərdir”.

Liderlik komanda və ya təşkilat olaraq “qazanmaq” üçün hara getməli olduğunuzu müəyyənləşdirməkdən ibarətdir. Liderlik dinamik, həyəcan verici və ruhlandırıcıdır. Liderlər istiqamət təyin edərkən, həm də insanları düzgün və təsirli bir şəkildə doğru yola yönəltmək üçün idarəetmə bacarıqlarından istifadə etməlidirlər.

Liderlər hansı keyfiyyətləri ilə fərqlənməlidir?

İnam vermələri

  • Uğurlu liderlərin ən əsas xüsusiyyəti inam verməkləridir. Edə bilməyəcəkləri vədləri verməzlər.
  • Etibar qazanmaq çətin olsa da, çox asan və tez itirilə bilər. Qarşılıqlı etimadın olmadığı iş mühitində işçilər səmərəsiz çalışır və ya liderlərinə etibar etmədikləri üçün təşkilatla yollarını ayırmaq nöqtəsinə gələ bilərlər.

Komanda ruhuna inanmaqları

Liderlər fərqli inanclara, dəyərlərə və ideallara sahib insanların bir məqsəd üçün birlikdə çalışa biləcəyi zəmini hazırlayırlar. Hədəfə çatmaq üçün birlik içərisində işləyən komanda ruhuna inanırlar.

Ünsiyyətlərinin güclü olması

Lider ətrafdakı insanları dinləməli, bütün fikirlərə sahib insanlarla rahat ünsiyyət qurmağı bacarmalıdır. Yaxşı menecerlər işçilərinin narahatlıqlarını və təkliflərini dinləyirlər. Xüsusilə işçilərini dinləməyən bir lider tək qalxmağın çətinliyini yaşayacaq. İşçilərini dinləyən lider, verdiyi dəyər müqabilində komandasının çiyinlərində yüksəlmək imtiyazını yaşayacaqdır. Liderin uğuru ardıcılların sadiqliyi ilə müəyyənləşir.

 

Özünüdərketmə

Bu, daha çox daxilə yönəlmiş bir bacarıq olsa da, liderlik üçün özünüdərk hər şeydən vacibdir. Özünüzü nə qədər yaxşı başa düşsəniz, bir o qədər təsirli ola bilərsiniz.

 Minnətdarlıq

Minnətdar olmaq sizi daha yaxşı bir lider edə bilər. Minnətdarlıq özünə hörmətin yüksəlməsinə, depressiya və narahatlığın azalmasına səbəb olar. Çox insan minnətdar bir patron üçün daha çox çalışmağa hazır olduqlarını söyləməsinə baxmayaraq, iş yerində mütəmadi olaraq “təşəkkür edirəm” deyənlər azdır. İş yerində necə minnətdar olmağı və daha çox minnətdar olmağı öyrənmək lazımdır.

Yaxşı bir nümunə olmaları

Liderlər işçiləri üçün nümunədirlər, işçiləri tərəfindən daim müşahidə altında olurlar. Lider standartlara və mütləq müəyyən bir intizama sahib olmalıdır. Liderlərin digərlərinə liderlik dərsi keçə bilən müəllim olması lazımdır.

Xəyal gücü

Liderin bir növ xəyala ehtiyacı var. Bu xəyal, Conatan Sviftin diliylə desək, gözəgörünməzi görə bilmək qabiliyyətidir. Bu bacarığa sahib olan lider təşkilatın inkişaf perspektivini təqdim etməklə əməkdaşlarını və partnyorlarını işə ilhamlandıra bilər. O, cəlbedici mənzərəni görməyi və təsvir etməyi bacarmalıdır. Eyni zamanda o, xəyalı qarabasmadan fərqləndirmək qabiliyyətinə malik olmalıdır.

Liderlik və İdarəetmə

Liderlik və idarəetmə terminləri bir-birinin əvəzinə istifadə olunmağa meyllidir, lakin eyni deyil. Liderlik idarəetmə vəzifələrindən kənara çıxan xüsusiyyətlər tələb edir. Həm liderlər, həm də menecerlər əllərindəki qaynaqları idarə etməlidirlər, lakin həqiqi rəhbərlik daha çox şey tələb edir. Bütün menecerlər lider olmalıdırlar, hərçənd gerçəkdə onların çoxu olsa-olsa müdirdir. Menecerlər onların altında çalışan insanlar tərəfindən ilham verən kimi təsvir edilə bilər və ya edilməyə bilər, ancaq lider onları izləyənlərə ilham verməlidir. Liderlər və menecerlər arasındakı digər fərq, liderlərin yeniliyi hər şeydən üstün tutmasıdır. Bir menecer şirkət qaydalarına riayət edərkən öz komandasını hədəflərinə çatmaq üçün ilhamlandırmağa çalışarkən, bir lider, mövcud korporativ strukturlar hesabına olsa da, daha yüksək məqsədlər qoymaq və əldə etməklə daha çox məşğul ola bilər. Bir işçinin bir məsələni həll etmək üçün radikal bir yeni fikri olduqda, çox güman ki, bir lider həmin şəxsi fikri davam etdirməyə təşviq edəcəkdir.

“Böyük liderlərin 10 ünsiyyət sirri” adlı yazını oxumaq üçün linkə daxil olun.

Paylaş
Öncəki yazı

Xidmətkar liderlik nədir?

Növbəti yazı

Top Level Domain (TLD) nədir?

Redaktorun seçimləri

Məhsuldar Və Sadiq Komanda Yaratmağın 4 Yolu

Seçim Azadlığı Realdırmı?

Avqust 7, 2021
Xidmətkar liderlik nədir?
Biznes

Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər

İyul 17, 2021
İnsan Resurslarının 7 Əsas Funksiyası
Məqalə

İnsan Resurslarının 7 Əsas Funksiyası

İyul 23, 2021
Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?
Reklam

Su Çirklənməsinə Qarşı 7 Yaradıcı Reklam

Avqust 1, 2021
Onlayn Biznes Qurarkən Qaçınmalı Olduğunuz Səhvlər
Məqalə

Bu Məqalə Robot Tərəfindən Yazıldı. Hələ Də Qorxmursan, İnsan?

İyul 18, 2021
Apple-dan Yeni Batareya
Biznes

İşçi sadiqliyinə təsir edən faktorlar

İyul 16, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol