• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

KAROŞİ – sindrom yoxsa mədəniyyət?

Hardasa, hansısa ölkədə bir fəaliyyətin ən ekstremal həddi yaşanırsa, onun özünəməxsus şəkildə adlanması da mütləq şəkildə olur. Hansı ki, başqa yerdə buna əsla rast gəlmək olmaz.

Aynur Əliyeva Aynur Əliyeva
Avqust 13, 2020
A A
KAROŞİ sindromu

Hardasa, hansısa ölkədə bir fəaliyyətin ən ekstremal həddi yaşanırsa, onun özünəməxsus şəkildə adlanması da  mütləq şəkildə olur. Hansı ki, başqa yerdə buna əsla  rast gəlmək olmaz.  Məsələn, Danimarkada Arbejdsglæde  (iş yerində xoşbəxt olmaq) sözü olduğu kimi, elə hazırda haqqında bəhs edəcəyimiz Yaponiyada da “Karoşi” (過労死) deyilən bir anlayış vardır ki, o da hədsiz dərəcədə işləməkdən qaynaqlanaraq olan ölüm səbəbi yaxud da intihar mənasını verir.

Tibbdə bu ölümü doğuran səbəblər sırasında anidən infarkt, stress göstərilir. Terminin  yaponcadan olan “Karo” yəni könüllü işləmək  və digər  hissəsi “Şi” ölüm mənalı  sözlərdən yarandığı bildirilir. Halbuki, bizcə, bu, bir az təzad meydana gətirir. Əgər bir işçi məcbur (işini  sevməsindən asılı olmayaraq) iş saatları çoxaldılaraq işlədilirsə, burada hansı könüllükdən söz gedə bilər axı? Məlumdur ki, könüllülük prinsipi hər zaman qorunmur.

Bir neçə  il əvvəl bunu sübut edəcək hadisələr də yaşanmışdır: 2007-ci ildə bir karoşi qurbanının dul xanımı “Toyota” şirkətinə məhkəmədə qalib gəlir. Belə ki, o, ərinin gündə müəyyən olunmuş iş saatlarından əlavə 4 saat işlədildiyini və bunun nəticəsində vaxtından əvvəl vəfat etdiyini sübut edə bilir. Bu hadisədən sonra şirkət işçilərə iş saatlarından əlavə əmək fəaliyyətinə görə məvacib ödəməli olur. Hökumət, həmçinin, Yaponiyanın nəhəng şirkətlərində işləyən əməkdaşların sağlamlığının qorunmasına nəzarət edəcəyinə dair öhdəlik götürür.

 Yaponların  öz işinə olan hörməti və eyni zamanda da iş saatlarının çoxluğu  hər kəs tərəfindən bilinən, danılmaz bir faktdır. Elə bunun nəticəsidir ki, araşdırmalar onların dünya ölkələri arasında ən az məzuniyyət götürmələrini göstərmişdir. 35%-i isə ümumiyyətlə götürmür. Hətta maraqlı tərəflərindən biri isə budur ki, hər hansı icazə aldıqda və ya məzuniyyətə çıxdıqda özlərində günahkarlıq hissi duyurlar.

Araşdırmalardan söz salmışkən, Karoşi ilə bağlı bir neçə məqamı vurğulamaq yerinə düşərdi.

Belə ki, statistikalar göstərir ki, Yaponiyada hələ 2011-ci ildə 2700 insanın ölüm səbəbi məhz karoşi olaraq qeydə alınmışdır. Bu statistika ən çox rekord həddə çatan say olub.  Növbəti  belə hal 2015-ci ildə 1500 ölüm faktı ilə yaşanıb. Ümumən isə Yaponiya hökuməti bunun hər il təxminən  200 olduğunu bildirir. Çoxları tərəfindən bu düzgün qəbul olunmur, statistikanın saxtalığı iddia olunaraq,  daha çox olduğu bildirilir.  Bu statistikanın cinsi tərkibinə baxdıqda isə qadınlardan çox kişilər üstünlük təşkil edir. Əksərən bu halların baş verdiyi şirkətlər texnologiya istiqamətli şirkətlərdir. Heç təəccüblü deyildir ki, bir çox şirkət “Uğur, hər hansısa işçidən daha önəmlidir” sloqanını dəstəkləyir.

Artımlar 2011-ci ildə lap pik həddə çatsa da, sindromun ilk yaranması 60-cı illərdə, ilk  dəfə ictimaiyyətə açıqlanması isə 1987-ci ildə baş verib.

Hətta 2000-ci ildə Yaponiya baş naziri Keizō Obuçinin də ölüm səbəbi KAROŞİ sindromu  olub. 

“Universitetdən sonra bir çox tələbə birbaşa iş həyatına atılır. Onları əsl, gerçək həyata atan bir professor kimi onlar üçün  çox narahat oluram. Ümid edirəm, həyatda qalarlar”  – bu sözləri isə Dr.Toru Yamamori adlı  yapon professoru deyir. Nə qədər üzüntülü səslənsə də, həqiqətdir. Odur ki, hər şeyin öz qədərində olmağı ən gözəl, daha münasib və effektivdir. Yuxarıdakı sloqanın əksinə olaraq,  şirkətlər üçün çalışanın, çalışan sağlığının şirkət uğurundan daha önəmli olmasını diləyirik.

“Coğrafi adlarla adlandırılmış psixoloji sindromlar” haqqında məqaləni oxumaq üçün buraya klikləyin.

Paylaş
Öncəki yazı

Leonardo Da Vinçi – 7 Prinsip

Növbəti yazı

Kooperativ marketinqi ilə müştəriləri sevindirin

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol