• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

İnkişafın Yolu – Necə və haradan başlayaq?

Bu məqaləni təkcə tələbələrə deyil, həmçinin məktəbli və inkişafa açıq bütün insanlar üçün yazıram. Bu silsilə yazılarda sizə şablon olanları yox, mənim yaşadığım və ehtimal ki, yaşayacağım inkişaf, könüllülük və karyera yolundan bəhs etmək istəyirəm.

Səfiyyə Babazadə Səfiyyə Babazadə
Yanvar 27, 2021
A A
İnkişafın Yolu – Necə və haradan başlayaq?

Improvement Success Planning Ideas Research

Bu məqaləni təkcə tələbələrə deyil, həmçinin məktəbli və inkişafa açıq bütün insanlar üçün yazıram. Bu silsilə yazılarda sizə şablon olanları yox, mənim yaşadığım və ehtimal ki, yaşayacağım inkişaf, könüllülük və karyera yolundan bəhs etmək istəyirəm.

İlk olaraq qeyd edim ki, inkişaf üçün yaşınızın heç bir əhəmiyyəti yoxdur. Sadəcə həvəsiniz və məqsədləriniz olmalıdır, həqiqətən məqsəd olanda hər şey davamlı olur. Yəni istər 60-70 yaşında olun, istərsə də 10-15, “mən bunu bacaracağam” düşüncəsi və inamı ilə yanaşsanız bir çox istəkləriniz və xəyallarınız reallaşacaq. Nümunə kimi özümü göstərə bilərəm.

Bəs necə inkişafımıza töhfələr verə bilərik? Ümumiyyətlə necə başlayaq?

Başlamaq işin yarısını etməkdir fikrimcə. Çünki bəzilərimiz çox mükəmməlliyətçidir və hər şeyin mükəmməl olmasını gözləyir, daha sonra işə başlayır. Amma heç kəs professional səviyyədə nəyəsə başlamayıb, belə məşhurlar da var. Əsas başlayın, onsuz qarşınıza hansı problem çıxsa onu araşdırıb həll etməyə çalışacaqsınız yəqin ki. Bunları etdikdə sizdə həm araşdırma, həm də planlama bacarığı inkişaf edəcək.

Başlamaq üçün ilk olaraq nəyə ehtiyacınız olduğunu müəyyənləşdirin. Məsələn, Instagram üzərindən bloq yaratmaq istəyirsiniz? O zaman elə birinci işə Instagram səhifəsi açmaqla başlayın, Canva və ya seçdiyiniz dizayn proqramında dizaynlar hazırlayın və paylaşın. Sınayın, əgər heç bir şey istədiyiniz kimi getməsə, deməli səhvlər etmisiniz və siz bunu dərk edirsiniz. Ən əsası buradan təcrübə qazanırıq və gələcəkdə bu səhvləri etməməyə çalışacağıq. Nümunə üçün öz “WithSofiya” bloqumu sizə göstərə bilərəm. Diqqət yetirsəniz görərsiniz ki, əvvəl dizaynlarım fərqli və profilin sxemi müxtəlif idi. Daha sonradan artıq boşluqları görüb həm dostlardan tövsiyə alıb, həm də öz təcrübəmdən istifadə edib paylaşmağa davam etdim və edirəm. Əsas məqsədim cəmiyyətə fayda vermək və ümidli bir gəncliyi yaşatmaqdır.

Könüllülük fəaliyyətinin önəmi var?

Düşünürəm ki, könüllülük fəaliyyəti biz-gənclərin inkişafında böyük rol oyanır. Amma burada bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm. Heç vaxt “mən bu təşkilatda könüllüyəm” adı ilə hansısa könüllülük fəaliyyətinə başlamayın. Könüllülük fəaliyyətində də məqsədiniz cəmiyyətə və özünüzə, gələcəyinizə fayda vermək olsun. Bu haqda hələ növbəti yazılarda daha çox yazacağam, lakin indi əsas məqamları sizə bildirmək istəyirəm.

Düzgün istiqamətlənmiş yol və təşkilatı seçmək, bu təşkilatın istiqaməti ilə bizim istək və hədəflərimizin üst-üstə düşməsi çox önəmli mövzudur. Çünki həmin təşkilatda günlərimiz, hətta aylarımız gedir. Zamanımızın qədrini bilməliyik.

Könüllülük fəaliyyətinin ən yaxşı cəhətlərindən biri də yeni insanlar və müxtəlif cür xarakterlə rastlaşmağımızdır. Çünki yeni xarakterlər demək, yeni düşüncə və fikrin yaranması deməkdir məncə. Bu da bizim şəxsi fikrimizin formalaşmasında əhəmiyyətli rol oynayır.

Rəqəmsal dövrün rəqəmsal insanları olaraq çox şanslıyıq

Bəli, rəqəmsal dövrün insanları olaraq çox şanslıyıq. Niyə? Çünki əvvəllər valideynlərimizin sahib olduqlarından daha çoxuna sahibik. Onların da uşaq olanda böyük xəyalları, hədəfləri var idi. Amma imkan və inkişaf etməmiş texnologiyanı nəzərə alsaq, həyata keçirə bilməmələri indiki rəqəmsal gənclik üçün çox da əhəmiyyət daşımır təəssüf ki. Artıq onlayn dostlarımız belə var. Pandemiyaya görə nə qədər təəssüflənsək də, hər şeyin bir səbəbi olduğunu unutmamalıyıq. Bəlkə də pandemiya nəticəsində mənim bu fikirlərim formalaşıb və bunu sizinlə bölüşürəm.

 

Növbəti yazılarda könüllülük və karyera fəaliyyətinə daha çox toxunacağam. Bu günlük bu qədər. Növbəti yazıda görüşmək üzərə…

Paylaş
Öncəki yazı

Dünya Səviyyəsində Musiqilər Dinləyə Biləcəyiniz 6 Proqram

Növbəti yazı

Apple Amazon-u keçib dünyanın ən dəyərli markası oldu

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol