• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

KIA loqosunun tarixi inkişafı

80 ildən çox bu sektorda olan KIA Motors, həm loqosunda, həm də şirkət şüarında yeniliyə imza atdı.

Atlaz Ələkbərova Atlaz Ələkbərova
Yanvar 21, 2021
A A
KIA loqosunun tarixi inkişafı

Dünyada avtomobil sektoru dedikdə ağla gələn ilk ölkələrdən biri Cənubi Koreyadır. Cənubi Koreya tarixi və iqtisadi baxımdan bir çox avtomobil nəhənginin məmləkətidir. Bu nəhənglərdən biri hər birimizin yaxından tanıdığı: KIA Motors, lakin əvvəlki adı ilə Kyungsung Precision Industry deyə bilərik. 80 ildən çox bu sektorda olan KIA Motors,  həm loqosunda, həm də şirkət şüarında yeniliyə imza atdı.

İlk olaraq 1940-cı ildə Kyungsung Precision Industry, Cənubi Koreyanın ilk velosipedini və ilk motosiklini yaratdı. KIA Motors olaraq qısa müddətdə 1952-ci ildə KIA Industries adını aldı. Daha sonra Honda Motors və Toyota kimi yeni inkişaf etməkdə olan markalarla davam etdi.

KIA, yalnız velosipet və motosikl istehsal edərək Cənubi Koreya iqtisadiyyatına qatqı vermədi. Eyni zamanda Asya dövlətləri arasında bir dönəm yüksəlişi əsnasında “Asyanın yüksəlişi” olaraq adlandırıldı. Gəlin, belə innovativ və ilklərin markası olan bir Asya şirkətinin bu günə qədər olan loqoları haqqında məlumatlanaq.

1944-1964 KIA loqosu

  • İlk KIA loqosu, velosiped və motosikl istehsalına diqqət yetirdiyindən mərkəzdə bir təkər və ətrafında 3 almaz olan bir loqo idi.

Şirkətin adı loqotipin mərkəzində bir almazda yer alır. 1944-cü il texnologiyasına baxaraq çətin və mürəkkəb bir iş olduğunu deyə bilərik.

1964-1986 KIA loqosu

  • 1960-cı illərdə şirkət həm logo, həm də istehsal funksiyaları baxımından böyük dəyişikliklər etmək üçün fəaliyyətə başladı. KIA Motors, artıq lisenziyaya əsasən avtomobillər istehsal edirdi.

Yeni müasir loqotipdə yuxarıya və sağa istiqamətlənən, diaqonal xətti olan yaşıl bir dairə var idi. Emblem tərs çevrilmiş Q hərfinə bənzəyirdi. Ancaq deyə bilərik ki, heç kim niyə Q hərfinə bənzədiyini bilmirdi.

1986-1994 KIA loqosu

  • 1980-ci illərdə bir çox şirkətlər loqolarını, yazılarını dəyişdirdi və hamısı planlaşdırıldığı kimi cəsarətli və daha görkəmli loqotiplər seçdi. Bu markalardan biri də KIA Motors idi. Xüsusi bir şriftlə çox qalın hərflərlə “K” hərfinin yuxarı çubuğu əvəzinə tüstüləyən baca bənzəri bir loqo yaratdı. Kim bilir, KIA Motors, bəlkə də başqa bir rəqib avtomobil şirkətinə bir mesaj vermək istəyirdi

1994-2020 KIA loqosu

 

  • 1990-cı illərdə mövcud KIA loqotipinin təməli dizayn edilmişdir. Üfüqi yerləşdirilmiş oval bir logo hazırlanmışdır. Qırmızı və ağ, yeni məhsulun rəsmi rəng palitrası idi; Qırmızı, şirkətin ehtirasını və enerjisini, ağ rəng təmizliyi və sədaqəti təmsil edir. Əvvəlki loqo kimi daha sadə bir şrift istifadə olunmuşdu. Güman edilir ki, KIA əvvəlki loqonun müştərilərinin gözünü yorduğuna görə dəyişdirmişdi.

2020- Günümüzün KIA loqosu

  • 2020-ci ilin yenidən dizaynı, loqodakı elementləri minimuma endirməklə yanaşı markanın özünəməxsusluğunu və tanınmasını qoruyaraq KIA-nın vizual şəxsiyyətinə gənc, dinamik və futuristik bir üslub gətirdi. Yeni loqo KIA hərflərinin birləşməsi ilə qırmızı bir mətndən ibarətdir və hər üç hərf bir-birinə bağlanır və bu söz işarəsi iki Kiril Hərfinə “KH” bənzəyir. Ayrıca, KIA yeni “İlhamverici Hərəkat” şüarını Inspiring hərəkatına çevirdi. Bundan əlavə, KIA Motors, bu dinamik yeni dizayn loqosunun təqdimat mərasimində 330 dronla möhtəşəm bir atəşfəşanlıq nümayiş etdirdi.

Cənubi Koreya bazarları üçün fərqli loqo

  • Bütün bu tarixi inkişafın yanında, KIA-nın vizual şəxsiyyəti və loqosu ilə əlaqədar ən maraqlı şey markanın beynəlxalq və Koreya bazarları üçün fərqli loqotiplərə sahib olmasıdır. Markanın vətənində istifadə olunan loqo tamamilə fərqlidir.

 

 

1940-cı ildən bəri velosiped, motosikl və avtomobil sektorunda bir çox yeniliyə sahib olan KIA, 2021-ci il və gələcək üçün “İlhamverici hərəkət” şüarı altında yeniliyə imza atmaq üçün yola çıxmışdır.

 

“50/30/20” maliyyə planı nəyi ifadə edir? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Dünyasını dəyişdikdən sonra ən çox qazanan məşhurlar

Növbəti yazı

Remarketinq Nədir? Necə edilir?

Redaktorun seçimləri

Apple
Texnologiya xəbərləri

Apple Avtomobilini Kiminlə İstehsal Edəcək?

Fevral 26, 2021
“Xızır Baba təqaüdü” – Müraciət başladı
manşet

“Xızır Baba təqaüdü” – Müraciət başladı

Fevral 8, 2021
Kreativlik bir bacarıq deyil, zehni bir hadisədir!
Brend xəbərləri

McDonald’s Yeni Qablaşdırma Üsuluna Keçir!

Fevral 17, 2021
Qlobal hədəfli rəqəmsal platforma – Spatrix
manşet

Qlobal hədəfli rəqəmsal platforma – Spatrix

Fevral 11, 2021
Sosial Media Strategiyası necə inkişaf etdirilməlidir?
manşet

Sosial Media Strategiyası necə inkişaf etdirilməlidir?

Fevral 24, 2021
Dünya Səviyyəsində Musiqilər Dinləyə Biləcəyiniz 6 Proqram
manşet

Dünya Səviyyəsində Musiqilər Dinləyə Biləcəyiniz 6 Proqram

Yanvar 27, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol