Krizis dönəmində brendinq dedikdə təkcə indiki dövrümüzün Covid-19 pandemiyasından söhbət getmir. Krizislər hər zaman planladığı üzrə gəlmir. Hər bir brend ya öncədən yada kriz vaxtı planlama edəcək bir strategiya izləməlidir. Krizis dönəmi təkcə brendlər üçün çətin vaxtlar sayılmır. Brendlərdən başqa insanlar daha çox stres və çətinlik keçirir. Bəs brendlər vəya şirkətlər öz müştərilərinə, izləyənlərinə krizis vaxtlarında nə təqdim edir?
Çatdırılma
İndiki pandemiyanı ələ alacaq olsaq görərik ki, ən birinci ağıla gələn həllərdən biri çatdırılma sisteminin qurulması və ya inkişaf etdirilməsi oldu. Çünki pandemiyaya görə insanlar evə qapanmalı oldu və çölə çıxmaq çox riskli hala gəldi. Belə olan halda isə brendlər insanların rahatlığı və sağlamlığı üçün çatdırılma xidmətləri təklif edərək, insanların alış-veriş və ya yemək sifarişi tələblərini qarşılamağa çalışdılar. Dünyada bu praktikaların artdığı kimi, ölkəmizdə də çatdırılma xidmətləri insanların həyat tərzini daha da asanlaşdırdı.
Məlumatlandırmaq
Bir çox şirkətlər və qurumlar pandemiyanı düşünərək insanları çox gözəl şəkildə məlumatlandıra bildilər. Pandemiya dövründə informasiya əksikliyi bir çox fəsadlara yol aça bilər. Təbii ki, biz bu addımı hər zaman brendlərdən gözləməyə də bilərik. Məsələn, The New York Times, The Atlantic, The Wall Street Journal, Bloomberg News kimi informasiya vasitələri insanları uyğun şəkildə məlumatlandırdılar. Bir nümunə də Google-a aiddir. Google “Do the Five” qrafikini yaradaraq bilgiləndirmələr etdi.
Canlılıq
Pandemiya dövürüdür və bizim hər zaman neqativ düşünməməliyik. İnsanların gülməyə və əhvallarını yüksəltməyə ehtiyacları var. Buna görə də bəzi bizneslər və şirkətlər insanlar üçün yeniliklər təklif edərək onların neqativ düşüncələrini və passiv həyat tərzlərini dəyişməyə çalışdılar. Nələr etdilər? Yale universiteti kimi təhsil mərkəzləri, Udemy kimi təhsil portalları bir çox kurslarını pulsuz edərək insanlara şans yaratdılar ki, evdə oturduqları zamanı daha dəyərli keçirsinlər. Universal studiyası isə filmləri canlı olaraq yayımlağa başladı. Chipotle Zoom video danışıq platforması üzərində pulsuz buritolar paylamağa başladı. Bunun kimi yüzlərlə örnəklər göstərə bilərik. Əsas məqsəd isə insanların üzündə gülüş, beynində positivlik yaratmaqdır.
Fokuslanmaq
Bəzi şirkətlər isə pandemiya dövründə daha çox qoca insanlara, immun sistemi zəif olanlara, tibb işçilərinə fokuslanmağa çalışdı. Yəni kimlər daha çox risk altındadırsa, onları önə çıxarmağa çalışdılar. Məsələn, Safeway, Kroger kimi mağazalar yaşlı əhali üçün xüsusi alış-veriş vaxtları təyin etdi ki, riskdən uzaq olaraq rahat şəkildə alış-verişlərini edə bilsinlər. Sweetgreen şirkəti ön sıralarda çalışan tibb işçiləri üçün pulsuz yemək xidməti işə saldı. San-Fransiskoda yerləşən Butchershop kreativ agentliyi isə Feed the Line saytı yaradaq donorlara imkan yaratdılar ki, lokal restoranlardan yemək alaraq tibb işçlərinə çatdırılma etsinlər.
Tək Məqsəd
Bəzi brendlər isə öz etdikləri işləri bir kənara qoyaraq pandemiya dövründə nələrə daha çox ehtiyyac varsa onların istehsalına başladılar. Məsələn, LVMH ətriyyat yerinə əl təmizliyi üçün məhlullar hazırladı və bunu pulsuz olaraq fransız tibb işçilərinə və xəstəxanalarına çatdırdı. Məhşur geyim brendləri olan Burberry-dən Brooks Brother-a qədər hamısı maska istehsalına başladılar. Dyson, Tesla, 3M, GE və digər şirkərlər isə süni tənəffüs aparatlarının qıtlığını aradan qaldırmaq üçün ya yenilərini yaratdılar yada köhnələri bərpa etdilər.
Yeni Xidmətlər
Bəzi şirkətlər isə pandemiya dövründə insanlara rahatlıq gətirəcək yeni addımlar atdılar. Məsələn, Zoom şirkəti müxtəlif ölkələrdə olan K-12 məktəblərinə pulsuz video konfrans xidməti təqdim etdi. Çox sayda muzeylər onlayn kontentlərə giriş yaratdı və bəziləri virtual turlar təşkil etdi. Google Earth Amerikanın dövlət parklarına virtual turlar şansı yaratdı.
Pandemiya dövründə gördüyümüz kimi dünya üzrə müxtəlif şirkətlər müxtəlif addımlar ataraq insanlara rahatlıq gətirməyə çalışdılar və çalışırlar. Təbii ki, burda sadalanan şirkətlər tək deyil. Minlərlər və ya milyonlarla belə şirkətlər var ki, bu pandemiya dövründə hal-hazırda da insanlar üçün xidmətlər təklif edirlər. Ümumi götürsək isə, pandemiyanı heç bir şirkət bəlkə də bu dərəcə düşünərək plan qurmamışdı ancaq yenə də uzaqdan baxanda görürük ki, brendlər əllərindən gələni uyğun və planlı bir şəkildə yerinə yetirirlər. Brend olmaq da bunu gərəkdirir. Brend olmaq uzun illər gərəkdirirsə, onu düzgün idarə etmək də bir o qədər məsuliyyət tələb edir.
Mənbə: howbrandsarebuilt
“Böhran dövründə necə pul qazanaq?” başlıqlı məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.