Kontakt Home-dan “Milli Musiqi Günü”nə özəl layihə. Kontakt Home ailəsi “Milli Musiqi Günü”nə bu layihəni həsr etmişdir. Biz də Markzone.az olaraq, Kontakt Home-dan bu haqda müsahibə aldıq.
Kontakt Home – Simfoniya qədər ahəngdə
Kontakt Home-da hər şey 7 notun dili ilə danışır və bir simfoniya kimi ahəngdədir🎼 Biz də ahəngdə olan hər şeydən zövq alırıq. Ən çox zövq aldığımız isə musiqidir😍 ⠀Kontakt Home ailəsi olaraq, bu layihəni müasir milli musiqimizin banisi, ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəyovun 135 illiyinə həsr edirik.__________⠀В Kontakt Home всё говорит на языке 7 нот и находится в гармонии, как симфония🎼 А мы получаем удовольствие от всего, что находится в гармонии. Больше всего мы получаем удовольствие от музыки😍 ⠀Будучи семьёй Kontakt Home, мы посвящаем этот проект 135-летию основоположника современной национальной музыки, нашего бессмертного композитора Узеир бека Гаджибекова.⠀#Musiqi #UzeyirHacibeyov #Simfoniya #KontaktHome #KontaktSevindirir #Sevindirir
Posted by Kontakt Home on Thursday, September 17, 2020
-
İdeya müəllifləri kimdir?
Bilirsiniz, mən ümumiyyətlə düşünürəm ki, belə miqyaslı layihələrin müəllifliyini bir adamın adına bağlamaq doğru deyil. Kreativ ideya kreativ komandanın məhsuludur. İdeya marketinq şöbəmizin daxili “brainstorming”inin nəticəsidir və ötən il “Musiqi Günü” ərəfəsində düşünülmüşdü. Lakin istədiyimiz keyfiyyətdə icrası ilə bağlı tərəddüdlərimiz vardı. Ona görə icrasını ertələdik. Nə yaxşı ki, elə bu il reallaşdırdıq layihəni. Çünki çalışdığımız prodakşın komandası ilə də videoda gördüyünüz əşyalar qədər ahəngdar çalışdıq.
-
Hansısa xarici reklamdan örnək götürülüb?
Bizim çox sevdiyimiz bir Hollivud filmi var: “Muzeydə bir gecə”. Tez-tez komanda daxilində həmin filmi örnək gətirərək, mağazalarımızdakı əşyaların qeyri-iş saatlarında bizdən xəbərsiz hərəkət etdiyindən və söhbətləşdiyindən şübhələndiyimizi deyib bu mövzuda zarafatlar edirik. İdeyanı formalaşdırarkən əsas işimiz Kontakt Home-da təqdim etdiyimiz məhsulların “simfoniya qədər ahəngdə” olduğunu çatdırmaq idi. Düşündük ki, bunu ən yaxşı onları həmin filmdəki kimi canlandıraraq həyata keçirə bilərik.
Təvazökarlıqdan uzaq olsa da, əminliklə deyə bilərik ki, bu reklam işi dünyada çəkilən ən gözəl reklamlarla rəqabət aparacaq miqyasdadır.
-
Niyə Arazbarı?
Bilirsiniz ki, bu gün “Milli Musiqi Günü” olmaqla bərabər, həm də dahi bəstəkarımız Üzeyir Hacıbəyovun doğum günüdür. Layihəni məhz bu əlamətdar günə və Üzeyir bəyin əziz xatirəsinə həsr etmişik. Arazbarı isə hesab edirəm ki, simfonik muğamın təntənəsidir. Bu qədər lirik və nikbin keçidlərlə zəngin əsərlər barmaqla sayılacaqdır və olduqca dəyərlidirlər. Layihənin ideyası Kontakt Home-da təqdim olunan əşyaların bir-biri ilə ahəngdarlığını göstərmək idi. Arazbarıdan gözəl bu ahəngi hansı simfoniya ilə göstərə bilərdik ki?
-
Çəkiliş zamanı ən çətin məqamlar hansılar oldu?
Bütün kreativ heyət hardasa 1 ay həm ssenari, həm bədii tərtibat, həm də aranjiman üzərində çalışıb. Çəkiliş özü isə tam 14 saat davam etdi. Misal üçün, mağazanın fasad kadrını çəkərkən qarşısında gecə vaxtı park edən avtomobillərin sahiblərini tapıb yerlərini dəyişməklərini istəmək xeyli həyəcan verdi bizə. Çəkiliş gecə olduğu üçün bina sakinlərini yuxudan oyatmaq mövzusu vardı. Amma sağolsunlar, anlayışla qarşıladılar. Burdan təşəkkür etmək istərdim onlara da. Amma ən çətini əlbəttə ki, əşyaların dilini öyrənmək və hərəkətlərinə uyğun səhnələr yaratmaq idi. Elə bilirsiniz əşyaları “dilə gətirmək” asandı? 😉 Amma çəkiliş komandası çox peşəkar və ən az bizim qədər həvəsli olduğu üçün, bunun üzərindən müvəffəqiyyətlə gəldi.
-
Musiqinin ritmi ilə cihazların ahəngini yaratmaq çox vaxt aldı?
Musiqinin ritmini məhsulların ifasına uyğunlaşdırmaq üçün musiqiçilər mağazadakı əşyaların əsl səslərini bir-bir dinləyib. Videoda eşitdiyiniz səslərin hamısı həqiqətən həmin əşyaların öz səsləri əsasında hazırlanıb. Sırf səsləndirmə və aranjiman hardasa 10 günə yaxın vaxt alıb.
-
Belə kreativ reklamların ən vacib nöqtəsi nədir sizin fikrinizcə?
Belə işlərin ərsəyə gəlməsində ən əsas məqam sifarişçi ilə icraçının, ideya sahibi ilə onu reallaşdıracaq komandanın bir-birini başa düşməyidir. İdeya nə qədər kreativ olursa olsun, bunu icra edəcək komanda onu fərqli təsəvvür edirsə, yaxud istənilən səviyyədə həyata keçirmirsə, uğurlu iş çətin alınsın. Nə yaxşı ki, bütün komanda eyni yöndə düşünür və eyni dildə danışırdı.
Hazırladı: Murad Məmmədov