• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Kiçik şirkətlər və Big Data – 7 səbəb

İndi Big Data istifadə etməyiniz üçün əngəl nədir? Bəlkə də büdcə məhdudiyyətləri və şirkətdə texnoloji ekspertlərin əksikliyinə görə bu texnologiyadan yararlanmanın imkansız olacağını düşünürsünüz.

Taleh Rzayev Taleh Rzayev
İyun 14, 2020
A A
3D qapı tutqacları

İndi Big Data istifadə etməyiniz üçün əngəl nədir? Bəlkə də büdcə məhdudiyyətləri və şirkətdə texnoloji ekspertlərin əksikliyinə görə bu texnologiyadan yararlanmanın imkansız olacağını düşünürsünüz. Ya da ki, kiçik bizneslər üçün yararsız və mənasız bir töhfə olacağını düşünürsünüz. Bu gün bütün bu stereotipləri üzə çıxarmaq və fikrinizi dəyişdirəcək arqumentlər gətirmək istəyirəm. Kiçik və ya orta ölçülü bizneslərdə Big Data istifadəsinə keçməyi düşünməyiniz  üçün 10 səbəb:

 

1.Big Data gündəlik tapşırıqları həll edəcək və zaman qazandıracaq.

Bir çox insan Big Datanın nə olduğunu bilir, ancaq sadəcə bir qismi gerçəkdən mənasını anlayır. Big Data, datanın həcminin böyüklüyü ilə əlaqədardır. Bununla bərabər, əsas kriteriya datanın həcmi deyil, datanın quruluşunun səviyyəsidir.

Big data “big data” haqqında deyil, emal üsulu haqqındadır.

Bəs ənənəvi Big Data analizi metodu necə görünür və kiçik bizneslər üçün vaxta necə qənaət edir?

Sadəcə təsəvvür edin: 50 dəstə və hər dəstədə 500-ə yaxın ərizə ,CV, hesabat və sair olan bir məlumat bazanız var. Tutaq ki, verilənlər bazasında ərizələr sizin diqqətinizi cəlb edir- bu qədər geniş bir axtarış edə bilərsinizmi? Bəli, ancaq 25 min sənədi analiz etmək üçün çox vaxt tələb olunur. Birincisi, bir neçə dəstəni gözdən keçirəcəksiniz və sonra müəyyən bir nümunə tapacaqsınız. Məsələn, görəcəksiniz ki, ərizələr hər zaman üçüncü sıradadır. Buna görə qalan dəstələrdə hər zaman üçüncü kağızı çıxaracaqsınız . Əlbəttə, burada dəqiqlik çox yüksək deyil, lakin lazımı məlumatları tapmaq üçün ən sürətli yoldur. Burada əl ilə saatlarla edə biləcəyiniz işi Big Data avtomatik olaraq edə bilir.

Ancaq hamısı bu qədər deyil. Data ilə sadəcə ərizəni tapmaq, onları sırlamaqdan əlavə ən kiçik nüansları da nəzərdən keçirə bilərik. Kağızın ağ-qara  və ya rəngli olması, tarixi, kim tərəfindən yazıldığı və daha bir çox kiçik parametrlərə görə də sıralaya bilərik. Beləcə daha yüksək doğruluq ələ edə bilərsiniz.

Həmçinin bu, hər yerdən gələn böyük miqdarda məlumaltları toplamaq, strukturlaşdırmaq, təhlil etmək və tətbiq etmək imkanları ilə kiçik bizneslərin işlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Hadoop kimi Big Data alətlərinin son dərəcə yüksək sürəti təşkilata başqa bir şəkildə mümkün olmayan və ya istifadə üçün çox uzun çəkən nəticələri qısa müddətdə əldə etməyə imkan verir.

 

2.Mətn mədənçiliyi ilə (text mining) müştəri ehtiyaclarını öncədən görə bilərsiniz.

Hər kəs məlumat əsrində yaşadığımızı söyləyir, amma hesab edirəm ki, bu dəqiq bir ifadə deyil. Biz bilik əsrində yaşayırıq. Məlumat əslində heç bir şey deyil. 57% sadiq müştəriniz olduğunu bilmək kifayət deyil. Məlumatdan bilik almalıyıq. Bu məqsədlə bu texnologiya ilə yalnız fərziyyə irəli sürməkdən daha çoxunu edə bilərik, çünki bir mətn mədəni var.

Mətn mədənçiliyi nədir?

Mətn mədənçiliyi və ya təbii dil emalı (NLP) olaraq da bilinən mətn analitikası,qurulmamış mətni(unstructured text) struktur məlumatlara çevirir. Mətn mədənçiliyi, insan faliyyətinin müxtəlif sahələrində doğru qərarları qəbul etmək üçün ən önəmli trendləri, nümunələri, qarşılıqlı əlaqələri “ələ keçirmək üçün vaitədir”.

Mətn mədənçiliyi riyazi və dilçilik alqoritmlərinə əsaslanır. Tipik bir məlumat əldə etmə prosesinə  məlumat axtarmaq, mənaları, nümunələri, çarpaz istinadları tapmaq, semantik mətn təhlili və kəmiyyət mətn analizi daxildir. Həqiqət budur ki, kiçik bizneslər müştəriləri anlamaq üçün mürəkkəb proqramlardan yada data scientistlərdən istifadə etmir. Çox sayda kiçik şirkət xüsusi lazımi məlumatları əldə etmək üçün veb sayt məlumatlarını çıxarır və bu yaxşı biznes qərarları vermək üçün əla bir yoldur.

3.Sosial Media Platformalarını təhlil etməyə kömək edir.

Sosial media dünyada məlumatlarının idarə olunduğu ən önəmli hissədir və müştərilərin ehtiyaclarını anlamaq üçün ən yaxşı yerdir.

Yaxşı bir nümunəni gözdən keçirək:

Əgər bu texnologiya krandan axan sudursa, Sosial Media Platformaları  su anbarıdır. Sosial şəbəkələrdə bitib tükənməyən məlumat axını köhnə data analitikanın Big Data olmasına gətirib çıxardı.

İndi bu datada kiçik müəssisələr üçün bir üstünlük var- sosial şəbəkələrdə istifadəşiləri təhlil etmək imkanı. Marketing məlumatlarının köməyi ilə istifadəçilərə fərdi təkliflər, endirimlər və promosyonlar göndərə bilərsiniz. Şərhlərlə işləyərək müxtəlif sosial şəbəkələrdə mənfi rəyləri axtararaq həm xidmətinizin həmdə məhsulunuzun keyifiyyətini artıra bilərsiniz.

 

4.Müştərilərinizi izləyin.

Müştərilərimiz harada yaşayırlar? Harada işləyirlər? Hansı restoranlarda nahar edirlər? Onların getdikləri yol nədir?-kimi suallara cavab tapmaq istəyirsiniz. Əvvəllər Google xəritələr dövründə elektron ticarət nümayəndəsinin bu istəyə cavab verməsi mümkün deyildi. Bu gün mobil qurğulardaki geolokasiya sayəsində şirkətlər bir istifadəçini izləyə və ümumi qəbul edilmiş məxfilik qaydalarını pozmadan ona coğrafi məkanına uyğun məzmun verə bilər.

Geo-targeting istifadəçinin dəqiq coğrafi mövqeyinə əsaslanaraq unikal məzmun və ya xidmətlər təklif etmək üsuludur. Geo-targeting internet reklamlarında hədəf reklamlar yerləşdirmək üçün çox fəal istifadə olunur. Yer parametrlərinə ölkələr, şəhərlər, poçt kodu, İP ünvanı və sair kimi amillər daxildir. Bunlar vasitəsi ilə hədəf ərazinizi daralda və yaxud genişləndirə bilərsiniz.

Müştərilərini analiz edərək KOBİ-lər(Kiçik və Orta Böyüklükdəki İşlətmələr) gələcəkdəki uğurları haqqında aydın təxminlər əldə edə bilərlər. KOBİ-lər üçün müştərinin marağını hədəfləməyin və yanlış hesablamalar etməməyə diqqət yetirməyin mühim olduğu bir zamanda gözdən qaçırmamalı olduqları bir nüansdır.

5. Effektiv marketing kampanyaları hazırlayın.

İndiki dövrdə müştərilər qərar verərkən tələb edirlər. Əlavə olaraq, kiçik bizneslər reklam kampanyalarını zamanla inkişaf etdirməli və trendləri izləməlidirlər. Şirkətlər Big Datanı bu mövzuda effektiv istifadə edə bilərlər. Məlumatları daha effektiv analiz edərək daha yaxşı geri dönüş (ROI) təmin edən marketing strategiyaları hazırlaya bilərlər.

 

6. Sürətli düşünməyə təşviq edin.

Big Data şirkətlərin vaxtında yüksək keyfiyyətli nüansları əldə etməsinə kömək edir. Maşın öyrənməsindən(Machine Learning) istifadə etmək şirkətə real vaxtdakı dəyişikliklərə uyğunlaşmağa və eyni vaxtda dəyişiklik etməyə kömək etməklə yanaşı sadaladıqlarımızda təcrübə qazandıraraq sürəti artırmağa kömək edir. Daha sürətli uyğunlaşma, böyük şirkətlərin vaxtında əldə etməsə, sizdən geridə qalacağı önəmli bir silahdır.

 

7. Riskləri təhlil edin.

KOBİ-lər bazardakı digər böyük oyunlara nisbətən daha az fəaliyyət göstərə bilərlər. Bununla da iş təcrübələrinin və fəaliyyətlərinin ölçüsünə görə risk dərəcələri də olduqca məhduddur. Big Data resurslarının və vizuallaşdırma vasitələrinin köməyi ilə şirkətlər riskləri daha yaxşı analiz edərək daha effektiv, qüsursuz həllər təqdim edir. Bu qərarlarla verdiyi faydanı da artıra bilirlər.

 

Big Data kiçik bizneslərin həyat sferasını necə dəyişə bilər? Məncə yuxarıdakı 7 səbəb bu suala çox gözəl cavab verdi. Big Datanın panikaya səbəb olacaq xəstəlikli bir vasitə olmadığını da xatırlamaq lazımdır. O sadəcə məsuliyyəli bir sahibkarın əlində effektiv qərarlar qəbul etmək üçün bir vasitədir və bu şəkildə də Big Data böyük qazanc gətirir.

 

Mənbə: medium.com

 

Big Data – HR-ın gələcəyində adlı yazımızı oxumaq üçün bura daxil olun.

 

 

Paylaş
Öncəki yazı

Yaxşı – Daha Yaxşı – Ən Yaxşı (G-B-B) Yanaşması

Növbəti yazı

İdarəetmədə Göbələk Nəzəriyyəsi

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol