• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

İncəsənət sahəsində sahibkarlıq

İncəsənət sahəsində sahibkarlıq iqtisadi, eləcə də sosial-mədəni fəaliyyət növüdür.

Əzizova Minayə Əzizova Minayə
Avqust 10, 2020
A A
Kreativ Gerilla marketinq nümunələri

İncəsənət sahəsində sahibkarlıq iqtisadi, eləcə də sosial-mədəni fəaliyyət növüdür.

Sahibkarlıq nəzəriyyələri haqqında qısa xülasə

Sahibkarlığın nə, sahibkarların kim olduğunu aşkar etmək üçün əsrlər boyu çox sayda tədqiqat aparılıb və nəzəriyyələr yaradılıb. Sahibkarlıq sözünün etimologiyası Fransız və Alman dillərinə əsaslanır və “öhdəyə götürmək” deməkdir. Bu mürəkkəb fenomen üçün razılaşdırılmış tərif mövcud deyil. Mən mövcud nəzəriyyələri bir neçə qrupa ayıracağam:

• Sahibkarlar risk edən kimi: Riçard Kentillon (1680-1734) sahibkarları gələcəkdə gəlir əldə etmək üçün risk etməyə hazır olan şəxslər kimi təyin edən ilk müəllifdir.

• Sahibkarlar iqtisadi inkişaf üçün aparıcı faktor kimi: Jan-Batist Se (1767-1832), sahibkarları iqtisadi resursları daha yüksək məhsuldarlığa malik sahələrə yönləndirən və müxtəlif istehsal faktorlarını informasiya və təcrübə ilə birləşdirməklə istehsal prosesini təşkil edən şəxslər adlandırıb.

• Sahibkar – İnnovator və dəyişiklik yaradan: Cozef Şumpeter (1883-1950) sahibkarı “yaradıcı dağıtma” prosesinin lideri və iştirakçısı kimi təyin edib.

• Sahibkar şəxsiyyətin müəyyən cizgiləri və xüsusiyyətləri vasitəsilə formalaşır: Yüksək nailiyyət qazanmaq ehtiyacı, üstün olmaq motivasiyası, güclü özünə inam, nikbin, innovativ, yaradıcı, təxəyyüllü, həyəcanlı və profilaktik olmaq.

• Sahibkar xarici mühit vasitəsilə formalaşır: Xarici faktorlara ailə keçmişi, məşğulluq tarixçəsi, təhsil, sosial şəbəkələr, mədəniyyət və keçmiş idarəetmə təcrübəsi daxildir.

• Sahibkar lider və menecer kimi: Hər bir müəssisə zaman keçdikcə inkişaf etdiyi üçün sahibkar təşkilati inkişafın müəyyən mərhələsində liderə və menecerə çevrilir. Buna görə də, sahibkarın idarəetmə bilik və bacarıqlarına sahib olması çox vacib məsələdir.

İncəsənət sahəsində sahibkarlıq

İncəsənət sahəsində sahibkarlıq iqtisadi, eləcə də sosial-mədəni fəaliyyət növüdür. O, aşağıdakılara əsaslanır:

• İncəsənəti həddindən artıq çox sevmək;

• Biznesin stabil inkişafı ilə əlaqədar strateji nöqteyi-nəzərə sahib olmaq

• İncəsənətin fəaliyyət göstərdiyi müasir konteksti yaxşı anlamaq

“İncəsənət sahəsində fəaliyyət göstərən sahibkarlar, yaradıcı və innovativ bədii ideyalardan istifadə edirlər. Bu ideyaları onların satışından kənar resurslar axtarmaq və təşkil etməklə, eyni zamanda müəyyən qədər risk edərək (yalnız maliyyə baxımından deyil, həm də nüfuz baxımından) müxtəlif innovativ yanaşmaları tətbiq etməklə stabil biznesə çevirirlər. Onlar xarici imkan və trendləri – yalnız bazar yönümlü olanları deyil, eyni zamanda sosial, insan və mədəni yönümlü olanları – aşkarlayır və istifadə edirlər”. (Mənbə: Lidiya Varbanova (2016), İncəsənət sahəsində beynəlxalq sahibkarlıq, Routledge)

İncəsənət sahəsində fəaliyyət göstərən sahibkarlar: tipləri və xüsusiyyətləri

• Mədəniyyət üzrə sahibkar incəsənət üzrə sahibkarla müqayisədə daha geniş termindir. Mədəniyyət sektorunda tək və ya təşkilatlanmış şəkildə incəsənət və mədəniyyət sahəsinin çox sayda istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlara deyilir.

• İncəsənət üzrə sahibkar incəsənət icra edən, ancaq işini bazara çıxarmaq üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, müştərilərlə əlaqələrin yaradılması, reklam, maliyyə idarəetməsi və s. kimi bütün əlaqədar funksiyaları da yerinə yetirən sənətkarlara deyilir.

• Yaradıcı sahibkar – yaradıcılıq sahəsinin müxtəlif qolları üzrə fəaliyyət göstərən sahibkarlara deyilir. Bu sahibkarlar yaradıcılıq elementlərinə malik biznes müəssisələri, qeyri-kommersiya təşkilatları və ya sosial müəssisələr yaradır və idarə edirlər.

• İncəsənət üzrə biznes sahibkarları, biznes təşkilatlarının yaradıcıları və sahiblərinə deyilir.

• Sosial sahibkarlar sosial problemlərlə məşğul olur. İnsanları, qrupları və icmaları dəstəkləməklə cəmiyyətə təsir edirlər.

• İctimai sahibkar, cəmiyyətdə iqtisadi fəaliyyətlərə təkan verən və kütləvi səviyyədə iş imkanları təmin etməklə region və ya şəhərin problemlərinin həll edilməsinə kömək edən şəxslərə deyilir.

• İncəsənət üzrə rəqəmsal sahibkar, beynəlxalq səviyyədə imkanları taparaq onlardan istifadə etmək, yeni biznes yaratmaq, məlumat yaymaq, onlayn rejimdə mal və xidmət satmaq və / və ya müştəriləri və ya partnyorları ilə əməkdaşlıq etmək üçün yeni texnologiyaların və onlayn vasitələrin imkanlarından istifadə edən şəxslərə deyilir.

Mənbə: culturepartnership.eu/en

Fərqləndirmə strategiyası nədir və necə yaradıla bilər? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

PandaDoc 15 milyon dollar investisiya aldı

Növbəti yazı

10 fikirlə həyatınızı dəyişmək üçün 5 dəqiqəniz var?

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol