2021-ci ildən etibarən Apple şirkəti bütün məhsullarında Intel markasını istifadə etməyi dayandırdı.
İllərin Birliyi başa çatır
Apple qurulduqda ilk olaraq Motorola tərəfindən istehsal olunan prosessorlarla buraxıldı. Daha sonra, Motorola-ya məxsus IBM dəstəkli PowerPC prosessorları ilə səyahətinə davam etdi. (2000-ci illərin əvvəllərindən) İntel ilə işləməyə başladı. Ancaq Apple, bir çoxumuzun bildiyimiz kimi, özü istehsal etməyi üstün tutan bir şirkətdir. Bütün istehsal xəttindən çıxan məhsulların 100% Apple markalı olmasını istəyən bir dünya nəhənginin buna görə Intel-dən çıxması təəccüblü deyil.
Intel-in çip (prosessor) bazarında lider olduğunu söyləmək yalnış olmazdı. Çünki bu bazardakı yeganə rəqibi AMD idi. Bununla birlikdə, müəyyən markalarda AMD prosessorlarının istifadəsi və bir çox texnologiya nəhənginin Intel-ə üstünlük verməsi onu bu günə qədər lider mövqedə saxlamaq üçün kifayət idi. 2018-ci ildəki söz-söhbət 2020-ci ilə qədər reallığa çevrildi. Və 15 il sonra Intel ən böyük alıcısını itirdi. Xəbərin açıqlanması ilə Intel-in səhmləri düşməyə başladı. Bu azalma, Apple ilk prosessorunun adını elan etdikdə Intel-in səhmlərini də ciddi şəkildə təsir etdi. Intel ilə işləməyi dayandırma qərarı Intel tərəfində hansı reaksiyaya səbəb oldu?
Intel-dən reklam çarxı
Bu tam bir gediş olmasa da, Aplle-ın ayrılığı ardından sonra göndərməli bir reklam çarxı yayınladı. İzləmək istəyənlər üçün
Bu reklam çarxında oynayan ad çox diqqət çəkicidir. Apple-ın köhnə reklamlarında görünən “Im a Mac” adlı aktyor Justin Longdur. Reklam seriyası “Go Pc “ adlanır. Köhnə Apple reklam seriyasında olduğu kimi, bu dəfə də PC və Mac müqayisə olunur. Intelin çəkdiyi bu reklam seriyası çox reaksiya alır. Ancaq Intel bundan imtina etmir.
Apple-ın köhnə (Dəqiq adı yoxdur.) reklamlarından bəhs etmək istəyirəm. Apple, 2006-cı ildə 2009-cu ilə qədər davam edən bir reklam seriyası yayınlamağa başladı. Reklam seriyasını qısaca xülasə etmək;
Mac və PC-ni təmsil edən iki nəfər var idi. PC-ni canlandıran personaj, o vaxtki mövcud kompüterlərin kobudluğunu təmsil edirdi. “Im Mac” (Justin Long) incə və idmançı bir insan idi.Aplle kompüterini təmsil edirdi. Onların arasında müzakirələr gedirdi “Mənim aşağıdakı xüsusiyyətlərim var, belə şeylər edə bilərəm və s.” kimi müzakirələr olur. Və hər mübahisədən sonra Mac qalib gəldi. Reklam çarxı ilə maraqlananlar üçün; Bağlantı:
https://youtu.be/0eEG5LVXdKo
Apple Məhsulları ilə Uyğun Prosessorlar
Apple’ın məhsullarını eyni istehsal xəttindən 100% çıxartmaq üçün nə qədər əhəmiyyət verdiyini artıq qeyd etmişdik. Apple, ilk prosessor sınağı olan Silicon M1 prosessorundan istifadə edərək Mac Mini kompüterini son aylarda buraxmışdı. Bu sənayedə böyük təsir göstərdi. Çünki Apple qeyri-adi dinamikləri yerindən çıxarmağa başlamışdı. Şirkət əvvəllər iPad və iPhone üçün öz prosessorlarını istehsal etmişdir. Ancaq ilk dəfə Mac ilə uyğun bir çip buraxdı. Xüsusiyyətləri barədə bir az məlumat verək. Silicon M1, 5 nm arxitekturası ilə istehsal edilmiş və 16 milyard tranzistoru olan ARM əsaslı bir prosessordur. 8 nüvəyə sahibdir və Apple-a görə “dünyanın ən sürətli kompüter prosessor nüvələrinə” sahibdir. Silicon M1 prosessorlu bir Mac alsanız performansınıza nə kimi dəyişikliklər olacaq?
- Oyun performansınız artacaq.
- Ekran keyfiyyətiniz digər Mac’lara nisbətən yaxşılaşacaq.
- Daha yaxşı batareya ömrü təmin ediləcəkdir.
- Thunderbolt 3 USB 4 ilə əvəzlənir.
- Tətbiqlər daha sürətli işləyəcək. (3 qat daha yaxşı prosessor və 5 qat daha çox qrafika performansı vəd olunur.)
“Apple Glassmı gəlir?” adlı yazını oxumaq üçün linkə daxil olun.